Posted in Dizayn Tarixi

Pablo Picassonun Kubizmə qədərki rəngkarlıq və qrafik yaradıcılığı


Rəngkarlıq və qrafik yaradıcılığı

“Kubizm nə toxum dəni, nə də rüşeym deyil, o, hər şeydən əvvəl forma haqqında olan bir incəsənətdir və əgər bir forma bir dəfə yaradılırsa, onda o, mövcuddur və öz həyatını yaşamaqda davam edir”. Pablo Picasso

Picador

Erkən yaradıcılıq Picasso tərəfindən ilk rəsm 1889-cu ildə çəkdiyi „Pikador“ əsəridir, hansı ki, artıq yağlı boya ilə çəkilmişdir. Erkən yaradıcılığında qorunmuş əsərlərdən digəri 1890-cı ilin karandaşla çəkilmiş əsərləri sırasına daxildir. Doqquz yaşlı bu uşaq atasının göyərçinlərinin eskizindən sonra çəkdiyi „Camış Döyüşü Səhnəsi“ və „Herkulesin Heykəli“ həmçinin onun erkən işlərinə aid idilər. Bir il sonra o, bir pişik başı çəkmişdir. Ardınca, 1891-ci ildə isə oturan iki qocanın yağlı boya ilə çəkilmiş şəkli eləcə də atasının eskizi çəkiliş üslubu klassik rəngkarlıq janrına uyğun idi. 1892-ci ildən, akademik rəssamların ənənəsində, elə onların rəhbərliyi altında dərslər almağa başlamışdır. Onun 1895-ci ildə yaratmış şəkilləri, XVII əsrin ispan rəssamların dəstiri idi. Bu şəkillər misalçün, Fransisko de Surbaranın işlərinə və Diego Velaskesin erkən dövrünə uyğunluğu göstərirdilər. Həmin vaxt o, Barselonadakı “La Lonja” peşə məktəbində şagird idi. Picasso akademik ənənədən xaric Barselonadakı “Els Quatre Gats” İncəsənət-kafesi’ndəki səhnəyə qoşulduğu an o, simvolizmdən, ingilis “Raffaelçilər”indən, Anri de Toulouse-Lautrec’in işlərindən və yeni incəsənət jandrında işləyən illustratordan təsirləndi. Bu cür rəngarəng təsirlər onun yaradıcılığında, əsasən də kağız üzərində ifadələrində özünü göstərdi, amma o, öz cərəyanından hələ də uzaqda idi və onun 1900-cü ildəki ilk sərgisi mənfi rəyə layiq görülmüşdür.

Mavi Dövrü (Gənclik dövrü)(1901-1904)

Casagemanın ölümü

Mavi dövründə Picasso ilk olaraq öz üslubunu inkişaf etdirdi. Katalon rəssamı İsidre Nonell Picassonun həmin vaxtdakı nümunələrinin mavi və oxra rənglərinin fonunda çəkilməsinə təsir etmişdir. Mavi tondakı melanxolik fiqurların şəkilləri bu dövr üçün xarakterikdir və bu mövzuda üstünlük cəmiyyətdən kənarda qalmış dilənçi, evsiz, və ana və uşaq kimi tənha insanlara verilib. Bu cür mövzunun köməyi və yeni üslubu ilə o, nəinki qəriblik, həmçinin yaxın bir dostunun ölümünü qazandı. “ Casagema’nın ölümü” onun mavi yaradıcılıq dövründə ilk çəkdiyi rəsimdir. Bu bir dostluğun sonu və yeni bir üslubun başlanğıcı demək idi.

Şəxslərin uzununa çəkilmiş təsviri nümunə olaraq Paltar-ütüləyən (1904) əsərindəki kimi, El Greko’dan götürülmüş üslub vasitəsidir: “Mənim, mavi dövrdəki obrazlarım ola bilsin onun təsirindən, hamısı uzununa çəkiliblər”.

Paltar-ütüləyən

Picassonun mavi dövrünün nümunəvi əsəri kimi qiymətləndirilən 1903-cü ilin Mayında çəkilmiş “Həyat” əsəri təsvir edilmiş kişi simasının cizgiləri onun dostu Karlos Kasaxemaya aid idi. Barselonada yaradılmış bu və mavi dövrün digər əsərləri bu gün Cleveland İncəsənət Muzeyində sərgiyə qoyulub.

Həyat

– Çəhrayı Dövrü (1904-1906)

Çəhrayı dövründə o, mavi dövründəki yaradıcılığında hakimlik edən göy rəngi tədricən çəhrayı və narıncı boyaların fərq incəliklərinə varmaqla 1904-cü ildə hər iki dövrün arasında keçid dövrünü yaşatdı. Mövzular adətən, o dövrün incəsənətinin simvolu kimi qəbul olunan aktyorlarının və artistlərin dünyasından yaranırdılar. Arlekin intonasiyası Picassonun hər iki işində görünürdü. Onunla 1904-cü ildə tanışmış, bir heykəltəraş və rəssam üçün model olan və çoxlu sayda rəsmlərinin mövzusu olacaq Fernando Olivyeyə sevgisi, əlavə olaraq ilk maliyyə uğurunun səbəbindən Picassonun bu yaradıcılığı nikbin görünürdü. Çəhrayı dövrün adamları mübariz, ləyaqətlə dolu və qürurlu əda göstərirdilər. Onun „Canbazlar“ əsəri bu dövr üçün bir misaldır.

Canbazlar

Almancadan tərcümə: Vazeh Mustafa

Müəllif:

Graphic Designer

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma