Posted in Uncategorized

İncəsənət, ölüm və sevgi


 

Bir rəssam olur. Bu rəssamın gözünün qabağında ən yaxın dostunu öldürürlər. Rəssam dostunun ölümüylə barışa bilmir. Ağlayaraq bir əsər çəkməyə başlayır. Əsəri dostuna həsr eliyir. Istiyir ki, bu əsəri hamı görsün. Əsəri sərgiyə çıxarır. Varlı bir şəxs əsərə sahib olmaq istəyir. Rəssama küllü miqdarda pul təklif eliyir. Ama ressam onunla razı olmur. Əsəri dostuma həsr eləmişəm. Bu əsərin qiyməti yoxdu deyir. Sərgi bitir. Rəssam sevgilisinə zəng edir. Öyrənirki sevgilisi sərgiyə gələrkən, onu maşın vurub. Tez xəstəxanaya gedir. Həkimdən soruşurki, qızın səhhəti necədir? Həkim deyir… Bu qızı ancaq bir nəfər əməliyyat edib sağalda bilər. Yaşlı professor. Əməliyyat heç cürə pulsuz olunmur. Nə rəssamın, nədə qızın ailəsinin imkanı olmurki əməliyyat etsinlər. Ressam düşünürki, dostuna həsr etdiyi əsəri sata bilməz. O əsərdən çəkmək ûcün gərək ölüm və qan görsün. Rəssam xəstəxanadan çıxr. Yolda bir yaşlı kişi görür. Qurbanını təyin edir. Yaşlı kişini öldürür və əsəri Çəkir. Sərgiyə aparıb həmin varlı şəxsə satır. Pulu alıb xəstəxanaya qayıdır. Həkimə pulu verib qızı əməliyyat etməklərni istiyir. Həkim deyir… Bir neçə saat bundan əvvəl professor bura gələrkən, bir binanın blokunda öldürülüb. Rəssam dizlərni yerə qoyub ucadan qışqırır. Cûnki onun öldürdüyü yaşli kişi həmin professor idi. Qız ölür. Rəssam səhəri gün öz otağından özünü asmamışdan qabaq 3 söz yazır. İncəsənət, ölüm və sevgi

Müəllif:

Graphic Designer

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma