Posted in Dizayn Tarixi

Qədim Misir, Yunan və Roma incəsənəti


Tarixdən bəlli olduğu kimi Nil çayı boyunca yerləşən Misirdə mədəniyyət yüksək dərəcədə inkişaf etmişdir. Ən erkən dövrlərdə sayılan Misirin incəsənətində memarlıq əsas yer tuturdu. Bura möhtəşəm saraylar, nəhəng məbədlər və əlbbəttə ki, Misirin rəmzi olan ehramları daxil idi. Ehram memarlığını təşəkkülü fironlardan Xeops, Xepren və Mikerin adına gize deyilən yerdə ucaldılmış pramidalarla bağlıdır. Misir memarlığı tarixində xüsusi yer tutan memar Xemmunun yaradıcı təxəyyülünün bəhrəsidir. Ehramın yonulmuş daşlarının çəkisi 2,5 tondan-3 tona qədərdir. Onun bünövrəsindəki kvadratın tərəfləri 233 m uzunluğunda, ümumi sahəsi isə 54 mln km2-dir. Həmin ehramların önündə bədəni aslan başı fironun portretini xatırladan nəhəng Sfinks heykəli qoyulmuşdur. Misirlilər onu «dəhşətin atası» adlandırırdılar. Onun uzunluğu 57 m, hündürlüyü 20 m-dir. Başının hündürlüyü 5 m-dir. Tarixi araşdırmalara görə Xeops və Sfinksin tikintisi 30 ilə başa çatmışdır. Misirlilə ehramların və məbədlərin bədii tərtibatına xüsusi əhəmiyyət verirdilər. Onlar divar rəsmləri ilə barelyef və heykəllərlə bəzəyirdilər. Onların inmaına görə ölən adamların bədənini, yəni ruhunu sığınacağını saxlamaq lazımdır. Odur ki, onlar meyiti mumlayır və bundan əlavə ölmüş şəxsin heykəlini ucaldırdılar. Adətən, Qədim misirlilər ölənin ehramına və yaxud sərdabəsinə qohum-əqrəbasını və qullarını təslim edən heykəllər qoyurdular. Maskalar ən çox işlədilirdi. Bütün heykəllərin oxşarlığına xüsusi diqqət yetirirdilər. E.ə. VI əsrdə yunan sənətkarları «Qara fiqurlu vazalar» üslubuna üstünlük verirdilər. Gildən istehsal olunmuş açıq rəngli bu vazaların üzərində qara rəngli təsvirlər verilirdi. Sonralar həmin vazalar qırmızı fiqurlarla əvəz olundu.
Monumental heykəltaraşlıqda ən yüksək zirvələrə çatmış Fedey Zevsin heykəlini yaratmışdır. Burada Zevsin geyimini və silahını qızıldan, bədən hissələrini isə fil sümüyündən hazırlamışdılar.

Roma incəsənəti Qədim dövrün mədəniyyət tarixində sonuncu və tamalayıcı mərhələ sayılır. Roma incəsənətində səmərəlilik və yığcamlıq əsas tələblərdən olduğuna görə memarlıqda mühəndis axtarışları və texniki kəşflər əsas yer tutur. Burada hamam körpülər, nəhəng su kəmərləri Roma memarlığının ən qədim nümunələrindən sayılır. İmperator Oktavian Avqustun dövründə qələbə ilə nəticələnən yürüşləri həsr olunmuş “Sülh mehrabı” məhz bu zaman inşa olunmuş, gözəl heykəllərlə bəzədilmişdir. Arxeoloji qazıntılar zamanı Vezuvi vulkanının püskürməsi nəticəsində tamamilə batmış, Panpera şəhərin məbədləri, teatrları və b. tikililər aşkar edilmişdir. Bu tikililər aşkar edilmişdir. Bu tikililər eləcə də yaşayış binalarının divar rəsmləri və bəzəkləri manumental sənət nümunələri (heykəltaraşlıq, iri həcmli o dövrün heykəltaraşlığın, boyakarlığın) tətbiqi sənət nümunələrinin yüksək səviyyəsindən xəbər verir. – Roma memarlığının ən məşhur abidələri e.ə.80-ci illərində tikilmiş, “Kolizey”, “Trayanın zəfər sütunu” indiyə kimi tamaşa edən hər bir kəsə böyük təsir göstərir. Ellips şəklində tikilmiş Kalizey müxtəlif tamaşalar, Qladiyator döyüşləri və vəhşi heyvanlarla mübarizə üçün nəzərdə tutulmuşdur. Bura 50 minə yaxın adam yerləşirdi. İmperator “Trayanın zəfər sütunu” hündürlüyü 20 m, uzunluğu isə 200 m olan relyeflə bəzədilmişdir. Qalib Trayanın keçirdiyi müharibələr nəticəsində müxtəlif heykəllər hazırlamış və Trayanın heykəlinin sütunubaşında yerləşdirmişdilər. Roma sənətkarları konkret şəxslərin həqiqi portretlərini yaradırdılar.
Qərbi Avropada Qot xalqlarının bədii ənənələri bir-birinə qaynayıb qarışır və nəticədə Qol roman üslubu yaranır. Burada Tayfun portreti adlanan ağac lövhələr üzərində mum rənglərlə işləmək üslubu yaranır. Roma imperiyası dağıldıqdan sonra Barbar adlanan qəbilələr, xristian kilsəsi xadimləri əsrlər boyu yaranmış əsərləri məhv edirlər. Yalnız intibah dövründə Yunan və Roma incəsənətinə böyük maraq yarandı.

Şimali Avropa ölkələrində XI-XII əsrlərdə Roma sənətinin təsiri altında inkişaf edən sənətə şərti olaraq Roman incəsənəti deyilir. Bu dövrdə Avropada memarlıq sənəti insanlara gərəkli baxımdan mühüm əhəmiyyət kəsb etdiyindən təsviri sənət növləri də Roman üslubunda tikilmiş abidələrlə əlaqədar yaranıb və inkişaf edirdi. XI-XII əsrlərdə tikilən kilsələrdə Katolik kilsəsinin tələblərinə cavab verən boyakarlıq, heykəltaraşlıq və s. sənətlərdən geniş istifadə olunurdu. Roman kilsələrinin memarlıq nümunələri kimi həm zahiri görünüşü, həm də daxili quruluşu və bəzəyinə görə asanlıqla tanımaq mümkündür. Kilsənin fasad tərəfindən yanlarından adətən, müdafiə qüllərinə bənzər dairəvi qüllələr tikilirdi. Roman kilsələri bayır tərəfdən çox möhkəm, ağır və bir qədər də kobud görünür. Qapı pəncərələr kiçik olduğundan kilsənin içərisi çox zaman qaranlıq olur. Roman kilsəsi içəridən porlar hissəsi ilə bölünür. Əsasən, Fransada nailiyyətlər qazanmış Roman memarlığı nümunələrində müxtəlif şəhərlərdə tikilmiş kilsələri qeyd etmək olar.
İtalıyanın fəxri sayılan Piza şəhərindəki XI əsrə aid olan “Yıxılan qüllə” və bir sıra başqaları Roman memarlığının yadigarıdır. Onlar adətən, möhkəm qala divarları ilə əhatə olunurdu. XII əsrin axırlarına XV əsrin sonuna qədər Qərbi Avropa ölkələrində memarlıq və incəsənət Qotik üslubda yaradılırdı. Bu üslub Orta əsrlər Avropa incəsənətinin ən son mərhələsidir. Qotik kilsələr – səciyyəvi cəhətdən şaqüli şəkildə uzanması, ucalması, boyakarlıq memarlığın heykəltaraşlığın ayrılmaz vəhdətidir. Belə bir yeniliyi də qeyd etmək lazımdır ki, kilsənin inşasında karkas tətbiq olunur və beləliklə, Roman tikililərinə xas ağırlıq azalır. Divarlar yonulmuş daşlardan deyil, kərpicdən kəsilir. Daxili məkan böyük binanın içərisi genişlənir, binanın içərisi böyüyür. Roman kilsələrindən fərqli olaraq,Qotik kilsələrdə pəncərələr qoyulur və onlar vitraj texnikası ilə bəzədilirdi. Nəticədə Qotik kilsələrində heykəl və baralyef növlərindən daha çox istifadə edilirdi. Bu zaman Roman üslubuna xas hərəkətsiz, sütuna bənzər heykəllər canlı və realist səpkidə yaranmış heykəllərlə bəzədilirdi. Erkən Qotika dövründə Parisdə “Noterdam” kilsəsi, “Reyms qotik” sənətin son mərhələsində tikilmişdir. Bu növ kilsələrin pəncərə çərçivələrdə alovun dillərinə bənzər saysız-hesabsız naxışlar qoyulur. Bu naxışlara “Alovlanan Qotika” sənəti deyirlər. XV əsrin sonunda qotika üslubu tədricən aradan çıxır və sənət aləmində yeni mərhələlər başlayır

Müəllif:

Graphic Designer

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma