Posted in Dizayn Tarixi

“İslam Sənət Anlayışı və Təsvir Məsələsi”


İslamiyyət`də rəsim məsələsi çox bir dartışmalara yol açdığı bəllidir və bu inanc çərçəvəsi içində bəzi yorumlara görə rəsim yasağının bulunduğu da görülür. Quran_i kərimdə, təsvir yaxud surətlərin qadağan olduğunu açıq və kəsin bir şəkildə söylüyən heç bir söz olmasada, ancaq bəzi hədislər, rəsim yasağı haqqında bir teori yaratmışlar. Bu hədislərdən biri qəbirlərə, vəli və nəbi şəkillərinə tapınanları (ibadət edənləri) lənət edər. Başqa bir hədisdə surət yanı insan şəkli çəkmənin, Tanrı ilə boy ölçüşməyə qalxışmaq olduğu və qiyamət günündə bu surətləri çəkənlərin onlara can vermək, onları diriltmək cəzası veriləcəkləri söylənir. Təsvir yasağı haqqında üçüncü hədis, rəsimli yastıq və pərdə qullanmaq ilə ilgilidir. Böylə pərdələrin asılı olduğu yerə mələklərin girmiyəcəğinə inanılır. Bu hədislər İslamiyyətdə təsvir yasağının kəsinligi qonusunda açıqcasına bir söz söyləmirlər. Buna rəğmən surət yasağı üzərində hədən artıq dayanılmışdır. Fiqh alimlərindən bəziləri, oyuncaq bəbəkləri (Qolçaqları) və rəsimli qurabiyələri (badamlı ya gəvizli bir şirni) bilə yasaqlamışdır. Canlı varlıqların təsvirləri eyni zamanda onlardakı Zat`ın bir yansıma (Kölgəsi) anlamında olduğu üçün, bir ev içində bu cür təsvirləri yasaqlamışdır. Şəksiz, bu da insan və obiri canlıların rəsimlərinin tapılması anlamına gəlməkdir.

Bu kölgəsizlik məsələsi, islam surət anlayışının təməl ilkələrindən bir olacaqdır. Bir xəyal səhnəsindəki fiqürlərin ipləri necə ilahi qudrətin əlindəysə, təsvir dünyasındakı canlılarda eyni təslimiyyət ifadəsinə malikdirlər.

İslam düşüncəsi göz önünə alındığı zaman, bəlli bir dünya və yaşam görüşü olaraq, təsvir yasağının söz qonusu olmayacağı anlaşıla bilir. Deyə bilirik ki bu inanc və ilkələr çərçivəsi içində başqa cürə bir rəsmin gəlişməsinə (inkişafına) imkan yoxdu. Bu da rəsim, təsvir, surət yoxsulluğu demək deyildir. Necəki, xət (yazı) sənətinin qazandığı böyük önəm bir yana bıraxılırsa, bütün İslam ölkələrində yerli rəsim uslubları doğulub gəlişmiş, bu uslublar içində ölkələrin əski görüncək sənət ən`ənələri yep_yeni yorum imkanları qazanmışdır.

Müsəlmanlığın qaynağında Musəviliklə olan bağlarının da rəsmin tapınma vəsiləsi olmayaışı düşüncəsində bəlli bir rol oynamış olduğu söylənə bilər. İslam dininin soyut (mücərrəd) qutsallıqları (müqəddəslikləri), Xiristiyan dininin, butpərəst ənənələri izləyən antropomorf (insan biçimli) əfsanələri və təsəvvürlər ilə təmamən fərqlidir. Bu üzdən İslamiyyətdə peyqəmbər və əzizləri amac tutan ikonoqarfik proqramlardan danışmaq olmaz. İslam rəsmində bunun yerini, oluşduğu bölgələrin qutsal olmayan dastanları, məsəlləri ya da gündəlik həyatdakı olayları almışdır. Üstəlik İslam rəsmində heç bir zaman Batı`dakı anlamda dramatik passionlar (çılğınlıklar) keçərli olmamışdır.

İlahi qutrətə bağıntılı İslami dram, şəksiz yalın motiflərə endirilmiş, kolektifleşdirilmiş (toplulaşdırılmış), ama o ölçüdə dərin bir anlam qazanmışdır. Bu dram Batı dünyasında olduğu kimi tək yanlı bir fərdi dram deyildir. Bu bir du`alitənin (ikiligin) sakin dramıdır.

İslam dini dünya görüşünün Tanrıdan başqa heç bir nəsnəyə bəqa (qalıcılıq) tanımayan və hər şeyi keçici anlardan ibarət sayan metafizigi, biçim sənətlərində sürəklilik qavrayışını ortaya çıxarmışdır. Səthlərin biçimsəl düzüşünnə özəl bir dərinlik qazandıran bu qavrayış, motif və parçaların sonsuz bir tərzdə bir_birlərini izləyən dolaşıq dekoratif anlamlarını da gücləndirmişdir. Bu baxımdan çox dəfələr İslam sənətinin sadəcə bir dekor zənginliginə, təzyini dəgərlərin mütləq üstünlügünə bağlı qaldığı da irəli sürülmüşdür. Təzyini oluşumların yayqınlığı bir gərçək olmaqla birlikdə anlamdan yoxsul olduqları söylənənməz. Ancaq, İslam təzyini ifadəsi, sözü gəlmişkən, Batılıların bağlı bir dram bütünlügü gərəkməsini heç bir zaman təmin etməmişdir. İslam təzyinatının və içdən bir özündənligə (Bi_zzatlığa) malik olan xət sənətlərinin ancaq modern Batı çağının soyut (mücərrəd) cizgiləri üstündə dəyərləndirilməsi də aydın bir yanlışlıqdır.

İslam fiquratif anlayışı soyut bir cansızlığı da amaclayaraq öz ilkələrini gərçəkləşdirdiğindən, parlaq bir yaddaşın soyut zənginligini əldə edə bilmişdir. İbni Abbas`ın əski bir hədisdən söylədiği rivayətə görə,İslam fiquratif anlayışı soyut bir cansızlığı da amaclayır. Bu hədisdə artıq heyvan rəsmi çəksin yoxsa çəkə bilənməyəcəğini soran bir İranlı rəssama, “çək, ama cansız olsun, çiçəklərə, bitkilərə bənzəsin” cəvabı verilir.

Sorunu təsvir yasağı yox, bəlli bir dünya görüşünə bağlı olaraq meydana gətirilmiş təsvir qayğıları anlamında ələ aldığımızda, yerəl rəsim yollarının müstəqil fanteziləri ilə qarşılaşacağımız açıqdır. İslam sənətinin gəliştiği çağlar, rəsim xəzinələrindən heç də yoxsul deyildir. Artıq, əsil önəmli olan, rəsmi yalnız Batı rəsmi açısından ələ alıb hökm vermək, rəsmin sadəcə bir tapınma (İbadət) vəsiləsi olmadığını qavramaqdır.sənətin soyut yollar araşdırdığı çağımızda bəlli bir xət lövhəsinin, təzyini bir detayın, bilə rəsimsəl anlam qazanması heç də şaşırdıcı deyildir.[1]


[1]Qaynaq: RESİM SANATININ TARİHİ, Yazar: Sezer Tansuğ, Remzi Kitabevi, 6. Basım: 2006,

Müəllif:

Graphic Designer

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma