Posted in Dizayn Tarixi

Barakko İncəsnəti


Barokko – ХVII – ХVIII əsrlər Avropa mədəniyyətinə məxsus, mərkəzi İtaliya olan üslubdur.İtalyan dilində barocco – “qüsurlu”, “intizamsız”, “ifratçılığa meylli”, portuqal dilində perola barroca – “düzgün olmayan formada mirvari (inci) dənəsi (hərfi tərcümədə – qüsurlu inci)” deməkdir; bu sözün yaranması haqqında digər fərziyyələr də mövcuddur.
Barokko üslubu memarlıqda Renessansı əvəz etmışdır. Yeni əyri xətt formaları meydana çıxmış, dolğun və qəliz rəng çalarlarının istifadəsinə başlanmışdır. Həmin dövrdə parklarda fəvvarələrdən və fişənglərdən ibarət şəlalələr yaradılır, interyerdə güzgülərə, parketə, zərxaraya böyük diqqət yetirilirdi.
Bu üslubun əsas əlaməti – “naz-nemət içərisində üzmə”, insanın vücudu və ruhu üçün maksimal rahatlıqdır.
Barokko üslubu əsas giriş qapısında mərmər pilləkənlərin, otaqların arasında incəsənət əsərləri ilə bəzədilən ensiz dəhlizin yaradılmasına üstünlük verir. Bu üslubun xüsusiyyətlərindən biri məkan illüzialarıdır. Barokko memarlıq üslubunda interyerdə müxtəlif şəkillərin, naxışların çəkilmçəsi üçün güzgülərdən, tavandan, eləcə də divarlardan geniş istifadə edilir. Divarlar qobelenlə (divar xalçaları) ilə də örtülə bilər. Xalçaların, zərxaranın, həmçinin bahalı çilçırağın bolluğu təmtəraqlı pafos yaradır. Əyri xəttlər və dəyirmi konturlar hesabına dinamika və gözəllik əldə edilir. Bahalı mebel dəbdəbə və əzəməti artırır.
Memarlar çox zaman heykəltəraşlıq əsərlərindən istifadə edirdilər. Adi sütunlar tez-tez telamon və karitiadlar – kişi və ya qadın füqurlu sütunlarla əvəz edilirdi.
Barokko üslubunun daha bir fərqləndirişi cəhəti çox iri ölçülərdir. Belə ki, pəncərələrin, qapıların ölçüləri insan boyundan on dəfə çox və daha artıq olurdu.
Barokko üslubunda yaradılmış bir çox tikililər çox yaxşı saxlanmışdır və hazırda Avropanın bir çox şəhərlərinin bəzəyidir.
Barokko üslubunun köklərinin çox qədimə getməsinə baxmayaraq, bu üslubun ayrı-ayrı elementləri əsrdən-əsrə keçərək, memarlıq və interyerə qayıdır. Üslubun əbədiliyi çox asan izah olunur, belə ki, bolluğu, həmçinin təmtərağı nəzərə çarpdıran elementlərə hər dövrdə yüksək tələbat olmuşdur. Maarifçilik barokko dövrü, klassik və neoclassik eradan müasir mültimədəniyyət cəmiyyətinə qədər geniş bir dövrü əhatə edən ideya olmaqla, incəsənətin bir çox cərəyanlarının mərkəzi modeli olmuşdur.
Maarifçilik dövrü Avropa mədəniyyətinin XVII-XVIII əsrdə mənəvi situasiyası kimi qəbul olunan termin olaraq, incəsənətdə müxtəlif cərəyanların tərkibində də üzə çıxmışdır. Fransızca siècle des lumières, almanca Aufklärung, ingiliscə Enlightenment adlanaraq, əsasən işıq, ziya sözünü vurğulayır. Ənənələrə yeni baxış və individuallığı ön plana çəkməklə, XIV-XV əsrlərin humanizminin və reformasiyanın davami olmaqla yeni dövr tarixində maarifçilik xüsusi yer tutur. İnsan zəkasının fəaliyyəti vasitəsi ilə insan həyatının müxtəlif sahələrini -tərbiyə, din, hüquq və s. – təbii prinsiplərlə qurmaq maarifçiliyin əsas prinsiplərindən idi. Rasionallq və təbiilik nöqteyi-nəzərindən indiyə qədər mövcud olan münasibət formaları tənqid olunurdu.

Müəllif:

Graphic Designer

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma