Posted in Dizayn Tarixi

Vincent van Gogh (Vinsent Van Qoq)


Vincent Willem van Gogh (30 Mart, 1853 – 29 İyul, 1890) Hollandiyalı rəssam, Avropa sənət tarixinin ən böyük rəssamlarından biri olaraq tanınır. Van Gogh, bir keşişin oğulu olaraq 1853-cü ildə Hollandiyanın cənubunda bir kənddə anadan olmuş. 19. əsrin yazğısı ən tragik sənətçilərindən biri olan Van Gogh, içində sürəkli böhranlar yaşar və heç bir işə yaramadığına …

Sənəti

İlk dövr qara qələm işlərində mədən işçilərini, kəndliləri mövzu etmiş; kartof (yeralma) yığanları, toxuma dəzgahı kimi mövzuları işləmiş bir yandan da cansıxıcı göylər və tünd rənglərlə iç qarardıcı mənzərələr təsvir etmişdir. Kartof Yeyənlər tablosu bu kədərli və iç qarardıcı dövrünə işarə edir.

1885 tarixli tabloda (Şəkil 1) gündəlik həyat mövzu olunubdur. İşçilər öz əkdikləri kartofları paylaşaraq yeyirkən göstərilmişlər. Tək işıq qaynağı yuxarıdan sallanan bir lampadır. Lampanın işığı kartofları işıqlandırır. Şəkilin daxilində eyni rəng və tonlar hakimdir. Yaşılın və qəhvəyinin tünd tonları. Kartofun tozlu rəngini əldə etməyə çalışdığı aydındır. Bütün şəkilə hakim olan rəng yabani kartof rəngidir. Şəkilin kədərli və qaranlıq görünüşü və yoxsul insanların üzləri melanxolik bir atmosfer yaradıb. Bu cür insanları müşahidə edən Van Gogh da yoxsulluğun nə demək olduğunu bilirdi bu dövrlərdə qardaşına yazdığı bir məktubda ” Belə davam etsə hədəfimə çata bilməyəcəyəm. Bu qədər uzun zaman ac qalmasaydım bünyəm daha qüvvətli olardı. Lakin hər dəfə, daha az çalışmaq ilə ac qalmağın ikisindən birini seçmək məcburiyyətində qaldığımda, həmişə ac qalmağı seçdim. Bir insan buna necə dözə bilər’ Aclığın təsirini tablolarımda elə görə bilirəm ki gələcəyim üçün narahat oluram”.

Kartof Yeyenler
Şəkil 1 (Kartof Yeyənlər)


1882 tarixli Hüzn adlı Litoqrafiya əsərində (Şəkil 2) oturan çılpaq bir qadın təsvir edilmişdir (Vincent Van Gogh Museum, Amsterdam). Qadının başı dizinə doğru əyilmişdir və qolları arasında qalmışdır. Tünd rəngli uzun saçları çılpaq kürəyindən aşağıya tökülməkdədir. Saçlar dəri rəngiylə kontrastdadır. Fiqurun xarici xəttləri gücləndirilmişdir. Qolları arasında qalan üzü görünmür ancaq böyük ehtimalla ağlamaqdadır ya da kədərli bir haldadır. Tək başına buraxılmış, çarəsiz bir vəziyyəti vardır. Kədərləriylə birlikdə yapayalnızdır, qovulmuşdur sanki. Kədərin toxunacaqlı bir ifadəsinə şahid oluruq. Buradakı qadın Van Gogh_un onunla birlikdə yaşadığı spirtli (Alkoqolik), hamilə və fahişə Sien_dir. Bu şəkilin bir də qaraqələmlə çəkilmiş naxışı vardır. Van Gogh_un 1890-cı ilə aid Sonsuzluğun Eşiyində adlı tablosunda da yenə kədərlər içindəki bir insanın təsviri vardır (Şəkil 3) (Rijksmuseum Kröller Muller, Otterlo). Şəkildə kürsü üzərində oturan mavi şalvar və köynəkli yaşlı bir adamın dərin ürək ağrısı əks etdirilmişdir. Yaşlı adam yumruq etdiyi əlləriylə üzünü tutmuş, dirsəklərini qıçlarının üzərinə söykəmiş və qabağa doğru əyilmişdir. Gözləri və üzü görünmür amma o da ağlamalı və yıxılmış bir vəziyyətdədir. Yenə eyni ildə -1890- çəkdiyi Doktor Gachetin Portreti (Şəkil 4) adlı şəkildə də dirsəyini masaya söykədib oturan bir adam görünür (Musee du Jeu da Pavme,Paris). Ağ papaqlı fiqurun yumruğu yanağında başını saxlayır. Düşüncəli və kədərli görünüşlü Doktor Gachetin portretindən, özünə hirsl olduğu qədər xəstə olduğu sezilir . Fiqurun üzündə melanxoliya, hüzn, çarəsizlik və ümidsizlik hakimdir. Bu hüzn şəkilin hər yanına yayılıb. Bütün rənglər və xəttlər bu melanxolik atmosferə uyğundur. Fiqurun xəttləri kədərli görünüşü izliyir və bu romantik ruh halını üzə çıxarır. Üzərindəki göy pencək (jaket) və arxa planın tünd mavi rəngi və üzün solğunluğu ifadəni gücləndirir.

sien

Şəkil 2:Sien

Kederli yasli kisi
Şəkil 3

Dr. Gachet
Şəkil 4


Van Qoq rəssamlıqla özünü həyatdan qoparıb götürəcək yolu axtarırdı. Coşğusunu, içində qopan fırtınaları, hüznləri, hislərini bu səviyyədə portretlərində əks etdirən ikinci bir rəssam daha yoxdur. Özüylə davamlı hesablaşan, heç cür əmin ola bilməyən, bir başqasının əlinə göz dikdiyindən ötəri davamlı olaraq əzilmiş və həssas olan amma getdiyi, inandığı yoldan vaz keçməyən, ətrafındakılar tərəfindən başa düşülməmiş bir Van Qoq. Ağrılarıyla, bədbəxtliyiylə, narahatlığıyla, axtarışları, ehtirası, coşğusu, sonsuz təkliyi, sevgiyə aclığı, yoxsulluğu, gördüyünə bəslədiyi hörmət, qısa həyatında çəkdiyi o qədər əsəri, qardaşı Theoya yazdığı məktublar, xəstəliyi, böhranları, bir tas şorba ilə rəng arasındakı seçkiləri onu Van Qoq edənlərdir. “Çox vaxt 30 yaşında olduğuma inana bilmirəm. Özümü daha yaşlı hiss edirəm. Ən çox məni tanıyanların çoxunun mənə ‘rante’ gözüylə baxdıqlarını düşündüyümdə və bəzi şeylər dəyişməzsə də haqlı çıxa biləcəklərini inandığımda içim qaralır, sanki bu indidən gerçəkləşmiş kimi bir ümidsizliyə qapılıram”

Ren Çayında Ulduzlu Bir Gecə -1888- adlı mənzərəsində ulduzlu gecənin təsviri gözRen Cayında Ulduzlu Bir Gece qamaşdırıcıdır. İşıq saçan ulduzlar, sahildən dənizə vuran süni işıqlar və göylə mavi tonları şəkilin bütününə yayılır. Ön planda gedən bir cüt görünür. Buradakı və başqa şəkillərində görünən cütlərdən kişi olanı qırmızı saçlı olaraq təsvir edilmişdir. Həyatı boyunca tək olan rəssam gerçək həyatda əsla tapa bilmədiyi yoldaşını rəsmlərində həmişə öz yanında çəkmişdir. Fiqurlar mənzərədə çox kiçik və üzləri tamaşaçıya dönükdür. Bir məktubunda ” Gecə mənzərələrini və gecə mühitinin xüsusiyyətlərini, ordaca, gecənin gerçək qaranlığı içində ikən rəsmə köçürmə problemi məni hər tərəfdən əhatə etməkdədir” deyə yazmışdır. Göy üzündəki ulduzlara getmək üçün ölümün bir vasitə olduğunu bildirir. Ölümlə çatılan ulduzların çatılar ola biləcəyini düşünürdü. Gecə qaranlıqdır, qorxudur, ölümdür, yuxudur, təklikdir, hüzndür. Buludlu Göyün Altındakı Buğda Tarlası -1890-rəsmi üçün “bunlar kədərli səmanın altında uzanan ucsuz-bucaqsız buğda tarlaları. ..dərin kədəri və sonsuz təkliyi göstərməkdə çətinlik çəkmədim” deyə məktubunda Theoya yazmış.

Artıq Van Qoqa görə hüzn və kədər yenə də təskin verici və nəşəliydi. Şəkilin yarısından çoxunu örtən tünd mavi tonların hakim olduğu səma altındakı ağlarla işıqlandırılmış sarılar və yaşıllar tarlalar qədər uzanıbdır. Qabaqda bir neçə kiçik gəlincik başı vardır. “Məncə qaraqabaq yaşıl rənglər torpaq rəngi tonlarıyla yaxşı bir uyğunlaşma içindədir; bunda sağlam və bu üzdən də itələyici olmayan bir hüzn havası var” Buğda Tarlası və Qarğalar-da (1890) (Şəkil 5) yenə kədərli və qaranlıq bir səma təsviri vardır (Vincent Van Gogh Museum, Amsterdam). Van Qoq bu şəkillə də yenə kədərini və həddindən artıq təkliyini çatdırmağa çalışmışdır. Geniş tarladan üç ayrı yol ayrılır. Tamaşaçı şəkilin küncündə və ya tarlada çığırın sonunun və üfüqün harada olduğunun naməlumluğuyla sarsılır. Geniş açıq tarlaların normal perspektiv quruluşu tərsinə dönmüşdür. Xəttlər şəkilin qarşısında görüşmək üçün üfüqdən qaçır. Vincent bu rəsmi çəkərkən qarşısında vəsaitləriylə üfüqə doğru yüksələn iki yolun böldüyü buğda tarlasının – üçüncü yol şəkilin sağ alt bucağında qalmışdır- qarşısında yerə çökmüş və əvvəl sola sonra sağa iki dəfə atəş etmişdi. Quru quşlar ölümü çağrırır. Fırtınalı alçaq səmada uçuşan qarğalar və səmada diqqətə çarpan bənövşəyi fırça vuruşları izləyəndə təklik və kədər duyğularını oyandırır. 29 iyul 1890 da özünü vuran Van Qoq iki gün sonra ölmüşdür. Ölümündən sonra üstündə tapılan qardaşına yazdığı amma göndərmədiyi məktubda ” sənət uğrunda qısaca həyatımı təhlükəyə atıram və buna görə ağılımın yarısını itirdim” deyə yazmışdır.

Bugda tarlasi ve Qargalar
Şəkil 5

Van Qoqun Usaqligi Həyatı

Sadə bir rahibin oğulu, amma zəngin tablo tacirlərindən birinin qardaş oğlusu idi, 1869da, Parisin Goupil qalereyası tərəfindən La Hayde-də açılan şöbəyə satıcı olaraq göndərilmidi.

1873də buradan, müəssisənin Brüksel, daha sonra isə London şöbəsinə gönərildi. Ev sahibəsinin qızı Ursula Loyer ilə evlənmək istədi. Bu təklifin rədd edilməsi üzündən ilk ruhi böhranını keçirmiş. Yerinin dəyişdirilməsini istədi və Parisə getdi ( 1875). Əməkdaşı İngilis Gladwell ilə təması mistikliyini (sufiliyini) coşdurdu və çalışması nizamsızlaşdı.

Dekabrda, Milad mərasimini keçirmək üçün ailəsinin Ettde_ndə (Şimal Brabant-a) oturduğu rahib evinə yollandı və işindən çıxdı. Aprel, 1876da Ramsgate_yə getdi; orada xüsusi bir təhsil təşkilatında işləməyə başladı. Atasının oturduğu rahib evinə döndükdən sonra, 1877_inci ilin başında Dordrecht_də bir nəşriyyat müəssisəsinə qatıldı. Amma nizamlı bir iş göstərə bilmədi; çünki rahib olmaq beyninə düşmüşdü. Bunun üçün, əmilərindən ikisi, onun Amsterdam_a gedib oradakı ilahiyyat məktəbinə hazırlanmağına yardım etdilər. Ancaq on beş ay boyunca böyük bir səy göstərdiyi və inamla çalışdığına baxmayaraq nəticə uğurlu olmadı.

Brükseldə bir rahib məktəbinə qəbul edilən Van Qoq, Mens yaxınlarındakı Borinage_yə göndərildi; orada acınacaqlı və ürək ağrıdıcı səhnələrə şahid oldu: mədən işçilərinin səfalətini gördü və onlar üçün varının çoxunu xərclədi. Həyatın bu gerçək üzü Van Qoqa Tanrı inancını itirdirmişdi. Bu ümidsizlik aylarının xatirəsini saxlaya edə bilmək üçün Belçikanın cənubu ilə Fransanın şimalında piyada gəzərək rəsm çəkməyə başladı.

Əldən düşmüşdü; 1880 yazında qısa bir müddət Etten-də qaldı. Bu sıxıntılı və təklik dövründə, Parisdəki Goupil qalereyasında onun yerinə keçmiş olan qardaşı Theoya uzun məktublar yazmağa başladı.

Theo, Van Qoqa kömək vəd etdi və naxışlarının qabiliyyətini görərək, yolunu çaşmaq üzərə olan qardaşını dəstəklədi. Theonun pul köməyini qəbul edən Van Qoq rəsm üzrə çalışmaq üçün Brükselə getdi. Sonra yenə Etten_ə döndü, amma tündxasiyyətli xarakteri üzündən rahib evindəki həyat ona güc gəldi. Üstəlik, Kate adlı gənc bir dul əmi qızısına aşiq olmuşdu.

Gənc qadın La Haye-yə çəkildi, amma Van Qoq onu buraxmadı və Kate-nı görməsinə əngəl olunarsa özünü oda verəcəyini söylədi. Bu vaxt, bir fahişəylə tanış oldu. Sien adlı bu qadının acınacaqlı vəziyyəti Van Qoqu duyğulandırmışdı. Bu qadın və uşaqlarıyla birlikdə yaşadı, xoşbəxtliyi tapdığını sanıb rəsm çəkməyə başlaışdı, əlaqəsini uzun müddət qardaşından gizli saxladı; amma Theo, 1883 sentyabrında etdiyi bir ziyarət əsnasında vəziyyəti öyrəndi.

Van Qoq, istəməyərək Siendən ayrılıb Drenthe bölgəsinə getdi; orada bir çox mənzərə rəsmi çəkdi; sonra, artıq Nuenendə (Şimal Brabant-da) olan ata evinə döndü. 1885də atası öldü. Van Qoq o zamanlar ən məhsuldar çağında idi. İlk böyük əsəri Kartof Yeyənləri (Kröller-Müller muzeyi) bu dövrdə çəkib. Daha öncə isə xeyli qaralama çəkmişdi. Texnikası zəifdir deyə düşünürdü; bunun üçün Anvers akademiyasına yazıldı; amma məktəb intizamını qəbul edə bilmədi; 1886da, qardaşına xəbər vermədən Parisə getdi. Bu vaxta qədər, Van Qoqun həyatı, qardaşı Theoya hər gün yazdığı uzun məktublar üzündən aydındır. Amma Montmartre_də Theo-nun Van Qoq ilə birgə keçirdikləri iki il haqqında əldə çox az məlumat vardır.

Van Qoqun təkamülü yalnız rəsmlərindən öyrənilməkdədir. Başlanğıcda ağır və qaranlıq rəsmi, Theo_nun satdığı qardaşı əsərlərini araşdıranların kəşf etməsindən sonra üzə çıxımış. Atelyedə Cormon ilə birlikdə işlədı; Emile Bernard, Toulouse-Lautrec və Gauguin ilə əlaqə qurdu. Parisdə, getdikcə daha sərbəst bir toxuması olan iki yüzə qədər rəsm çəkdi; Montmartredən, Asıyaradan mənzərələr və özünün iyirmi üç portretini çəkdi. Sərt xarakterinin, başqaları ilə birlikdə yaşamağını çətinləşdirdiyi üçün qardaşı ona cənuba getməsini təklif edib orada Yapon bamalarında axtardığı parlaq işığı tapa biləcəyini söylədi.

Van Qoq 1888 fevralında Arles_a getdi və işə götürüldü. Amma təklikdən sıxılırdı, dostlarının yanında işləyə biləcəyi bir atelye xəyal etməyə başladı; qardaşı Theo_nun, Gauguin əsərlərindən birini satın almasına vasitə oldu. Gauguin beləcə, Bretagne_dən ayrılaraq Van Qoqun Arles_dakı evində qala biləcəkdi. Oktyabrda Gauguin gəldi; amma aralarındakı anlaşılmazlıqlar getdikcə artdı. Sonunda, bir gün Van Qoq, Gauguin_ə hücüm etdi, sonra da öz qulaq məməsini kəsdi (Şəkil 6). Gauguin_in qaçmasından sonra Theo qardaşının yanına döndü və Arles xəstəxanasında yatırıldı.

Qulagi Sargili pertreti
Şəkil 6

Vinsent Van Qoq
Şəkil 7

1889 Mayında isə Van Qoq Saint-Remy yaxınındakı Saint-Paul-de-Mausole ağıl xəstəxanasında yatmaq istədi. Burada, irsi bir tutmaca (qəşş) növünün sürəkli olaraq baş verdiyinə baxmayaraq işinə ehtirasla davam etdi. Provence_də iki yüz əllidən çox portret (Kəsik Qulaqlı Öz Portreti, Arles_lı Qadın, Poçtalyon (postçı) Roulin) və mənzərə rəsmi (Arles_dakı İngilis Körpüsü, Zeytunluq, San Buğdaları), və qamış qələmlə xeyli naxışlar çəkdi.

Yanvar 1890da, Mercure_də Fransada nəşr olunan və həyatda ikən onunla əlaqədar tək məqalə olan, Albert Aurier imzalı bir yazı çıxdı. Mayda Parisə döndü; sonra, Pontoise yaxınında. Dr. Gachet_in oturduğu və Pissarro tərəfindən qardaşına tövsiyə edilən Auvers-sur-Oise_yə getdi. Doktor onu yaxşı qarşıladı; amma əlaqələrinin qısa zamanda pozulduğu sanılır.

27 İyul 1890da Pontoise_dan aldığı bir tapanca ilə intihar etdi; qaldığı otelin sahibi, Dr. Gacheti çağırtdı; doktor Van Qoqun artıq öləcəyini gördü və həqiqətən də Van Qoq öldü. Onun ölümündən altı ay sonra qardaşı Theo da öldü. Theo, Van Qoqun cənazə mərasimində, qardaşının o coşğun karyerasında çəkdiyi yetmiş tablodan bəzilərini mərasimə gələnlərə dağıtmışdı. Beləcə, ölümündən əvvəl adı bilinməyən Van Qoq, xüsusilə 1891də Müstəqil sənətçilər salonunda təşkil edilən sərgi sayəsində qısa zamanda şöhrət qazandı.

Bəylik və kobud gerçəklərin rəssamı olan Van Qoq (məsələn natürmortları), bu gerçəklərdə bütün böhranlarını, Tanrı və işıq həsrətini əks etdirməyi bacarmış. Hollandiya rəmi, xüsusilə də Rembrandt ilə başlayan və maddəyə tamamən ayrı bir məna gətirən bu anlayış, Van Qoqda rənglərin şiddətli ziddiyyət doğuracaq şəkildə istifadəsinə bağlıdır. Anvers dövründə bu ziddiyyət ən güclü biçiminə varmış və həqiqətən «insanoğlunun qorxunc ehtirasları»nı izah edən yeni bir dil olmuşdur.

Van Qoq şübhəsiz, müasirlərimizin duyğularını ən dərindən təsirləndirən modern rəssamlardan biridir. Fovu_lar və impressionist_lər üstündəki təsiri çox böyük idi. Əsərlərinin böyük bir qisimi Kröller-Müller muzeyində və Hollandiya dövlətinə satılmış olan kolleksiyadadır (Rijksmuseum). Van Qoqun, Theo_ya, ailəsinə və dostlarına yazdığı məktubları dönə_dönə nəşr edilmişdir.[1].

Müəllif:

Graphic Designer

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma