Posted in Komputer Grafikasi

Animasiya Texnikaları üzrə


Animasiya filmləri çeşidli və saya gəlməzcə yöndəmlər və texnikalar ilə istehsal olunur. Təbii ki bu sənətin texnologiyaya sıx bağlı olduğuna görə, texnologiya irəlilədikcə, texnikalarının da sayı artıb, modernləşir. Ancaq bu saya gəlməzcə texnikaları 4 ümumi dəstəyə bölmək olar.

A. İki Ölçülü (2D) animasiya; (Klasik Cizgi Filmi kimi)

B. 3 Ölçülü animasiya (Kukla, gerçək cismlər, nəsnələr və belə İnsanlar ilə animasiya)

C. Kombinasiya (Müxtəlif yöndəmlərin bir filmdə birləşməsi; “Canlı film-animasiya” yaxud “Computer animasiya-Cizgi film” kombinasiyaları kimi)

D. Computer Animation

Bu hər qurupun, öz içinə aldığı texnikaların sayı, bundan öncə dediğimiz kimi saylana bilməzlər, ancaq bir neçəsi üzrə qısaca olaraq məlumat hazırlanmışdır.

A. İki ölçülü animasiya (2 Dimensional Animation)

Cel Animation 1. Cel Animation (Talk varaqları üzərində çəkilən rəsmlərlə animasiya)

Bu texnikada hərəkət rəsmləri şəffaf Talk varaqları üzərində çəkilib, rənglənəndən sonra Arxa plan qatı üstə qoyulub, kamera ilə fotoşəkilləri çəkilir. Bu texnikanı ilk dəfə olaraq Amerikalı kinoçu, “Earl Hurd[1] 1915-də işlətmiş, sonralar isə iki animator, “Raul Barre” və “Bill Nolan” bu yöndəmi kamilləşdirirlər. Şəffaf Talk varaqlarının işlədilməsi idiyası sadə nəzərə gəlsə də, cizgi film sənətində böyük və əsaslı dəyişiklərə səbəb oldu. Ayrıca bu texnika Perspektivli və çox qatmanlı planların icad edilə bilməsinə yol açdı. Walt Disney İstehsalları bu texnika üçün bir örnəkdir. Bu texnika üçün bir örnək (İzlə ).


Paper Animation 2. Paper Animation (Kağız üzündə cizgi film)

Bu texnikalı filmlərdə, Talkın işlənilməməsi və hər hərəkət rəsmini bütün təfsilat ilə yenidən çəkiləcəyi ucbatından, Arxa planlar olduqca sadə və təfsilatsız çəkilir. Sadə Arxa planlar və titrək görüntülər bu texnikanın özəlliklərindən sayılır və kağız üzərində iz buraxa bilən hər hansı alət yaxud materiyaldan, bu texnika üçün faydalanmaq olar. (Nümunə İzlə )

Without Camera 3. Animation without Camera (Kamerasız animasiya)

Animasiya filmi istehsalının ən ucuz başa gələn yollarından biridir, çünkü bu texnikada bir başa Xam Film (Neqativ) üzərində rəsim çəkib yaxud Yanıq Film üzünü cızıb, kamera və Labratuvar mərhələlərinə ehtiyac duymadan film istehsal etmək olar (əlbəttə bu söz daha çox Kompyüterin bu sənətdə istifadə edilməsindən qabaq dönəm üçün keçərlidir). Xam filmi zahir etsək yaxud əski və işə gəlməz Neqativləri Javel suyu ilə yusaq, üzü rəsmlənə biləcək şəffaf bir navara çevrilər. Bu şırığın üzərində hərəkət rəsmləri ard-arda rəsmlənirsə, kamera və labratuvara ehtiyac duyulmaz bir animasiya filmi doğrular. Yanıq film üzünü də cızıq salmaqla rəsmləndirirsək, bənzər bir film əldə edə bilərik. Yanıq film üzünü cızmaqla gözəl və təsirli təsvirlər yaratmaq olar. Bu texnika üçün 16 mm neqativlərini də işlədə bilərik, ancaq böyük kadrajlar (35 mm və ən uyaxşısı 75 mm navarlar) işlətsək, iş daha rahat və nəticə isə yaxşıraq olar. Bu texnika üçün ən yaxşı nümunə, Korolin Lif (Caroline Leaf)`in Aneccy festivalı mükafatı qazanmış “İki Bacı” (Two Sisters – 1990) filmidir. Bu texnikanın yaradanı Norman McLaren isə ömür boyu bu texnika üzrə çalışıb böyük və dəyərli yaradıcıqlar göstərmiş.

Cut Out 4. Cut-Out (Kəsilmiş muqavva parçalarıyla animasiya)

Karakterlər muqavva (qalın kağız) tikələri ilə düzəldilib, oynayacaq (Oynaqlıq) yerlərinə isə Oynaq (Məfsəl) qoşulur. Bəzən də Kolaj (Collage) texnikası (Prça, İp, Qazetə tikələri, Fotoşəkil və başqa materiyallar) ilə bəzədilib, arxa plan üzərində hərəkətlənib, kamera ilə tək_kadr olaraq fotoşəkilləri çəkilir. Bu texnika, bəzən tərs-ışıqlı (Siluet animasiya: Silhouette Animation) şəkildə də həyata keçirilir. Yəni qara muqavvadan düzədilmiş personajlar, altından ışıqlandırılmış bir şüşə üzərində hərəkətləndirilib, tək_kadr olaraq kamera ilə film üzünə çəkilir (Bu dönəmdə bu texnika üçün  maraqlı Kompyüter proqramları müxtəlif şirkətlər tərəfindən yazılıb və bu texnikanın xeyli məşəqqətli işləri azadılıb və hərəkət kontrolu daha diqqətli və rahatlaşıb). Bu texnika üçün Örnək: (The Tale of John and Mary by Karel Zeman ).


Pinscreen 5. Pin Screen (Sancaq Taxtası)

Bu texnika üçün minlərcə Sancaq yan-ba-yan bir Taxta üzünə sancılır. Bu boyları dəyişilər sancaqlar, məxsus bir bucaqdan işıqlandırılırsa, fərqli boyda olduqlarına görə müxtəlif tonlar əldə edilər. Bu texnikada animatorlar (ümumiyyətlə hər taxta üçün iki animator) bu dik taxtanın dal və qabağında durub, sancaqların ucalığını dəyişdirməklə istədiyi təsvirləri yaradıb, kamera ilə Tək-kadr olaraq fotoşəkillərini çəkirlər. Bu Texnikanın yaradıcıları, “Alexander Alexeieff” ilə “Claire Parker”in birgə işlədikləri “Çılxa Gözəllik” (pure beauty), bu texnika üçün bir nümunədir; İzlə .

Photo Animation 6. Photo Animation

Canlı personajın, rol oynarkən, dal-ba-dal fotoşəkili çəkilir. Bu fotoşəkillərdən bəziləri seçilib, çevrələri kəsilib, arxa plan qatı üstə yerləşdirildikdən sonra tək-kadr olaraq yenidən fotoşəkilləri çəkilir. Bəzən bu fotoşəkillər müxtəlif materiyallar (məsələn Pastel, Yağlı boya və B.) ilə, xüsusi təsirlər yaratmaq üçün bəzədilib çəkilirlər.

Under Camera7. Under Camera Animation (Kamera Altı Animasiya)

Altından işıqlandırılmış bir şüşə üzrə səpilmiş narın Qum, Ağac Pükəsi, Mıncıq və başqa narın cismlər, mərhələ-mərhələ formalaşıb, yuaxarıdan, şüşə üzünə dik baxan kamera ilə tək-kadr olaraq filmləri çəkilir. Təsvirlərin kamera altındakən, bir-bir pozulub yenidən və bədahətən yoğrulacaqları, təsadüfi və xüsusi stetikli təsvirlərin doğrulmasına gətirib çıxarır. “Sand Animation” (Qumla animasiya) texnikası da bu qurupdandır və Karolin Lif (Carolline Leaf)`in “Xiyaban” (The Street ) (1976) filmi bu texnika ilə istehsal olunmuşdur.


Rotoscope8. Rotoscope

Məxsus vəsayit ilə böyüdülmüş, Canlı personajların film fremləri yenidən başqa bir səth (kağız, Cel və S.) üzərində çəkilib, bir-bə-bir fotoşəkilləri çəkilir (əlbəttə başqa texnikalar üçün da istifadə olunar). Bu texnika üçün bir örnək:
Gulliver`s Travels

B. 3 ölçülü animasiyalar (3 Dimensional Animation)

Stop Motion 1. Stop Motion

Bu texnikada, Kukla, gerçək nəsnələr, Canlı personajlar və başqa üç ölçülü nəsnələr, kamera önündə oynadılacaq şeylərdirlər. bu texnikanın adından bəlli olduğu kimi, kamera dayandırılmışkən, personajların, hərəkət təsəvvürünün yaradılması üçün lazim dəyişidirilmələrindən sonra, kamera işə salınıb, səhnədən, (doğrulacaq hərkətə bağlı) bir yaxud neçə fotoşəkil çəkilir. Bu texnikanı Blackton və E.Smith kəşf edib, ilk olaraq “Humorous Phases of Funny Faces” filmində istifadə etmişdir.

İlk dövr kukla animasiya personajları Palçıqdan yoğrulurdular, ama bu texnika üçün yararlı material, Mum və muma bənzər başqa materiyallardır (Örnək İzlə ).

Pixilation 2.Pixilation

Bu texnikada canlı personajların ifa etdiyi rol, kamera ilə çəkilir. Çəkilən filmin bəzi kadrajları seçilir və sujetə uyğun bir zamanlama ilə, dal-ba-dal göstərilir. Kəsintili hərəkətlər bu texnikalı filmlərin bir özəlligidir.

Computer AnimationC. Computer Animation

Animasiya sənətinin ən yeni texnikasıdır və müxtəlif texnikaları öz içinə alır və gün-bə-gün irəliləyərək yep-yeni dünyalar yaratmağa imkan yaradır. Bu texnikanın alt-texnikalarının sayı çoxdur, ancaq önəmli qollarından biri, 3 Ölçülü Kompüter animasiyasıdır (3D Animasiya).

Computerin, bu sənətdə istifadə edilməsindən bəri, klasik animasiyanın çoxlu məşəqqətli mərhələlərinin rahatlaşması, bəzilərinin isə ləğv olunması ilə yanaşı, fantastik dünyalardan tut ta gerçək görüntülərdən seçilməyəcək səhnələrin yaradılmasına imkan yaradılmışdır. Bundan öncə təhlükəli və həzinəli olaraq yaradılan xüsusi efektli səhnələr, bu dönəm kino sənətində, Computer ilə tam təhlükəsiz və az məxaricli olaraq, var edilməsi mümkün olub. Başqa Computer texnikalarından, Flash Animation, Computer Cut-Out tesnikası və B. Saymaq olar. Neçə örnək:

3 ölçülü texnikası:
Final Fantasy/2001

Flash Animation

Cut Out


Kombinasiya D. Kombinasiya

Bu texnikanın adı animasiya sənətinin doğuluşu ilə də bağlıdır. Necəki ilk animasyalar bu texnikanın bir qolu olan “Live Action-Animation” (Canlı film-Animasiya) kombinasiyası texnikası ilə istehsal olunubar. İlk animasiya filmi adını qazanan, Blackton`un “Gülünc üzlərin güldürücü dəyişmələri” (Humorous Phases of Funny Faces) (1906) filmi bu texnika ilə çəkilmişdir. Bu film çoxusu canlı film olaraq, Stop-Motion texnikalı animasiya səhnələrini öz içinə alıbdır. Ümumiyyətlə müxtəlif film və animasiya yöndəmlərinin bir filmdə birləşməsinə Kombinasiya deyilir. Dinamation, bu texnikanın başqa alt-texnikalarından və gerçək dünya ilə Fantastik dünyanın birləşməsidir, bu texnikada, misal olaraq, Canlı personajlar dəqiq dekopajlı senariya əsasında, xəyali və səhnədə hazır olmayan personajlar qarşısında rollarını oynayıb, sonra montaj mərhələrində animasiya olaraq xəyali personajlar da filmə artırılırlar. Bu texnika, hər zaman “Ray Harryhausen” adını andırır. Hausen bu texnika ilə çoxlu sayda film istehsal etmişdir. Hausen`in “Sindbadın yeddinci səfəri ” filmi bu texnika üçün yaxşı örnəklərdən biridir. Computer, bu texnikanın da say artmasına səbəb olmuşdur. “King Kong”, “Lord of the Rings” kimi filmlər, Computer 3 ölçülü animasiya, Canlı film, dekor arxa planlar və … kombinasiyalarıdır. Bu texnika üçün başqa örnək, Walt Disney`in “Treasure Planet ” (Xəzinə Səyyarəsi) filmidir. Bu film, klasik cizgi film ilə Computer 3D (3 Ölçülü) animasiya kombinasiyasıdır.

Animaral.com`da yazıldı, 2008[2]


[1]September 14, 1880 – September 28, 1940

[2]Qaynaqlar:

The Technique of Film Animation, By: John Halas & Roger Manvell

Pilban Dərgisi, nümrə 10

http://en.wikipedia.org

və başqa qaynaqlar

Müəllif:

Graphic Designer

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma