Posted in Uncategorized

Təsviri incəsənətin növləri


 

 

Təsviri incəsənətin 3 əsas növü artıq qədim daş dövründə meydana çıxmışdır. İspaniyada məşhur  Altamira mağarasında realistik öküz və maral təsvirləri qədim rəngkarlığın ilkin nümunələrinin arasındadır. Ural dağlarında Kap mağarasında tapılmış heyvan təsvirləri paleolit dövrünün həm rəngkarlığını, həm də qrafikasını, yəni gizli rəsm sənətini nümayiş etdirməkdədir.Mərkəzi Avropada tapılmış paleolit dövrünün heykəlcikləri ilk növbədə qadın sürətləri diqqəti cəlb edirdi. Şərti olaraq bu heykəlcikləri bəzən paleolit Veneraları adlandırırlar. HEYKƏLTƏRAŞLIQ

Heykəltəraşlıq özü monumental, dəzgah və kiçik forma heykəltəraşlığına bölünür. Monumental heykəltəraşlıq əksər hallarda açıq havada nümayiş etdirilir. Mütləq möhtəşəmlik və ciddi iddia daşıyıcısı kimi seçilməlidir. Ətraf mühitdə müəyyən uyğunluq  yaratmalıdır.     Materialı adətən daş, metal, və beton olur. Dəzgah heykəltəraşlığı emalatxanada dəzgahda düzəldilir. Materialı gil, mum, gips, daş və ya metal ola bilər. Adətən binaların daxilində nümayiş etdirilir. Çox vaxt memarlıq ilə qarşılıqlı uyğunluq tapır.     Kiçik forma heykəltəraşlığında daha çox dekorativliyə yəni bəzəkliyə diqqət yetirilir, materialların içində həm də çini, saxsı, şüşə, sümük kimi  qiymətli materiallar istifadə olunur. Metal sənəti və Qilptika sənəti kiçik forma heykəltəraşlıq və Zərgərlik arasında bağlılıq yaradan sahələrdir.

 

QLİPTİKA

 

Yarı qiymətli və qiymətli daşların üzərində kiçik həcimli yəni miniatür təsvirləri yaratmaq sənətinə Qliptika deyilir. Əksər hallarda 2 növü var-üzük qaşı kimi işlənən Qemma və asma bəzək kimi işlənən Kameya. Çox vaxt qliptika əsəri həm də şəxsi möhür kimi işlədilir.Ona görə üstündəki təsvir sahibkarına aid rəmz və məna ilə yaradılırdı. Qliptika əsərin təsviri çökük yəni İntalya kimi qabarıq yəni Relyef ola bilərdi. E.ə 3-cü minillikdə inkişafa başlayan bu sənət növü antik Yunan-Roma incəsənətində ən yüksək zirvəyə çatmışdır.

 

RƏNGKARLIQ

 

Rəngkarlıq 3 növə ayrılır-monumental rəngkarlıq, dəzgah rəngkarlığı, miniatür rəngkarlığı Monumental rəngkarlıq — Adətən irihəcimli və açıq havada saxlanıla bilən əsərlər monumental rəngkarlığın nümunəsi hesab olunur. Burada əsasən texnika cəhətdən divarüstü boyakarlıq və freska sənəti xüsusilə fərqlənir.Freska divarüstü boyakarlığın xüsusi növüdür. Binaların daxilində daha çox yaradılır. Freska-hələ də qurumamış yaş mala üzərində çəkilir.Monumental rəngkarlığın başqa sənət növləri də vardır onlar aşağıdakılardır.   1.     Mozayka 2.     Mayolika 3.     Vitraj Mozayka-Monumental rəngkarlıqda xırda rəngli detallardan ümumi təsvirin yığılması texnikasına Mozayka deyilir. Mayolika-Rəngli, şirəli, saxsı detallardan təsvir yığmaq texnikasına deyilir. Vitraj-Rəngli şüşələrdən təsviri yığmaq texnikasına Vitraj deyilir.Həm rəngkarlıq, həm də bədii şüşə sənətidir. Şüşənin detalları adətən metallik xüsusiyyət daşıyır. Bu növ əsərlər çox vaxt pəncərə və qapıya qoyulurdu.Şərqdə oxşar tərzdə ornamental Şəbəkələr düzəldilirdi. Dəzgah rəngkarlığı-Adətən emalatxanalarda, dəzgah üzərində düzəldilir.Sadə rəssam dəzgahı Molbert adlanır.Belə əsərlər adətən binaların daxilində saxlanılır.Ağacdan düzəldilmiş lövhə, kətan və ipək, kağız və karton üzərində çəkilir. Miniatür rəngkarlığı-Rəngkarlığın 3-cü növü olan miniatür rəngarlığı kiçik həcmi incəliyi ilə seçilir.Şərq incəsənətində ən məşhur miniatür bədii məktəblərdən biri Azərbaycanda Təbriz məktəbidir.

 

QRAFİKA

 

Təsviri incəsənətin 3-cü növü qrafikadır.Yəni rəsm sənətidir.Qrafika Monoxrom (Tək rəngli), Polixrom (Çox rəngli) ola bilir.İstiqamətinə görə qrafika sənəti bu cür bölünur-Dəzgah qrafikası, (Müstəqil qrafika), Tətbiqi qrafika (Xəttatlıq-Kolleqrafiya), Rəsmxət-Dizayn, Plokat-Reklam, Kitab-jurnal qrafikası, Qrafik miniatür,O cümlədən Ekslibris və ən müasir Dizayn və Kompüter qrafikası.Qrafikada əsas vacib bədii texniki istiqamət və ya Qravüra işidir.Rəssam özü və ya onunla əlbir çalışan Nəqqaş Rəssam ilkin təsvirin nüsxələrinin çoxalması üçün onu Qravüraya çevirir.Yəni təsvirin güzgü əksini bərk materialın səhtinə keçirdir.Alınmış təsvirli lövhə vasitəsilə təsvirləri çoxaltmalı olurdu. Bu Nəqqaşlıq Qravüra texnikasına görə lövhələrin materiallarına uyğun olaraq aşağıdakı kimi bölünür. 1.METALLOQRAFİKA 2.SİNKOQRAFIYA 3. LİTOQRAFIYA 4. LİNOQRAVÜR 5.KSİLOQRAFİYA (Ağac lövhəsi üzərində ,Mis lövhə üzərində,Qalın karton üzərində olur) 6. SİLKOQRAFİYA (Preslənmiş laylı ipək üzərində) Qravüranın əsasən də Dəzgah Qravüranın 2 əsas növü var 1. OFORD 2. ESTAB

 

Mahiyətcə fərqi odur ki, Estab da təsvirli lövhəni kağıza möhür kimi vurub yapışdırırlar.Oford isə xüsusi cihaz köməyi ilə alınır.Burada bəzən əksinə kağız yuxarıda təsviri lövhə isə aşağıda olur.

Müəllif:

Graphic Designer

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma