Eurovision Mahnı Müsabiqəsi 2012 ilə bağlı müxtəlif internet saytları, eləcə də facebook, twitter və digər sosial şəbəkələrdə qeyri-qanuni olaraq rəsmi ad altında açılan səhifələrlə bağlı tədbirlər görüləcək. Bunu eurovision.az saytına açıqlamasında müsabiqənin təşkilati işlər üzrə rəhbəri Sietse Bekker (Sietse Bakker) deyib.

Qeyd edək ki, Eurovision Mahnı Müsabiqəsinin rəsmi səhifəsi adı altında fəaliyyət göstərən müxtəlif internet saytları və sosial şəbəkələrdə layihəyə dair ictimaiyyəti çaşdıran yanlış informasiyalar verilir.

Sietse Bekkerin sözlərinə görə, bu problem çox tez-tez baş verir və müxtəlif şəxslər rəsmi ad altında səhifələr yaradır. “Biz bunları aşkar etdikdə onların bağlanması təklifi ilə müraciət edirik”. Sietse Bekker 2012-ci il ərzində 15-ə yaxın səhifənin fəaliyyətinin dayandırılması üçün müraciət olunduğunu deyib.

Səidə, Xeberler.az

Advertisements