Posted in Uncategorized

İncəsənət və Sənətkar (Birinci Hissə)


Əsas olaraq “Tam Sənət” deyə bir şey yoxdur, ancaq sənətkarlar vardır. Sənətkarlar (və xüsusilə Rəssamlar) isə, bir zamanlar rəngli kəssəkləri yerdən götürüb Camış və başqa heyvanların rəsmini mağara divarları üzərinə çəkən insanlar idi. Bizim çağda isə rəssamlar rənglərini hazır olaraq dükanlardan alıb Reklam posterləri dezayn edirlər; və bu uzun tarixi zaman içində nələr ki baş verməmiş. İncəsənət sözcüyünün müxtəlif dövrlərdə və coğrafiya məkanlarında bir-birlərindən ayrı və fərqli (və bəlkə də bir-birlərinə zidd) olaraq qavranılması şərtini nəzərə alaraq, bu hadisələrin hamısını Sənət saymaq məsələsizdir və bunu da unudmamalıyıq ki mütləq incəsənətin mövcudiyyəti yoxdur. Çünki mütləq anlamda sənət, artıq xəyali büt halına dönübdür. Bir sənətkara, yaratdığın şey öz taylarına görə əla bir şeydir ancaq “İncəsənt” sayılmaz desəniz, onu incitmiş olacaqsınız, və bir tablonu bəyənmiş kimsəyə, bəyəndiyin şey “İncəsənt” yox başqa şeydir desəniz onu heyrətləndirib rahatsız etmiş olarsınız. Doğrusu mən bir heykəl yaxud bir rəsmin bəyənilməsinin yanlış səbəbləri olduğuna inanmıram. Kimi bir tablonu ona vətənini andırdığı üçün, kimi isə bir portreti dostuna bənzədiyi üçün sevir. Bunun heç məsələsi yoxdur. Hamımız bir tabloya baxarkən, o tablonu bəyənəcəyimizi yaxud bəyənməyəcəyimizi təsirləndirə bilən minlərcə şeyi xatırlamağımız mümkündür. Bu xatirələr, müşahidə etdiyimiz əsərdən daha həzz almağımıza səbəb olarsa heç məsələ yaratmaz, ancaq əlaqəsiz bir xatirə bizi önfikirləməyə yönəldirsə məsələ ilə qarşılaşacağıq. Məsələn mümkündür özümüz belə sezmədən sadəcə yüksəklik və dağdan qorxumuzun təsiri altında əla bir dağlıq mənzərənin rəsmindən zəhləmiz belə gedsin. Belə durumlarda bir əsərdən ala biləcəyimiz həzzlərə əngəl olan içimizdəki və yaddaşımızdakı səbəbləri araşdırmalıyıq. Qətiyyən bir sənət əsərinə qarşı pis münasibətlərimizin səbəbləri doğru deyil. 

İnsanlar ümumiyyətlə tablolarda gerçək dünyada sevdiklərini görmək istiyirlər. Hamımız təbiət gözəlliklərini sevir, onları öz əsərlərində əks etdirən sənətkarları yaxşı dəyərləndiririk. Belə sənətkarlar bizim zövqümüzə bənzər zövqə sahibdirlər. Flandriyalı dahi rəssam, Rubens yəqinki balaca oğlunun rəsmini çəkərkən onun sevimli qiyafəsindən qurur duyurmuş və onun, bu rəsmi görənlər tərəfindən də öyülməsini arzu etmişdır (Şəkil 1). Ancaq istəyimiz sadəcə gözəl və sevimli mövzular olarsa az cazibəli mövzuları doğrucasına qavramaqda yanlışlığa uğrarıq. Yəqinki, Rubensin, duzlu uşağına qarşı duyduğu sevgi və məhəbbət kimi hissləri Almaniyalı dahi rəssam, Albrext dürer (Albrecht Dürer) də anasının təsvirini çəkərkən duyurmuş (Şəkil 2). Sədaqətlə çəkilmiş bu üzü kədərli və dolu qırışlı ağ birçək qadının rəsmi mümkündür bizim heç xoşumuza gəlməsin və ona üz döndərək. Ancaq yenə də ilk duyduğumuz hisslərə üstün gəlməyi bacarsaq dəyərli bir mükafat qazanmış olarıq, o mükafat isə bu səmimi və dəyərli əsərdən alacağımız həzzdir. Birazdan bir əsər gözəlliyinin subyekt (mövzü) gözəlliyindən asılı olmadığı aydınlaşacaq. Ünlü İspan rəssam, Murillo-nun çəkdiyi cındır_pındır geyinmiş uşaqlar gerçəkdən gözəliymişlərmi yoxsa yox, bilmirəm (Şəkil 3), ancaq onların beləcə istəməli çəkildikləri aydındır. Bir yandan isə çox adamın, holandalı ünlü rəssam, Hoogh-un çəkdiyi rəsmdəki (Şəkil 4) qız uşağı cansız və halətsiz rəsm olunubdur deyə bu tablonu tənqid etmələri mümkündür, ancaq hərhalda bu tablo cazibəli və könül oxşar bir əsərdir (Daha yüksək keyfiyətli şəkilləri görmək üçün şəkilləri tıklayın).

Şekil 1; Rubens
Şəkil 1 Şekil 2; Albrext dürer
Şəkil 2 (Albrext dürer-in anası)

Şekil 3; Bartolomé Esteban Murillo
Şəkil 3

Şekil 4; Pieter De Hoogh
Şəkil 4


Əsasən gözəlliyi qavramaqda çətinlik törədən səbəblər, zövqlər və gözəllik ölçülərinin dəyişkən və müxtəlif olmasıdır. 5 və 6. Şəkillər, hər ikisi də mələkləri Ud çalırkən göstərən, 15. əsrə aid rəsmlərdir. Çoxları “Melozzo Da Forli”, İtaliyalı rəssama aid (Şəkil 5) rəsmi, onun şimallı çağdaşı, “Hans Memling”-in göz oxşar və gözəl rəsminə (Şəkil 6) üstün tuturlar. Mən özüm hər iki tablonu da sevirəm. Bəlkə Memling-inkinin gizli və batini gözəlliyini kəşf etməyə daha çox vaxt lazimdir, ancaq onun zahiri cansızlığına qarşı ilkin reaksiyamıza üstün gəlsək nəhayət dərəcədə sevimli olduğunu duya bilərik.

Şekil 5; Melozzo Da Forli, Angel
Şəkil 5Şekil 6; Hans Memling, Angel
Şəkil 6


Gözəllikdə olan məsələ, “İfadə” və “Ekspresyon” mövzusuna toxunduqda da özünü göstərir. Daha doğrusu bir tablonu bəyəndiyimiz yaxud bəyənmədiyimiz, o tablonun İfadə tərzindən asılıdır. Bəziləri sadəliklə anlaşılan əsərləri bəyənir içdən təsirlənirlər. İtaliyanın 17. əsrinin rəssamı, Guido Reni, xaça çəkilmiş İsa peyqəmbərin (Şəkil 7) rəsmini, yəqinki onun müsibətli həyatı boyunca çəkdiyi əzablarını anlatmaq məqsədiylə rəsm edibdir. Bu əsərə, yaradıldığından bəri saysızca insanlar baxır, sakinləşir, ruhları toxtalır. Bu rəsmin anlatdığı duyğular o qədər durlu, aydın və güclüdür ki onun müxtəlif nüsxələri kiçik kilisələrdə və İncəsənət anlamını bilmiyən sadə kənd adamlarının evlərində belə var. Ancaq güclü və aydın bəyan, bir əsər ilə maraqlandığımız səbəbi olsa da başqasını anlamaq çətindir deyə ona üz döndərməməliyik. Yəqinki eyni mövzunu (Şəkil 8) çəkən, orta əsr İtaliyalı rəssam da Reni kimi həzrət_i İsanın müsibətlərinə ən içdən acıyaraq rəsmini çəkmişdir, ancaq onun duyduğu hissləri anlamaq üçün öncə onun rəssamlıq yöndəmini öyrənməliyiq. Əgər müxtəlif incəsənət dillərini anlamağa nail olsaq, ifadə tərzləri Renininki kimi əsərlərdən daha az aydın olan əsərləri üstün tutmağımız belə mümkündür. Eyni, sözlərini kələmələr ilə və birbaşa anlatmaqdansa daha çox oxucunu düşündürməyi sevən şairlər kimi, bəziləri də tamaşaçıları düşündürəcək tablolar və heykəlləri daha üstün tuturlar. Bugünkü rəssamlarca məharətləri olmayan İlkin dövr rəssamların məharət və ustalıq məhdudiyyətlərinə baxmayaraq, istədiklərini anlatmağa nə sayaq çalışdıqlarını öyrənmək həyəcanlandırıcıdır.

Şekil 7; Guido Reni
Şəkil 7Şəkil 8; İsa Peyqemberin portreti
Şəkil 8


Ancaq incəsənət dünyasına yeni girişənlər, ilk öyrəniş atdımlarında başqa bir məsələ ilə üzləşirlər. Onların göylü, usta rəssamların “Bənzətmə” qabiliyyətini alqışlamağadır. Onların ən çox bəyəndikləri rəsmlər, “Gerçək” kimi görünənlərdir. Mən bunun əhəmmiyyətli olduğunu heç danmıram. Dünyanı sədaqətlə əks etdirən ərdəm və məharət gerçəkdən də alqışlanmalıdır. Keçmiş əslər boyunca dahi rəssamlar, yüksək diqqətli incə naxışlar və təsviri təfsilatı öz əsərlərində göstərməyə böyük əmək sərf etmişlər.
Albrext dürer-in sulu boya texnikalı Dovşan rəsmi (Şəkil 9) bu aşiqanə zövq və hövsələnin ən məşhur örnəklərindən biridir. Ancaq kimsə Rembrandt-ın çəkdiyi filə (Şəkil 10), az təfsilatlı oldğu üçün, Dürer-inkindən aşağı səviyyəlidir deyə bilərmi? Əslində neçə məhdud xətt ilə filin qırışlarını çıxara bildiyi, Rembrandt-ın nəhəng bir sənətkar olduğunu üzə çıxarır.

Şekil 9; Albrext dürer, Dovşan
Şəkil 9 Şekil 10; Rembrandt, Fil
Şəkil 10


Ama, tablolarda “Gerçəyi” gözləyən tamaşaçının bəzi əsərlərə üz döndərmələri səbəbi, eskiz ya təfsilatsız olduqları deyil, belə tamaşaçı öz zənninicə doğru_düzgün çəkilməyən əsərlədən əslən xoşlanmamağı belə mümkündür, xüsusilə “rəssamları, işlərini daha yaxşı bacarmalıdırlar” deyə inanılan bizə yaxın dövrlərə aid əsərlər üçün bu məsələ daha doğrudur. Əslındə, sənətkarlar üzrə dartışmalarda, daha çox şikayət edilən, gerçəyi və təbiəti dəyişdirmə (təhrifi) məsələsində, heç sirr yoxdur. Bu məsələ, Walt Disney filmlərini yaxud tənz bir animasiya görmüş hər kimsəyə aydındır. Bunlar, bəzən gerçək şeyləri müxtəlif şəkillərdə dəyişdirib zahiri görünüşlərindən fərqli olaraq çəkə biləcəklərinin fərqindədirlər. Mikki Siçanın gerçək siçana bənzəmədiyinə baxmayaraq kimsə gəzetlərdə onun quyruğunun uzunluğundan şikayət etmir. Disney-in şən dünyasına girənlər, sənətin gerçək qavramına qayğısızdırlar. Onun filmləri, modern bir rəsm sərgisindəki rəsmlər kimi tənqidi gözlə izlənilmir. Ancaq modernist bir rəssam özünə məxsus yöndəmli bir rəsm çəkmiş olursa, sanki başdan sovma edən və bacarqsız rəssamıymış kimi dəyərləndirilməsi mümkündür belə. Modernist sənətkarlar barədə nə sayaq düşünürüksə də, onların, gerçək nəsnələri “doğru_düzgün” çəkməyə yetərincə bilik və məharətə sahib olduqlarına əmin ola bilərik. Ancaq onlar da Disney-in illətlərinə bənzər illətlərə görə zahiri bənzərlikdən vaz keçirlər. Şəkil 11, modern sənətin ünlü başçısı, Pablo Piccaso-nun bir “Təbii Tarix” kitabına çəkdiyi bir rəsmi göstərir. Yəqinki kimsə bu maraqlı toyuqla tükcüklü cücələrinin qüsursuz çəkilməsinə şübhə edə bilməz. Ancaq çəkdiyi başqa bir rəsmdə (Şəkil 12), sadəcə beçə təsviri çəkməklə kifayətlənməmiş, onun savaşqanlığı və dəliliyini də göstərmişdir. Onçün karikatura yöndəmlərini istifadə etmişdir; nə qədər də yüksək bacarıqla!

Şekil 11; Picasso, Toyuq ile cüceleri
Şəkil 11Şekil 12; Picasso, Beçe
Şəkil 12

Deməli hər zaman bir əsərin doğru_düzgünlüyünə şübhələndikdə, özümüzdən iki sorğu sormalıyıq; Birincisi: Rəssamın, xüsusi illətlərə görə gördüklərini və gerçəkləri dəyişdirməsi mümkün deyilmi? (sənət tarixinin bəhslərini irəli sürdükdə bu illətlər barədə daha çox danışacağıq). İkincisi isə: Bir əsəri, düzgün çəkilməmiş deyib tənqid edərkən, “sezdiyim yanlışlığın doğru olduğu və rəssam işinin qüsurlu olduğuna əminəmmi?” deyə özümüzdən sormalıyıq. Hamımız adət üzrə, alışmadığımız təsviri görcək, heç düşünmədən, “gerçək başqa cürədir” deməyə könüllüyük. Bu əcib adət üzrə, təbiət, hər zaman bizə tanış olduğu kimi görünməlidir sanırıq. Yaxın keçmişlərdə üzə çıxmış heyrətləndirici bir kəşf bu məsələni təsdiq edir. İnsanlar əsrlər boyunca çaparaq (dördmə) qaçan atlara tamaşa etmiş, cıdır meydanlarında, ovda atlar ilə birlikdə olmuş, döyüş yaxud tazıları izləyən atların rəsmləri və basılmış şəkillərindən lizzət duymuşlar. Ancaq bu tamaşaçılar çaparaq qaçan atların “gerçək fiqurlarına” yetərincə diqqət yetirməmişlər. Rəsmlər və basılmış şəkillər, 19. əsrin görkəmli rəssamı, fransalı Gericault-un ünlü tablosu kimi, ümumiyyətlə atları dörd ayağı da eyni zamanda gərilib yerdən qoparkən göstərirlər (Şəkil 13). Bu rəsmin çəkilməsindən təxminə 50 il sonra, sürətlə ard_arda fotoşəkil çəkə biləcək qədər inkişaf etdirilmiş kamera ilə çəkilən dördmə qaçan at fotoşəkilləri, həm rəssamların həm də o rəssamların əsərlərinə baxan insanların yanıldığını üzə çıxardı. Heç at bizim “təbii dördmə” sandığımız kimi dördmə qaçmaz. Atın ayaqları dördmə qaçarkən, bir_bir yerə dəyər, yəni hər sıçrayışda atın bir ayağı yerə çatar (Şəkil 14). Biraz düşünsək, atın bundan başqa da belə işliyə bilməyəcəyini başa düşərik. Buna baxmayaraq, rəssamlar geddikcə bu yeni kəşfi öz rəsmlərində əks etdirib atları gerçək fiqurlar ilə çəkdiklərində, “rəsmlər gerçəyi göstərmir” deyə tənqid edildilər.

Şekil 13; Théodore Géricault, Epsonda cıdır
Şəkil 13 Şekil 14; Eadweard Muybridge, Dördme qaçan at
Şəkil 14





Şəkil şərhləri:

Şəkil 1; Rubens, oğlu Necklace_ın portreti,təxminən 1620, 25.3*20.3 cm

Şəkil 2; Albrecht Dürer, anasının portreti, 1514, 42.1*30.3 cm

Şəkil 3; Bartolomé Esteban Murillo, Zər (Taxtanərd) oynayan uşaqlar, təxminən 1670-1675 illəri, tablo üzərində yağlı boya, 146*108 cm

Şəkil 4;
Pieter De Hoogh, Qadın taqda alma soyurkən, 1663, tablo üzərində yağlı boya, 70.5*54.3 cm

Şəkil 5;
Melozzo Da Forli, Mələk, bir divar rəsminin bir parçası, 1480

Şəkil 6;
Hans Memling, Mələk, bir mehrab rəsminin bir parçası, 1490, taxta üzərində yağlı boya

Şəkil 7;
Guido Reni, Başında tikanlı tac peyqəmbər İsa, təxminən 1639-1640 illəri, tablo üzərində yağlı boya, 62*48 cm

Şəkil 8
; Peyqəmbər İsanın portreti (rəsmin bir hissəsi), təxminən 1175-1225 illəri, taxta üzərində tempera

Şəkil 9;
Albrecht Dürer, Dovşan, 1502, kağız üzərində akvarel (sulu boya) ilə quaş, 25*22.5 cm

Şəkil 10;
Rembrandt, Fil, 1637, Kağız üzərində təbaşir (gəc), 23*34 cm

Şəkil 11;
Picasso, Toyuq ilə cücələri, 1941-1942 illəri, qravür

Şəkil 12;
Picasso, Beçə, 1938, kağız üzərində kömür, 76*55

Şəkil 13;
Théodore Géricault, Epsonda cıdır, 1821, tablo üzərində yağlı boya, 92*122.5 cm

Şəkil 14; Eadweard James Muybridge, Dördmə qaçan at, 1872, ardıcıl fotoşəkillər


Qaynaq:

THE STORY OF ART, By: E.H.GOMBRICH

Müəllif:

Graphic Designer

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma