Posted in Dizayn Tarixi

İncəsənət və Sənətkar (Üçüncü (Son) Hissə)


Geyim, gül və yemək masasına həddən artıq fikir verənlərin, belə şeylər bu qədər diqqət yetirməyə dəyməz deyə vasvası olduqlarına inanmağımız mümkündür. Ancaq gündəlik həyatda pis sayılan və çox vaxtlar başqalarından gizlətdiyimiz adətlər, incəsənət aləmində yüksək dərəcədə dəyərli və yararlı ola bilər. Rəssam, formaları cürləşdirmə yaxud rəng düzülüşü məsələsinə toxunduqda, “vasvası” və ondan da belə çox, nəhayət dərəcədə “Müşkülpəsənd” olmalıdır. O bizim əsla diqqətimizi çəkməz ya da çox az çəkən incə kölgəlik (Ton) dərəcə ixtilafları yaxud sturukturları (Texture) sezə bilir. Əlbəttə ki onun işi, bizim gündəlik həyatda ehtimalən qarşılaşdığımız məsələlərdən qat-qat dolaşıq və çətindir. O sadəcə neçə rəng, forma və S. kimi şeylər arasında müvazinət yaratmaq deyil, saya gəlməzcə halətləri sınamalıdır. Məsələn tablosundakı yüzlərcə Ton və Formaların “doğru” tərkibini əldə etmək üçün, dəfələrcə onları aşağı_yuxarı, oyan_buyan etməsi və tərkibi pozub yenidən başlaması belə mümkündür. Məsələn bir yaşıl rəngin tünd bir Göyün yanında durması üzündən həddən artıq sarıya çalması mümkündür. Ona görə də, hər şey korlandı, uyuşmazlıq çıxdı deyə başdan başlaması mümkündür. Tərkib və düzülüşün döğru olub_olmadığı məsələsi bəzən ona əzab verib yuxusunu qaçıracaq qədər belə başını qatır və saatlarca tablosu önündə durub fırça ilə oyan_buyana rəng artırıb sonra pozub yenidən rəng yaxır. Bu incəliklər bizim əsla sezməyəcəyimiz şeylərdir. Ancaq sənətkar işini uğurla bitirsə, artıq heç bir şey artılıb_əskilməz bir tablo əldə edəcək, yəni “doğru_düzgün” bir əsər; başqa sözlə, kamalsız bir dünyada, bitkinliyə bir örnək. 

Misal üçün Raphael_in çəkdiyi “Məryəm Çəmənlikdə” adlı ünlü tablosunu nəzərdə tuturuq (Şəkil 17). Bu tablo şübhəsiz çox gözəl və maraqlıdır. Təsvirlər doğrudan da alqışlanmalı, Məryəmin uşaqlara baxırkən haləti unudulmazdır. Ancaq Raphael_in bu tablo üçün çəkdiyi eskizlərinə (Şəkil 18) baxdıqda, saydığımız gözəlliklər Raphael_i maraqlandıran əsas şeylər olmadığı və onca adi məsələlər olduğu aydınlaşır. Onun əsl səyi tablonun üç fiquru arasında müvazinət yaradıb əlaqə quraraq, bütöv tabloda nəhayət dərəcədə harmoniyaya çatmaq imiş. Soldakı eskizdə körpə İsanı irəliyə addım ataraq dönüb arxada anasına baxırkən çəkib. Sonra körpənin hərəkətini cavablamaq üçün ana üzünün müxtəlif vəziyyətlərini sınamışdır. Sonra başqa vəziyyəti də sınamışdır; yəni körpə Con Baptisti (Yühənnanı) tabloya gətirmiş, ancaq İsanı Con Baptistə deyil eşiyə baxırkən çəkmiş. Çalışmalarına davam etmiş və sanki artıq yorulmuşkən İsanın başının müxtəlif vəziyyətlərini sınamışdır. Bu üç fiqur arasında ən uyğun müvazinəti əldə etmək uğrunda nə qədər çalışdığını, Raphael-in eskiz dəftərindən öyrənmək olar. Ancaq indi yenidən rəssamın son işinə baxsaq, nəhayətdə mükəmməl və qüsursuz bir müvazinət və uyarlıq əldə etdiyini aydın görərik. Tabloda hər şey öz yerində oturub və Raphael-in yüksək əməklə əldə etdiyi müvazinət o qədər qüsursuz, mükəmməl və təbiidir ki özünü bizə sezdirmir. Artıq Məryəmin gözəlliyini daha gözəlləşdirən və körpələrinsə şirinliyini daha şirinləşdirən də bu təbii uyarlıqdır. 

Madonna_Meadows_By_Raphael - Intibah Dovru
Şəkil 1Madonna-Meadows - Eskiz - By-Raphael - Intibah Dovru
Şəkil 18

Bir rəssamın düzgün və mükəmməl müvazinət yaratmaq uğrunda çalışmaları dastanı oxumalı və cazibəlidir, ancaq rəssamın özündən “nədən tablonu bu qədər dəyişdirib alt-üst edirsən?” deyə sorarıqsa mümkündür heç cavab verənməsin. O sabit qanun qaydaları deyil, duyğuları və ilhamlarını izliyir. Bəzi sənətkarlar və tənqidçilər müəyyən dövrlərdə sənətlərinin qayda_qanunlarını yekunlaşdırmağa çalışmışsalar da, ancaq tarix, bu qaydalara rəayət etmək istəyən orta səviyyəli sənətkarların heç bir yerə çatmadıqlarını göstərir. Halbuki dahi ustalar bu qaydaları unudmağı (və pozmağı belə) bacarıb, kimsənin ağlının kəsmədiyi yeni və modern uyarlıqlar yaratmışlar. 18. əsrdə Sir Joshua Reynolds (1723 – 1792), ingiltərəli dahi rəssam, ingiltərə səltənəti akademiyasında şagirdlərinə “Göy (mavi) rəngini ön planda yox, arxa plan qatlarında, təpələri geddikcə üfüqdə itirmək üçün işlədin” deyə öyrədirdi. Rəvayət olunur ki həmin zamanda onun rəqibi Thomas Gainsborough (1727 – 1788) belə məktəb qaydalarının hava sözü və anlamsız olduğunu sübut etsin deyə ünlü “Göy Oğlan” rəsmini çəkir. Thomasın, bu arxa planı isti qəhvəyili tablonun ön planı ortasında yerləşdirdiyi göy köynəkli oğlan, xüsusi şəkildə parlayır.

Əslində belə qaydaları təyin etmək mümkün deyil, çünki kimsə sənətkarın tutduğu məqsəd və amacı bilmir. O (musiqidə) duyğularını daha təsirli və güclü anlatmaq üçün lazim görürsə qulaq batıran və uyarsız səsləri belə öz əsərinə mümkündür girdirsin. Bir tablo yaxud heykəlin düzgünlüyü və bitkinliyini ölçə biləcək qaydalar və ölçülərin olmadığı kimi, ümumiyyətlə bir əsəri möhtəşəm incəsənət əsəri kimi dəyərləndirdiyimizin niyəsini də sözlər ilə açıqlamaq çox çətindir. Ancaq bu, heç əsər başqasından daha yaxşı ola bilməz yaxud zövqə bağlı mövzular barədə danışıb mübahisəyə girişə bilmərik demək deyil.

Belə mübahisələr və dartışmalar (başqa faydası da olmasa), heç olmasa bizi tablo üzrə düşündürüb daha diqqətli izləməyimizə səbəb olur və baxdıqca daha öncə bizə gizli olan əsərdəki nöqtələr aydınlaşacaq və geddikcə müxtəlif dövr sənətkarların yüksək əməklə əldə etdikləri uyarlıqları sezmə və anlama bacarığımız yetginləşə bilər. İncəsənət qavrayış bacarığımız isə güclənib dərinləşdikcə daha çox onlardan həzz alacağıq; önəmlisi də elə budur. Əskidən deyilən “zövqə bağlı işlər barədə danışıb bəhs etmək olmaz” sözü doğru olsa da ancaq unudmamalıyıq ki zövqü yetişdirmek ola bilər. Zövqə bağlı işlər bütün insanların gündəlik həyatda sınaya biləcəkləri ortaq təcrübələrdir. Çay içməyə alışıq olmayan kimsəyə içdiyi hər bir növ çay gündə içdiyi çay kimi dad verəcək. Ancaq müxtəlif çay növlərini dadıb yoxlamağa marağı və fürsəti olarsa geddikcə artıq hansı növ çayı daha çöx bəyəndiyini tam diqqətlə deyə biləcək qədər “əqidə sahibinə” çevrilə bilər və yəqinki yetişdirilmiş dad qanma bacarığı sayəsində seçilmiş dadlardan daha çox lizzət eləyəcək.

Şəksiz ki sənət zövqü, yemək və içkilər dadını sezməkdən qat_qat dolaşıq və həssas bir məsələdir. Sənətdə, ortada olan şey artıq müxtəlif dadların fərqinə varmaq deyil; incəsənət zövqü çox əhəmiyyətli və ciddi bir məsələdir. Dahi ustalar bu yolda rahatlıqlarından keçib ömürlərini qoymuşlar, və bizimsə boynumuzdakı ən kiçik haqları zəhmətləri və sərf etdikləri əməyin nəticəsini anlamağa cəh göstərməyimizdir.

Artıq incəsənət öyrənişi heç zaman bitməz və hər zaman kəşf etmək və bulmaq üçün yeni mövzular var. hər səfərində başqa cürə görünmək, sanki yüksək səviyyəli əsərlərin bir xasiyyətidir. İnsanın özü kimi bitməz və gözlənilməz nəzərə gəlirlər. İncəsənət dünyası həyəcanlandırıcı, şirnikdirici və taysız bir dünyadır və özünə məxsus, əcib qayda_qanunları var. heç kimsə incəsənət barədə tam biliklənmişəm deyə düşünməməlidir, çünki belə bir bilik və elmə çatmaq mümkün deyil. Ola bilsin ki incəsənətdən həzz almağımız üçün, hər incə və gizlin uyarlıqları sezə biləcək azad və təmiz bir yaddaşımızın olmasından daha önəmli bir şey olmasın; təmtəraqlı və təntənəli ibarətlərdən azad bir yaddaş. Özlərini göstərən və ifadə satan adamların işinə yarar səthi məlumat bilməkdənsə, bilməməyimiz daha yaxşıdır. Doğurdan da belə durumlar təhlükəli və zərər vericidir. Məsələn görünür ki bəziləri bu kitabda sözü gedən nöqtələri dərindən düşünüb başa düşmədən sadəcə, zahirdə doğru_düzgün və gözəl olamayan qiymətli əsərlərin varlığından xəbərdar olub, yellənərək özünü, başqaları qavaraya bilməyən zahirən düzgün və gözəl çəkilməyən əsərləri anlaya bilirmiş kimi göstərirlər. Belə insanlar, sadə və məlumatsız insanlar sayıldıqları qorxusndan hər zaman ümum_xüsus dillərinə düşmüş tabloları sevdiklərini bildirməkdən çəkinirlər. Onlar nəhayətdə, lovğalanıb ifadə satmaqları üzündən incəsənətin doğru lizzətindən paysız qalıb və səthi məlumatlarına görə hər iyrənc və zhlə tökən əsər barədə belə ifadə ilə “çox maraqlıdır” deyəcəklər. Yazdıqlamın belə yanlış yormalara yol aça biləcəyindən çox qorxuram. Sözlərim tənqid edilmədən və sthi olaraq qəbula keçməkdənsə, inanılmasa daha yaxşıdır.

İncəsənət tarixi üzrə bilgi və məlumat əldə etməyin, sənətkarların xüsusi bir yöndəmlə işlədikləri yaxud müəyyən məqsədləri izlədiklərinin niyəsini anlamağa yardımcı ola biləcəyini sanıram. Ən başda isə, bu tarixi oxumaq, incəsənət əsərləri önündə daha ayıq_sayıq baxışlar ilə hazır olmaq və müxtəlif əsərlərin incə fərqlərinə vara bilmək üçün həssaslığımızı artırmağa yaxşı bir yol olmasıdır. Mümkündür incəsənət əsərini qavaramağı öyrənməyə bircə düzgün yol da elə bu olsun. Ancaq heç yol təhlükəsiz deyil. Bəzən görünür ki bəziləri əllərində kataloq muzey dölmələrini (keçidlərini) var_gəl edir və bir tablo önünə çatınca diqqətlə tablonun nümrəsini axtarır, kitablarını vərəqləyib tablonun adını görcək razılığa gəlir və artıq bir an da dayanmır, yoluna davam edir. Belə insanlar evlərində oturub kataloq və kitablarını çevirsələr gərək. çünki əsərlərə könüllə baxmırlar və onlar üçün vaxt ayırmırlar. Doğrusu onların gördüyü iş, incəsənət ilə əlaqəsiz bir gəzişmədir.

Bəzən incəsənətə görə bilgilənən insanlar bənzər duzağa düşmək təhlükəsi ilə qarşılaşırlar. Bir incəsənət əsərinə çatanda izləməyə dayanmırlar ancaq yaddaşındakı uyğun etiketləri araşdırırlar. Məsələn mümkündür “Rembrantd “Chiaroscuro-ya” (İşıq_kölgənin italiyalı istilahı) görə çox ünlüdür.” Eşitdiyi üçün, Rembrantd əsərinə çatcaq ” qəribə işıq_kölgəsi var.” deyib sonrakı tabloya keçsin. İfadə satmaqla nəticələnək yarımçıq bilginin böyük təhlükəsini açıqcasına xabərdarlıq etmək istərdim. Çüki hamımızın onun vəsvəsəsi önündə baş əyməyimiz mümkündür və bu kimi kitab isə bu cür vəsvəsələri ikiqat artıra bilər. mən bu kitabımla dillərin uzanmasındansa gözlərin açılmasına yardımcı olmaq istərdim! Sənət üzrə ifadəli və təəssüratlı danışmaq elə də çətin bir iş deyil, çünki tənqidçilərin işlətdiyi istilahlar o qədər müxtəlif yazılarda və yerlərdə yayğındır ki dəqiq anlamlarını belə itirmişlər. Ancaq araşdırıcı və dərin baxışlı gözlər ilə bir tablonu izləməyə yüksək hümmət gərəkdir, ancaq mükafatı da dəyərlidir. Bu səyahət və axtarışdan əldə edilənlər isə heç vaxt kələmələr ilə anlatılanmazlar.

Müəllif:

Graphic Designer

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma