Posted in Uncategorized

İncəsənət və Sənətkar (İkininci Hissə)


Şəksiz bu biraz şişirtilmiş misaldır (birinci hissənin sonunda çəkilən misal), ancaq buna bənzər yanlışlıqlar nadir və ehtimalsız deyil. Hamımız anlaşılan və alışdığımız rəng və şəkilləri doğru rəng və şəkillər sanmağa meyl göstəririk. Uşaqların çoxusu göy üzündəki ulduzlar, həndəsi ulduz şəklində olmalıdır deyə düşünürlər, buna baxmayaraq ki hamımız ulduzların əsl və təbii formalarının elə olmadığını bilirik. Bir tabloda Göy və Çəmən illah göy və yaşıl olmalıdır deyənlər də bu uşaqlardan qalıcı deyillər, tabloda başqa rəngləri görcək hirslənərlər. Ancaq yaşıl çəmənlər və göy səmalar barədə bütün eşiddiklərimizi unudub, sanki daha öncə bu dünyanı heç görməmiş, yenicə başqa planetdən gəlib bu dünyaya ayaq basan bir araşdırıcı kimi dünyamıza baxar olsaq, dünyamızın çaşdırıcı və əcib_qərib rənglərə boyandığı aydın olar. Rəssamlar da çox vaxtlar özləri buna bənzər kəşfiyat səfərindən gəlmiş kimi hiss edir, yaddaşlarındakı təsəvvürləri, öncələr üzərində israr etdiyi üsullar və eşiddiklərini buraxıb dünyanı yenidən izləmək istəyirlər və artıq Əti qırmızı, Almanı isə sarı yaxud al rəngdə görmək istəmirlər. Yaddaşımızda yerini bərkidən bu yanlış təsəvvürlərdən qurtulmaq o qədər də sadə deyil, ancaq bunun üstündən doğru_düzgün gələ bilən rəssamlar ən coşqun və könül oxşar əsərlər yaratmışlar. Yuxuda belə görmədiyimiz yeni təbiət gözəlliklərini bizə tanıtdıranlar da elə bu usta yaradıcılardır. Onlardan dərs alıb getdiyi yollarını tutsaq, otağımız pəncərəsindən eşiyə qısa bir baxış belə, bizi həyəcanlandıra bilər.

İncəsənət şah əsərlərini doğrucasına qavrayıb onlardan həzz almağımıza, adətlərimiz və yaddan silinməz yanlış təsəvvüratımızdan daha böyük əngəl yoxdur. Alışmadığımız şəkildə çəkilən tanış mövzulu bir tablonu bəyənmədiyimizə ən başda gətirdiyimiz illət, “Gerçəyi doğru_düzgün göstərmir”_dir. Bircə mövzünü dönə_dönə incəsənət biçimində görməyimiz, onu yalnızca bənzər biçimdə gözlədiyimizə daha yönəldir. Xüsusilə din və müqəddəs rəhbərlər ilə əlaqədar mövzulara görə daha həssasıq. Tanrını insan şəklində təsvir etmək doğru olmasa da, incil, İsa görkəmi barədə heç nə söyləməsə də və bugün öyrəşdiyimiz İsa peyqəmbərin qiyafələrinin ilk olaraq (İsanı görməyən) rəssamların çəkdiyi təsvirlər olduğunu belə bilərək, bəziləri bu əski və sünnəti şəkillərdən fasilə açmağı günah işləmək və müqəddəsata toxuncdur deyə düşünürlər.

Həqiqətən müqəddəs kitabı yüksək eşq və inamla oxuyan rəssamlar, müqəddəs kitabın dastanları və din adamları həyatının hadisələrini daha bədii və yeni biçimdə təsəvvür və təsvir etməyə cəhd göstərirdilər. Onlar qabaqca gördükləri bütün tabloları unudur, sələdəki körpə İsaya tapınmağa gələn çobanların yaxud balıqçının moizəyə başlarkən halətlərini təsəvvür edib öyrənməyə çalışırdılar. Rəssamların beləcə əski və müqəddəs mövzuları yeni və bədii şəkildə anlatmağa cəhd göstərmələri üzündən, geri düşüncəli və qafası qalın insanların qıcıqlanıb rahatlıqlarının pozulmasına dönə_dönə rastlaşırıq.

Bu yersiz reaksiyaya hay küylü nümunələrdən biri, 1600da, öncül və cəsarətli rəssam, italiyalı Caravaggio_nun işi üzündən qopan qovğadır. Ona, romada bir kilisə mehrabı üçün Metyu həvvarinin incil yazarkən tablosunun çəkilməsi tapşırıldı. Bu tablo, incili, bir mələyin gətirdiyi tanrı sözləri olduğunu göstərməli idi. Yaradıcı və güclü rəssam, Caravaggio isə, işə başlamadan öncə mövzu barədə dərindən düşünməyə başlar, yol gözətçiliyi ilə keçinən qoca, yoxsul bir işçi, sabiqəsiz olaraq oturub kitab yazarkən nə haləti ola bilər deyə özündən sorar. Bu mövzu üzrə xeyli düşünəndən sonra Metyunu, qaşlarını dartıb naşılıqla qalın bir kitab əlinə almış daz baş, ayaqları torpaqlı və çılpaq bir kişi şəklində çəkir. Onun yanında sanki elə indicə yerə qonmuş bir mələk, bir uşağa dərs öyrədən usta kimi, boynundakı yükünün ağırlığını sezmiş işçinin əlini yazı yazdırmağa tutubdur (Şəkil 15). Caravaggio bu tablonu mehraba quraşdırmaq üçün təhvil verdiyində, xalq, Metyuya hörmətsizlik edilib deyə qovğa qopardılar. Tablo qəbula keçmədi və Caravaggio çarəsiz olaraq yenidən işə başladı. Bu səfər özünü oda atmayıb mələk və həvvarilərə görə ənənəvi və rəsmi qaydaları izlədi (Şəkil 16). Amma yenə də yaxşı tablo çıxdı, çünki Caravaggio mövzunun canlı və cazibəli olmasını istiyirdi. Ancaq bugün biz onun qabaqkından daha az sədaqətli və səmimi olduğunu sezə bilirik (Daha yüksək keyfiyətli şəkilləri görmək üçün şəkilləri tıklayın).

caravaggio_saint_matthew
Şəkil 15

aravaggio_saint_matthew
Şəkil 16


Bu macəra yanlış səbəblərə görə incəsənət əsərlərinin pis dəyərləndirilib geri qaytarılmalarının, incəsənət dünyasına zərər yetirə biləcəyini bizə xatırladır. Amma bu dastanın bir daha ayrı öyrənilməli nöqtəsi, incəsənət adlandırdığımız əsərlərin, eybəcər və əcib_qərib yollar ilə əmələ gəlmiş şeylər yox, insanlar əli ilə başqa insanlar üçün yoğrulmuş və yaradılmış şeylər olmasıdır. Şüşə və qaba tutulub, muzey divarlarından asılmış və ziyarətçilərin (əlbəttə düzü də bu olaraq) onlara toxunmağı yasaqlanmış tablolar, bahalı və əlçatmaz nəzərə gəlirlər. Amma rəssamlar onları bu məqsəd ilə yaratmamışlar. Onlar , kimsə tablolarına toxunmasın və yerini dəyişdirməsin istəməmişlər; onlar, maraqlanan insanların, əsərləri üzrə dartışıb çənə döyməklərini və bu əsərlərin qayğısına qalmalarını istəmişlər. Həmçinin rəssamların vasvaslıq ilə bütün təfsilat və xırdalıqlara diqqət yetirib bəlkə də dəfələrcə onları dəyişdirməsi, etina qılmağa layiq bir daha ayrı nöqtədir; məsələn bir ağacı arxa plana keçirsinmi yoxsa ön plana çəksin deyə saatlarca düşününməsi mümkündür; yaxud mümkündür təsadüfi bir fırça izi (Taş) günəşdən işıq almış buluda, rəssamı sevindirəcək gözlənilməz bir parıltı versin; yaxud da istəmədən və könülsüz olaraq, sadəcə müştəri israrına görə bəzi naxışları tabloya qondarsın. Çünki bugün muzeylərdə və qalereyalarda gördüyümüz rəsm və heykəllərin çoxusu, muzeylərdə sərgilənmək üçün deyil, sənətkarın işə başlarkən yaddaşındakı yaxud başqa müəyyən məqsəd və mövqelər üçün yaradılmışlar.

Ayrıca, çox vaxtlar müxatəblərin bəhs mövzusuna çevrilən “Gözəllik”, “Bənzətmə” və sayirə kimi məsələlər sənətkarların özü tərəfindən nadirən irəli sürülür. Əlbəttə hər zaman da belə deyil, ancaq əsrlər bounca belə idi. Bugün də belədir. Sənətkarların çoxusunun alçaq könül və çəkingən olduqları bunun bir səbəbidir. Alçaq könül və həyalı olduqları üzündən danışıqlarında “Gözəllik” kimi aldadıcı ibarətləri işlətməkdən çəkinirlər. “Duyğuları anlatması” barədə danışıb, dillər əzbəri olan sözlər və ibarətləri işlətməyi özünü göstərmək və gözlərə soxmaq bilirlər. Sənətkarlarca belə məsələlər aydın və bədihidirlər və onlar üzrə dartışmaq faydasızdır. Bu səbəblərdən biridir və yaxşı səbəb də nəzərə gəlir. Ama ayrı bir səbəb daha var. Belə bəhslər və baxışlara, bizim sandığımız kimi, sənətkarları maraqlandıran şeylər və mövzular sırasında yer yoxdur. Çəkiləcək tablosu təsvirlərini yaddaşından keçirib eskizlərini çəkərkən və tablo üzünə çəkilən rəsmin bitkinliyi yaxud nöqsanlarını düşünürkən rəssamın başını qatan məsələlər, kələmələr və sözlər ilə anlatıla bilməkdən qat qat incə və zərifdir. Mümkündür rəssam “işimi “düzgünmü” görmüşəm yoxsa yox? qayğısına qalmışam” desin. Ancaq bu kiçik və sadə “düzgün” kələmədən nə qəsd etdiyini başa düşsək, sənətkarın nə arayıb axtardığı bizə aydın olar.

Sənətkarlar qayğısını anlamağa öz təcrübələrimiz yardımcı ola bilər. Əlbəttə biz rəssam deyilik və bəlkə də heç zaman rəsm çəkməyə cəhd göstərməmişik, göstərməyəcəyik də. Ancaq bu, illah heç zaman rəssamlar və heykəltəraşların qarşılaşdığı məsələlərə bənzər problemlərə tuş gəlmərik demək deyil. Bu məsələlərdən, nə qədər sadə və müxtəsər olursa da olsun, xəbərsiz olan insanlar ilə çox çətin rastlaşa bilərik. Artıb əskiltərək, rənglərin yerini dəyişdirib yan_yana düzərək bir dəstə gül düzəldən hər kimsə, özü hansı növ uyarlığı (Harmoniyanı) əldə etmək istədiyini açıqlaya bilməsə belə, forma və rəng tarazlamasının əcib duyğusunu yaşamış ola bilər; biraz qırmızı bu hissəni çox dəyişdirə bilər, yaxud bu Göy özü_özünə yaxşı rəngdir ancaq başqaları ilə “uyuşmur” deyir, amma birdən neçə yaşıl yarpağın onu “düzəldə biləcəyini” başa düşür, ixtiyarsız olaraq “amandır, dəymə! İndi lap yaxşıdır, qüsursuzdur.” deyir. Hamının bir dəstə gül düzəltməyə bu qədər diqqət yetirməyəcəyi doğrudur. Amma “doğru_düzgün” işlənilməsi istənilən zövqə bağlı bir iş təqribən hamıya rast gələ bilər. Bəlkə geyiminə yaraşacaq bir qurşaq (qayış) axtarma kimi sadə bir iş yaxud kimisə bir meyvə_xama desertinin düzgün bəzənilməsi qayğısına qalmış ola bilər. Bu nümunələri, sadə və adi olsalar da, təcrübə etdiyimizdə, rənglərin azacıq tutqunlaşması yaxud açılmasının, müvazinət və uyarlığı aradan qaldırır olması və rənglərin sadəcə müəyyən bir quruluşunun doğru olmasını sezmiş ola bilərik.

Müəllif:

Graphic Designer

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma