Posted in 3D MaX

3D Max Dərsliyi: 3D Ağac


3Ddə düzəldilən bəzi ağac modellərinin eyni problemli olduqlarını hey görürəm. Ola bilsin ki Ağac düzəltməyin ən sadə və rahat yollarından biri bir Box-dan başlayıb yuxarı üzünü neçə dəfə Extrude (Bevel) edib sonra isə budaqları eşiyə çıxarmaqdır.

Ümumilikdə gördüyüm Ağacların problemi, ağacın əsəs gövdəsini ən başacan uzatmaqdır. Bu sadəcə həmişəyaşıl ağaclar üçün yaxşı ola bilər. Normal bir Ağac üçün bu dərsliyi hazırlamışam.

Ardı üçün “Devamı“nı basın.

Öncə sadə Box ilə başlayacağıq və onu Etitable Poly-yə çevirəcəyik (Etitable Mesh də olar, ancaq editable poly ilə daha yaxşı Mesh əldə etmək olur). ( Box seçilmişkən Sağ-Click  edin: Convert to; Editable Poly (Şəkil02) Box-a Ağac adı veririk.

3D Derslik

3D Dersliyi
Şəkil 02

“Sub-object” bölümündə Polygon-u aktiv edib, Qutunun yuxarı Polygon-unu seçib Bevel (yaxud Extrude) etməyi başlayırıq. İşimiz alçaq gövdə işləməkdir və gövdə ən başacan ucadılmayacaq.

(Açıqlama: Extrude və Bevel, hər ikisi də bənzər işi görürlər ancaq bir az fərqli olaraq. Extrude ilə bir Polygonu istədiyimiz boyda sadəcə eşiyə çıxarmaq yaxud içəri batırmaq olar amma Bevel ilə Extrude-un gördüyü işə əlavə olaraq eşiyə çıxmış Polygonun ölçüsünü də dəyişdirmək olar, və bu dərslikdə Bevel ilə işləmək daha uyğun nəzərə gəlir).

3D Derslik

Mən ümumiyyətlə gövdəni iki yerə bölüb sonra davam edərəm. Gövdənin birinci hissəsi istədiyiniz hər ölçüdə ola bilər.

3D Derslik - 3D Animasiya

Unutmayın ki üç ölçülü Ağac düzəltməkdəsiniz, ona görə Bevel edirkən bircə viewport-da işləməyin. Hər Bevel (yaxud Extrude) etdikdə müxtəlif alətlər ilə budaqlara yön verin. Bu işi davam edib budaqlar işini bitiririk.

3D Dersliyi - 3D Animasiya

Qutunun Üzlərini (Polygon) Bevel edib əsli budaqların formasını verirkən, ağacınızın son görünüşünü də görə bilmək üçün ona Meshsmooth artırın (Modifier siyahisindən seçməlisiniz).

3D Derslik - 3D Modelleme

Gördüyünüz kimi ağacın aşağı hissəsi xoş görünmür. İcazə verin bir balaca ağacın kökü üzrə işləyək. Ağacın aşağı üzünü (Polygon) seçib aşağıya doğru iki mərtəbə şəkildə göründüyü kimi Bevel (yaxud Extrude) edirik. Bu işimiz aşağının qabaqkı kimi yöndəmsiz görünməsinin qarşısını alacaq.

3D Dersliyi - 3D Animasiya

İndi isə kökləri düzəlmək üçün Qutumuzun original Polygonlarının yan üzlərini eşiyə çıxarırıq (Bevel edirik). Ağac köklərinin bir səth üzərində necə görünəcəyini görmək üçün hər zaman Mənzərənizin aktiv olması yaxşıdır. Burada mənzərə üçün sadə bir Box istifadə edirik. Qutunun hər tərəfindən sadəcə bir neçə Bevel işləməklə köklər qurtaracaq.

3D Derslik - 3D Animasiya

3D Dersliyi - 3D Animasiya

3D Dersliyi - 3D Animasiya

Yarpaqlar növbəsi:

Öncə ağacımızdan bir kopi alıb əslisini gizlədirik. Yeni ağacın aşağısını təşkil edən Polygon-larını silirik (Delete). Geri qalanlarsa budaqlardır. Bu kopiyə Budaqlar adı veririk. Buna görə aşağı Polygonları sildik ki yarpaqlar budaqlara tətbiq ediləcək PArray ilə yaradılacaqlar.

3D Dersliyi - 3D Animasiya

İndilik Budaqlar objektini də gizlədirik. Sonrakı işimiz yarpaq düzəltməkdir. Yarpağı istədiyiniz yöndəmlə düzəldə bilərsiniz. Burada Spline (Sap) ilə yarpaq şəklini düzəldib sonra Editable Poly-ə çevirib biraz Extrude edirik. Biraz dəyişiklik olsun deyə azca fərqlənən iki yarpaq düzəldirik (onlara Yarpaq01 və yarpaq02 adını veririk; düzəltdiyimiz nəsnələrə ad verməyimiz işimizi hər zaman onları tapmaqda və seçməkdə rahatlaşdırar).  Daha çox dəyişiklik üçün yarpaqların sayını çoxaltmaq olar. İndi isə bir Box ilə yarpaqların qoşulacağı kiçik budaqları düzəldirik  və K-Budaq adı veririk (Bu iş ağacı düəzəltdiyimiz kimidir).

3D Dersliyi - 3D Animasiya

3D Dersliyi - 3D Animasiya

3D Desrliyi - 3D Animasiya

Burada iki kiçik budaq düzəldirik (K-Budaq01 və K-Budaq02). Buradakılar çox kiçikdir, yaxşısı budur ki bu dərsdəkinə görə yarpaqların gövdədən daha aralı durması üçün budaqcıqlar bir balaca uzun düzəldilsin.

Yarpaqlar və kiçik budaqları qrup (Group) edirik və hər qrup üçün kiçik bir Box yaradıb qrupun kökündə yerləşdiririk sonra isə qruplaşmış kiçik budaqlarımızı Box-a Link edirik (Box-a B-Kökü adını veririrk). Bu iş bundan ötrüdür ki Qrupların Pivot Point-u (Mərkəz Nöqtəsi) qrupun ortasındadır və burada Particle System (Ədat sistemi) işlədəcəyimiz üçün lazımdır ki Mərkəz Nöqtə nəsnəmizin kökündə yerləşsin.

3D Dersliyi - 3D Animasiya

Gizlətdiyimiz Budaqlar nəsnəsini aşkar edirik. Yarpaqlar bu nəsnə üzərində yayılacaqlar. Kiçik budaqlar sayıca PArray yaradırıq.

(“Creat” panelində “Geometry-ni” aktiv edib altındakı siyahidən “Particle Systems”-i seçirik və PArray düyməsi aşkar olur (Şəkilə baxın).

3D Dersliyi - 3D Animasiya

Bu dərslikdə iki kiçik budağımız var. PArray yaradandan sonra “Basic Parameters” bölümündə “Object-Based Emitter-in” altında “Pick Object” düyməsini basıb Budaqlar nəsnəsini seçirik. “Prticle Type” bölümündə isə “İnstanced Geometry-ni” aktiv edirik.

“Instancing Parameters” hissəsində “Pick Object” düyməsini basıb Qrup budaqların kökündə yerləşdirdiyimiz kiçik Box-ı (B-Kökü) götürürk və düymənin altındakı “use subtree also” aytemini aktiv edirik. “Rotaition and Collision” bölümündə “User Defined” aytemini aktive edirik. Bu dərslikdə bu tənzimatı nəzərdə tuturuq: 1,1,1, və Var 0.

3D Dersliyi - 3D Animasiya

“Particle Type” bölümündə “Get material From:” düyməsini tapıb altındakı “Instanced Geometry” aytemini aktiv edirik. Geriyə qalan ağacımıza tekstur verməkdir ki özü başqa bir dərslikdir.

3D Dersliyi - 3D Animasiya

Müəllif:

Graphic Designer

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma