Kateqoriya: Komputer Grafikasi

KOMPÜTER QRAFİKASI İNFORMASİYA TEXNOLOGİYALARININ İNKİŞAF MƏHSULUDUR


Müasir cəmiyyətdə informasiyalaşdırma və kompüterləşdirmə getdikcə daha böyük vüsət alır. Kompüterlər, cəmiyyətdəki bütün proseslərə təsir göstərərək, ümumilikdə insanın fəaliyyət formasını dəyişdirir və praktikanın yeni sahələrinə daxil olur. İnsanların yeni informasiya texnologiyalarını (kompüterlər, proqram təminatı, kütləvi informasiya vasitələrinin yeni növləri) öyrənməsi və onu müxtəlif sahələrə tətbiq etməsi, müasir yeni sistemlərin yaranmasına səbəb olur.

Bir çox ölkələr üçün informasiya texnologiyaları XXI əsrin informasiya dünyasında insanları həyata və işə hazırlamaq üçün yeganə şansdır. Bununla əlaqədar müasir həyatda kompüter texnikasının tətbiqi əvəzolunmazdır. Sahələrin böyük əksəriyyəti məsələlərin həllini sürətləndirmək üçün hesablama maşınlarından istifadə edirlər. Son vaxtlara qədər bütün kompüter texnikası insan üçün ancaq köməkçi bir vasitə olmuşdur. Kompüter müxtəlif hesablamaları aparırdı, qalan işlər isə insanın öhdəsinə düşürdü. İnsanın qarşısında kompüterin yerinə yetirə bilmədiyi böyük miqyaslı inşaat məsələləri, gələcək üçün layihələr, sınaqlar dururdu. Güclü qrafik stansiyaların (onlar kriptoqrafiyada, təbabətdə, rabitə sistemlərində, həmçinin qrafik işarələr və danışıq siqnallarının tanınmasında, hidroakustik stansiyalardan gələn informasiyaların analizində tətbiq olunurlar), həmçinin yalnız riyazi məsələlər həll etmək qabiliyyətinə malik olmaqla bərabər, ekranda mürəkkəb texnoloji prosesləri vizuallaşdıra bilən kompüterlərin yaranması ilə kompüter sənayesində yeni bir əsr başlanır[1, s.15].

İnformasiya cəmiyyətinin, ənənəvi sənayenin və xidmət sahələrinin hökm sürdüyü cəmiyyətdən fərqi ondadır ki, informasiya, biliklər, informasiya xidmətləri və onların istehsalı ilə əlaqədar olan bütün sahələr (telekommunikasiya, kompüter və televiziya) çox böyük sürətlə inkişaf edirlər, yeni iş yerləri mənbəyidirlər, iqtisadi inkişafda mühüm yer tuturlar. İnformasiyalı cəmiyyətə keçid dövründə ən böyük təhlükə insanların informasiyaya malik, İTT (İnformasiya Telekommunikasiya Texnologiyaları) ilə davrana bilən və bu xüsusiyyətlərə malik olmayan təbəqələrə bölünməsindən ibarətdir. Nə qədər ki, İTT kiçik sosial qrupun əlindədir, cəmiyyətin idarə olunması mexanizmi üçün təhlükə hələ də qalmaqdadır. Yeni İTT-lər aşağıdakı işləri yerinə yetirirlər:

– müxtəlif informasiyalara anında müraciət etmək yolu ilə vətəndaşların hüquqlarını genişləndirirlər;

– siyasi qərarların qəbul olunması prosesində əhalinin iştirakını və hökumətlərin fəaliyyətini izləmək imkanını artırırlar;

– informasiyanın yalnız istifadə edilməsi deyil, həmçinin onun fəal istehsal etmək imkanını yaradırlar;

– şəxsi həyatın mühafizə vasitələrini, şəxsi göndərişlərin və kommunikasiyaların anonimliyini təmin edirlər.

Bir çox ölkələr üçün informasiya texnologiyaları XXI əsrin informasiya dünyasında insanları həyata və işə hazırlamaq üçün yeganə şansdır. Bununla əlaqədar müasir həyatda kompüter texnikasının tətbiqi əvəzolunmazdır. Sahələrin böyük əksəriyyəti məsələlərin həllini sürətləndirmək üçün hesablama maşınlarından istifadə edirlər. Son vaxtlara qədər bütün kompüter texnikası insan üçün ancaq köməkçi bir vasitə olmuşdur. Kompüter müxtəlif hesablamaları aparırdı, qalan işlər isə insanın öhdəsinə düşürdü. İnsanın qarşısında kompüterin yerinə yetirə bilmədiyi böyük miqyaslı inşaat məsələləri, gələcək üçün layihələr, sınaqlar dururdu. Güclü qrafik stansiyaların (onlar kriptoqrafiyada, təbabətdə, rabitə sistemlərində, həmçinin qrafik işarələr və danışıq siqnallarının tanınmasında, hidroakustik stansiyalardan gələn informasiyaların analizində tətbiq olunurlar), həmçinin yalnız riyazi məsələlər həll etmək qabiliyyətinə malik olmaqla bərabər, ekranda mürəkkəb texnoloji prosesləri vizuallaşdıra bilən kompüterlərin yaranması ilə kompüter sənayesində yeni bir əsr başlanır. Proqramçı üçün ən böyük sevinc hissi – istifadəçilərin ən müxtəlif tətbiq sahələrini tapdığını görmək və bilmək hissidir. Xüsusilə bu 3D Studio Max, Adobe Illustrator CS, Floor Plan 3D, Adobe Photoshop, 3D Visilon, 3D Layer kimi məhsullara aiddir ki, burada mətn prosessoru, yaxud elektron cədvəldən fərqli olaraq təsviri vasitələrin köməyi ilə ən fantastik ideya və arzuları həyata keçirmək mümkündür.

Üç ölçülü kompüter modelləri, animasiya və qrafika bütövlükdə informasiya cəmiyyətində insanda olan həqiqi yaradılıcılığı məhv etmirlər, əksinə onun yaradıcı fikirlərini daha da sərbəstləşdirir və inkişaf etdirirlər. Əlbəttə müəyyən biliklər olmadan qrafika ilə məşğul olmaq qeyri mümkündür, lakin texnologiya sürətlə inkişaf etdiyindən yaxın gələcəkdə insanın yaradıcılığı yalnız onun fikirlərindən asılı olacaqdır. Əhalinin əksəriyyəti və həmçinin alimlərin bir çoxu, incəsənət adamları və narahat valideynlər kompüterə şeytan aləti kimi baxırlar. Bir çoxları isə ilk baxışdan kompüterin qulu olurlar. Buna bir səbəb olmalıdır. Həqiqətən də təfəkkürün bu yeni növü , bu vaxta qədər bizdən gizli qalan başlıca olaraq bu gün intensiv inkişaf dövrü keçirən və bizim başqa elmi vasitələrin köməyi ilə nail ola bilmədiyimiz imkanlarımızı yüksək dərəcədə zənginləşdirən kompüter qrafikasına aiddir. O, şübhəsiz bizə fantastik aləm bəxş edə bilər, bizi süni peyzajlarla əhatə edə bilər və gerçəkliyi unutdura bilər, lakin ondan şüurlu şəkildə istifadə etsək, o bizə təbiətin sirləri üzərindən örtüyü qaldırmağa kömək edə bilər.

Kompüter qrafikası – hesablama texnikası vasitələri ilə qrafik təsvirlərin yaradılması və emalı texnologiyası virtual surətlərin və abstrakt təfəkkür surətlərin insanlaşdırılmasında xüsusi rol oynayır. Kompüter qrafikası vizual və yaxud bilavasitə istifadəçinin yaratdığı verilənlər əsasında təsvirlərin alınması üsullarını öyrənir. Kompüter riyazi problemlərin həlli üçün bir alət kimi yaradılmışdır, lakin onun verdiyi dəyişənlərin mürəkkəbləşməsi sayəsində informasiyanın təqdimatı daha da böyük rol oynamağa başlamışdır [2, s.200-250]. Zaman keçdikcə bu sahə xüsusiləşərək “Kompüter Qrafikası” adlandırılmışdır. Tezliklə kompüter qrafikası və informasiyanın təqdimatı praktiki sahədən estetik sahəyə keçmişdir. İndi Yaponiya kimi ölkələrin iqtisadiyyatı bu gün video oyunlar və kompüter animasiyaları bazarından mahiyyət etibarı ilə asılıdır. Proqramlaşdırmanın heç bir sahəsi kompüter qrafikası qədər geniş elmi baza tələb etmir. Bu sahədə aşağıdakılar tətbiq olunur: alqoritmlər nəzəriyyəsi, hesablama həndəsəsi, optika, psixologiya, fiziologiya, ədədlər nəzəriyyəsi, hesablama üsulları, funksional analiz, inteqral və diferensial hesablamalar.

XX əsrin 60-cı illərində elektron texnikasının, xüsusən EHM-in inkişafı ilə əlaqədar olaraq, avtomatik tanınma sistemləri geniş tətbiq olunmağa başlanmışdır. Surətlərin avtomatik tanınması problemi ilə insanlar praktiki olaraq kompüterlər yaradılan vaxtdan məşğul olmağa başlamışlar. Son illərdə surətlərin tanınması gündəlik həyatda daha çox tətbiq olunur.

Nitqin və əlyazma mətninin tanınması insanın kompüterlə qarşılıqlı əlaqəsini əhəmiyyətli dərəcədə sadələşdirir, çap mətninin tanınması sənədlərin elektron formasına çevrilməsini təmin edir. Müasir dövrdə tanınma sistemləri daha çox tətbiq olunmağa başlamışdır, elmin və yaxud istehsalat fəaliyyətinin elə bir sahəsini göstərmək çətindir ki onlar real, yaxud ideal aləmin obyektlərinin əks olunma simvolları, yaxud rəqəmləri üzərində tətbiq olunmasınlar. Bu obyektlər arasındakı ekvivalentlik münasibətini əks etdirən həllin alınması üçün qurulan və aparılan formal əməliyyatlar məsələsinə surətlərin tanınması deyilir. Böyük tanınma sistemlərinə misal olaraq mərkəzləşdirilmiş tibbi diaqnostika sistemini göstərmək olar ki, burada təsnifata bölünən xəstəliklərin miqdarı onlarla, onların. əlamətlərinin miqdarı isə yüzlərlədir. Buna oxşar sistemlər bir neçə səviyyədən ibarətdirlər ki, onların hər birində tanınma sistemlərinin işi nəticəsində daha mürəkkəb əlamətləri təyin etmək üçün sonrakı səviyyələrdə istifadə olunan əlamətləri təyin etmək lazımdır. Bu cür sistemlərə başqa bir misal olaraq – müasir texniki xidmət mərkəzlərində yaradılan avtomobillərin texniki diaqnostikası sistemlərini göstərmək olar. Təsvirlərin tanınması geologiyada faydalı qazıntıların proqnozlaşdırılmasında, iqtisadi və sosial proseslərin analizində, psixologiyada, kriminalistikada, dilçilikdə, okeanologiyada, kimyada, nüvə və kosmik fizikasında, avtomatlaşdırılmış idarəetmə sistemlərində və s. geniş istifadə olunur.

