Posted in Uncategorized

Azərbaycan İncəsənət Tarixi


Dini səciyyəsi olduğu güman ehtimal edilən qədim daş tikililər və ya meqalitlər (yunan dilindən tərcümədə meqas — iri və lithos — daş deməkdir) — tarixəqədərki abidələrdir. Onlar təbii və ya bir qədər yonulmuş iri daş qayalardan ibarətdir. Meqalitlət dolmenlərə, mengirlərə və kromlexlərə bölünür. Dünyanın müxtəlif yerlərində, xüsusən də Qafqazda, Qara dəniz sahillərində, Qərbi Avropada və Şimali Afrikada meqalitlərə təsadüf olunur. Son zamanlar Bohem adalarının 40 kilometrliyində, Atlantik okeanın dərinliyində meqalit tikililərin tapılması onlara marağı yenidən artırıb.

 

Meqalit tikililər müxtəlif dövrlərə aiddir. Onları çox minillər bundan əvvəl ucaldırdılar, eyni zamanda cəmi bir neçə əsr əvvəl bu tikililərdən Polineziya adalarında geniş istifadə olunurdu.

 

Meqalitlərin mənşəyinin haradan gəldiyi bəşəriyyəti çoxdan maraqlandırır. İlk bənna kim olub, çoxtonlu daş konstruksiyalar hansı məqsədlə yaradılıb? Hələlik, bu məlum deyil. Hətta müasir texniki vasitələrlə belə çox zaman bu cür nəhəng tikililəri ucaltmaq çətin olur. O da məlumdur ki, meqalitlər açıq şəkildə dənizə meyllənirlər. Daş tikili dənizdən nə qədər aralıdırsa, onun həcmi bir o qədər kiçikdir.

 

Azərbaycan ta qədimdən insan məskəni olub. Onun ərazisində, o cümlədən Abşeronda bu yerlərin qədim sakinlərinin müəllifi olduqları daş tikililərə rast gəlinir. Abşeron yarımadasında həm yaşayış, həm də ayinlər üçün nəzərdə tutulan meqalit tikililər eneolit və qədim tunc dövrünə aiddir. Abşeronda kromlexlərə — müqəddəs yerlər üçün nəzərdə tutulan, üzərində təsvirlər çizilmiş iri daşlarla əhatə olunmuş dəyirmi formada meydança şəkilli tikililərin qalıqlarına rast gəlinir. Bakı ətrafında Mərdəkanda (b.e.ə. III-II minillik), Zirədə (b.e.ə. III-II minilliklər), Türkanda (b.e.ə II minilliyin sonu), Şüvəlanda (b.e.ə II minillik) və Abşeron yaxınlığındakı Qobustanda (b.e.ə III minillik) qədim abidələr aşkar olunub.

 

Mərdəkandakı kromlex xüsusi diqqət çəkir. Bu, iri daş qayalardan ibarət dəyirmi tikilidir. Onun qonşuluğunda dəyirmi formada olan bir sıra kiçik tikililər mövcuddur. Ehtimala görə, o, dini xarakterlidir və günəş kultuna həsr olunub. Tikilidəki daşların əksəriyyətində maralların, keçilərin və digər heyvanların qayayüstü təsvirləri əks olunub. Görünür, Mərdəkandakı və Şüvəlandakı kromlexlərin bəzədilməsində Qobustandakı təsvirdən istifadə olunub.

 

Qobustan rayonundakı qoruğun ərazisində insan əliylə ucaldığı şübhə qalmayan daş tikililərə təsadüf olunur. Maraqlı meqalit abidələrindən biri də dolmen tipinə aiddir. İri daş piltə vertikal qayanın üzərində dayanır. Meydana çıxan tikili nəhəng daşlarla əhatələnib. Tikilinin içəri divarında qədim insanın əli ilə çəkilən təsvirlər çizilib.

 

Ümumiyyətlə, bu tikililər az öyrənilib. Daş dövrünün tarixdən əvvəlki abidələrinin analogiyasına dünyanın bir sıra xalqlarında rast gəlinir. Amma bu analogiyalar arasındakı bağlılığı yalnız gələcək araşdırmalar tam ortaya qoya bilər.

 

Təəssüf ki, bu qədim abidələrin bir çoxu ciddi təhlükə ilə üz-üzə qalıb. Arxeoloqların səylərinə baxmayaraq, tikililərin ətrafındakı torpaqlar bağ sahələrinə paylanır. Bu sürətlə tezliklə bütün ərazi təmizlənəcək və yenidən qurulacaq, minillik tarixin izləri isə yer üzündən silinəcək. Bu, bizim bölgədə yaşayan qədim insanın həyatı barədə biliklər əldə etməyimiz istiqamətində düzəlməsi mümkün olmayan səhv deməkdir. Bu səbəbdən nə qədər gec deyil, Azərbaycanın meqalit tikililərinin qorunması üçün bütün cəhdləri səfərbər etmək lazımdır.

 

 

 

DOLMEN ( breton dilində tol — stol və men — daş) — böyük daş yeşik şəklində, üstü hamar piltə ilə örtülmüş tikili. Adətən yuxarı daş piltənin ağırlığı onlarla tona, ölçüsü onlarla metrə çatır. Təyinatı və ucaldılma üsulu bəlli deyil. Belə tikililər Avropanın, Asiyanın və Şimali Qafqazın sahilyanı bölgələrində, Qafqazda və Krımda geniş yayılıb.

 

 

 

MENGİR (ing. menhir) — tarixəqədərki abidələrin tək, şaquli dayanan kiçik və ya böyük ölçülü daşdan ibarət növü. Bu daş çox zaman həddən artıq böyük olur. Belə sadə, çox zaman dördkünc formada olan daş dirəyin üzərində bəzən sirli işarələrə və yazılara rast gəlinir. Mengirlərə Bretonda, İngiltərədə və Skandinaviyada təsadüf olunur.
KROMLEX (breton dilində — halqa və lech — daş) — neolit dövrünün və əsasən də, tunc əsrinin meqalit tikililərinin bir növü. Əsasən iri, tək-tək dayanan, bir və ya bir neçə ümumi mərkəz əmələ gətirən daşlardan ibarətdir. Onlar çox zaman mərkəzində dolmenin və ya mengirin yerləşdiyi meydançanı dövrəyə alır. Qazıntılar zamanı kromlexlərin içərisindən qəbirlər, daşdan yonulmuş baltalar, yapma keramika, daş dəyirmanlar tapılıb. Kromlexlərə Asiyada və Amerikada, Avropada (Fransa, Böyük Britaniya, Skandinaviya, Zaqafqaziya) rast gəlinir. Böyük Britaniyadakı Stounxec və Eyvberi və Fransadakı Karnaka kromlexləri xüsusən məşhur

Müəllif:

Graphic Designer

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma