Yaxşı dizayner olmaq istəyirəm, nə edim?! Dizayna az-çox həvəsi olan, bu sahədə nələrəsə nail olmağı qarşısına məqsəd qoyan insanları hər zaman bir sual maraqlandırır: “Yaxşı dizayner olmaq istəyirəm, nə edim?”. Cavabı isə çox sadədir — öyrənib, işləyib, gözləyəcəksən…

Əvvələcdən deyim ki, ali təhsili qoyaq bir kənara. Sadəcə olaraq bu mövzuya toxunmayaq ;).

Bizim nə üçünsə öyrənməklə heç aramız yoxdur. Başlanğıc mərhələdə bir az öyrənirik, “korel”, “fotoşop” bizə tanış proqrama çevrilir, iki-üç effektlə nəsə nəticə əldə olunur, əyri-üyrü şrift seçib qırmızı rəng verilir, vəssalam. Təsadüfən hansısa xırda bir obyektdə mikro-dizayner kimi fəaliyyətə başlayıb öyrəndiklərimizi tətbiq edirik. Amma bundan o tərəfə heç nə dəyişmir ki, dəyişmir. Əksər modern peşələr kimi, qrafik dizayn statik, yerində qalan sənət deyil ki, bir dəfə öyrəndik ömrümüzün sonuna kimi eyni şeyi tətbiq edək. Tam əksinə çox sürətlə dəyişən, yeniliklər gətirən bir sahədir. Buna iki amil təsir edir: dövrün tələblərinin sürətlə dəyişməsi, qrafik proqramların, texnologiyanın sürtəli yenilənməsi.

Ona görə öyrənmək lazımdır. Hər gün, hər saat öyrənmək lazımdır. İşin arasında 10 dəqiqə vaxt tapıb çay iç, amma paralel olaraq da öyrən. İnternetin hazırki imkanları daxilində öyrənmək, informasiya sahibi olmaq, yenilikəri izləmək qədər asan bir iş yoxdur. Bəli, milli resurslarımız çox azdır. Amma rus, ingilisdilli saytların sayı hesaba gəlməz. Hamısı da samballı və informativ. Dil problemin var? Bunu bəhanə etmə. Onsuzda proqramlarda istifadə olunan terminlər, ümumi anlayışlar o qədər də çox deyil. Aç Google Translate səhifəsini, istədiyin dildən ana dilimizə tərcümə et və öyrən. Maksimum 5-6-cı dəfədən sonra tərcüməçiyə ehtiyac qalmayacaq. Onsuz da bu tipli saytlarda dərs və məqalələrə illüstrativ izahlar tətbiq olunur və ciddi dil bilməyə lüzum qalmır.

Ona görə də məsləhət edərdim ki, faydalı resurslardan maksimum fayda əldə etməyə çalışın.

İşləyin. Təklifim ilk baxışdan qəribə görünə bilər. Amma burada qəribə heç nə yoxdur. İşsizlik başqa sahələrdə özünü göstərə bilər, amma dizaynerlikdə yox )). İş-vakansiya təklif edən çoxsaylı saytlarımız var. Onlara girib baxsaz bunu şahidi olarcaqsınız. Bəziləri az maaşlı, perspektivsiz olsa belə özünüzü sınayın. Az maaş təklif olunan yerin dizaynerdən tələbi də azdır. Elə yerdə işləməyə minimal proqram biliyi, azacıq iş qabiliyyəti olması yetərlidir. Qarşılığnda gücünüzü sınamaq, özünüzə təcrübə qazanmaq, orijinal müştərilər görmək şansınız yaranacaq ;). Burada təbii ki, əsas nüans təcrübədir. Çünki daha güclü, iri şirkətlərdə təcrübəsiz işçini heç sorğu-sual da etmirlər.

color

Və ən nəhayət… Gözlə. Gözlə ki, müəyyən zaman keçsin, təcrübən artsın, çoxlu səhv edəsən, ziyana düşəsən, işdən qovulasan, dizayna nifrət edəsən… Bəli, siyahı məhz bu şəkildədir. Neqativ, bədbin bir siyahı. Məncə dizaynerlərin başına bunlarln hamısı olmasa da, əksəri gəlməlidir. Amma qarşılığnda, gözlədiyin an çatır. O an ki, dizayn həyatına, həyat tərzinə çevrilir. Mağazaya girib çörək almaq əvəzinə çay, şokolad qutularının dizaynına baxırsan, metroda “blutuzlaşmaqnan” vaxt keçirmək əvəzinə posterlərə, reklamlara baxıb səhv axtarırsan, xəyalında onlar üçün yeni dizayn qurursan, sənə təqdim olunan qarmaqarışıq dizaynları sadələşdirirsən, səliqəyə salırsan, ideya əlavə edirsən, modernləşdirirsən, kompyuterində yer tutan minlərlə bərbəzəkli şriftləri bir kənara atırsan və ən əsası: özünü Dizayner olaraq hiss edirsən!

Bu qədər… Hələlik

azdizayner.com

Advertisements