Müasir dövrdə mürəkkəb böyük tanınma sistemləri – obyektlərin əlamətlərini və onların parametrlərini göstərən ölçüləri aşkar etmək üçün nəzərdə tutulmuş texniki vasitələrdir; obyektlər haqqında giriş informasiyasını müəyyən çıxışlara çevirən tanınma alqoritmlərinin toplusudur; bu alqoritmləri realizə etmək üçün cəlb olunan hesablama texnikası; ilkin (aprior) informasiyanı yerinə yetirən mütəxəssis kollektivi; alınan aposterior verilənlərin(əldə olan verilənlərə əsasən, təcrübəyə əsasən) həmçinin sistemin bütün səviyyələrində tanınma məsələlərinin formal həllinin analizi. Son dövrdə təsvirlər və illüstrasiyalar hər yerdə istifadə olunmağa başlamışdır. Onların böyük ölçüləri ilə əlaqədar problem işçi stansiyalarında və fərdi kompüterlərdə yaranmışdır. Belə ki. bir tam ekranlı (640×480) tamrəngli True Color – hər nöqtəyə 24 bit) təsvir bir meqabayt yer tutur. Nəzərə alsaq ki, adətən bir neçə illüstrasiyadan istifadə olunur və onların ölçüləri həddən artıq böyük olur. (məsələn: rəngli çapda) onları yığcam şəkildə saxlamamaq düzgün deyil. Son illərdə bu problemin həllinə kifayət qədər ciddi fikir verilir. Çoxlu sayda müxtəlif arxivləşmə və qrafik alqoritmlər yaradılmışdır: universal dəyişdirilmiş və həmçinin yalnız təsvirə istiqamətləndirilmiş yeni alqoritmlər istifadə olunmuşdur. Bundan başqa, yalnız konkret təsvirlər sinfinə istiqamətləndirilmiş alqoritmlər yaradılmışdır. Bu işdə statik qrafikanın arxivləşmə alqoritmlərinin inkişafının əsas mərhələlərini ayırd etməyə cəhd göstərmişdir[2, s.17-35].

Təsvirlər haqqında söhbət aparmaq üçün bu ad altında nə başa düşüldüyünü təyin etmək lazımdır. Bütün təsvirləri iki qrupa bölmək mümkündür: palitralı və palitrasız. Palitralı təsvirlərin piksellərində – palitra adlanan bir neçə bir ölçülü rənglər vektorunda ədəd – indeks saxlanılır. Ən çox 16 və 256 rənglərdən ibarət olan palitralara rast gəlinir. Uzun müddət ərzində istifadə olunmaq üçün təsvirlər verilənlər bazasında saxlanılırlar. Verilənlər bazası informasiyanın (təsvirlərin, analizlərin nəticələrinin, müşayiətçi verilənlərin), yığılması, arxivləşdirilməsi, sistemləşdirilməsi, axtarışı, istənilən şərtə görə seçimi üçün təyin olunan proqram təminatıdır. Təsviri verilənlər bazasına göndərərkən istifadəçi onun analiz nəticəsində alınan verilənlərini müşayiət edə bilmək üçün zəruri mətni və ədədi informasiyaya malik olmalıdır. Verilənlər bazası onda saxlanılan bütün informasiyalara tez baxmağa imkan verir. Adətən informasiyaya baxmaq üçün müxtəlif variantlar olur: təsvirlər kataloqu, təsvirlər qalereyası, təsvirli və informasiyalı vərəqlər, cədvəl. Təsvirlərin analizi proqramı verilənlər bazası ilə qarşılıqlı əlaqədə olurlar, bu isə o deməkdir ki, təsvir saxlanmaq üçün verilənlər bazasına ötürülə bilər və lazım gələrsə, analiz üçün oradan geri çağırıla bilər. Bir çox sistemlər təsvirləri avtomatik olaraq diskdən verilənlər bazasına ötürməklə təsvirlər bazasını yaratmaq imkanı verirlər. Bu halda təsvirlər, onların xassələri (faylın adı, yaranma və son modifikasiya tarixi, yaradıcı tip, təsvirlərin baytlarla ölçüləri və s.) haqqındakı informasiyalarla birlikdə bazaya köçürülürlər. Ötən əsr alimləri öz tənliklərini köklü surətdə sadələşdirmək, yaxud onları təkzib etmək istədikləri halda biz onların mahiyyətini displeyin ekranında görə bilərik. Bizim intuisiyamıza əsaslanaraq qrafik təsvir olunmuş təbii proseslərin bütün mürəkkəbliyinə varmaq olar. Bu zaman hər bir obrazlı düşünən kəsdə yeni ideyalar, yeni assosiasiyalar stimullaşaraq yaradıcılıq potensialı oyanır.

Müəllif:

Graphic Designer

Bir şərh yazın