Posted in Dizayn Tarixi

İTALİYA İNCƏSƏNƏTİ İNTİBAH DÖVRÜNDƏ


İTALİYA İNCƏSƏNƏTİ İNTİBAH DÖVRÜNDƏ

İntibah və ya Renesans (fr. Renaissance, ital. Rinascimento – “Yenidən doğulma”) — Avropa mədəniyyəti tarixində, Orta əsr və Yeni dövr mədəniyyətləri arasındakı bir mərhələ olaraq Qərbi və Mərkəzi Avropanı XIV əsrin əvvəlləri – XVI əsrin sonları çərçivəsində əhatə etmişdiir. İntibah dövrü antik mədəniyyət ənənələrinin yenidən canlandiği və misilsiz bir vüsətlə inkişaf etdiyi tarixi mərhələ idi. İntibah dövrünün incəsənəti proqressiv ideyalarin,insanpərvərliyin yayılmasına xidmət etmişdir. Bu incəsənət hər şeydən əvvəl insan zəkasına böyük inam bəsləməklə, yeni humanist əxlaqı, insanin dünyəvi səadətini hər şeydən yüksək tutmuşdur. Onun diqqət mərkəzində əməlləri ilə cəmiyyəti irəli aparan canlı insan surəti durmuşdur. Renessans dövrü incəsənətində hərtərəfli inkişaf etmiş, həm mənəvi, həm də cismani nöqteyi –nəzərdən ğözəl və qəhrəman insan idealı tərənnüm olunur. İnsanın zəkası və qüvvəsi, onun ğözəlliyi Renessans incəsənətinin əsas məzmununu təşkil edir. İntibah (söz) termini hələ italyan humanistləri (məs. Corcio Vazari) işlətsələr də, özünün indiki müasir mənasında XIX əsr fransız tarixçisi Jül Mişle tərəfindən istifadəyə daxil edilmişdir. Adam Mets qeyd edir ki, Avropa İntibah Dövrü anlayışı ilə birgə Müsəlman İntibah Dövrü anlayışı da istifadə olunmalıdır. Alimin qeydinə görə Müsəlman İntibah Dövrü X-XII əsrləri əhatə edərək Avropa İntibahına zəmin yaratmışdır. İddia edilir ki, İntibah üçün katalizator rolunu Qərbdə çoxdan unudulmuş lakin, Bizansda, İslam dünyasında və bəzi kilsə kitabxanalarında qorunub saxlanan qədim yazılı mənbələrin yenidən “kəşf edilməsi” və yunan, ərəb dillərində olan kitabların latın dilinə tərcüməsi olunmaşıdır. Yunan və ərəb elmi bilikləri yalnız İspaniyadan deyil, həm də birbaşa yunan və ərəb dünyası ilə əlaqələr nəticəsində mənimsənilirdi. Yaxın Şərqdə riyaziyyat elmi sahəsində yüksək inkişafa nail olunmuşdu və bu riyazi biliklər XIII əsrdə Xaç yürüşlərinin iştirakçıları tərəfindən Avropaya gətirildi. Bizans İmperiyasının 1204-cü ildə səlibçilər və 1453-cü ildə Osmanlı dövləti tərəfindən işğalı, burada yerləşən universitetlərin bağlanmasına və yunan alimlərinin İtaliyaya və digər ölkələrə qaçmalarına səbəb oldu. Bu alimlər klassik yunan sivilizasiyasının biliklərini və yazılı mənbələrini də özləri ilə aparırdılar. Bu günədək gəlib çatan klassik yunan ədəbiyyatı və Roma hüququ nümunələri məhz Bizans vasitəsilə mümkün olmuşdur İnntibah dövrünün fərqləndirici xüsusiyyəti mədəniyyətin kübar xarakter alması və insanı ön plana çıxarmasıdır. Antik mədəniyyətə maraq yaranır, sanki onun “yenidən doğulması”, “dirçəlişi” baş verir. Elə burdan da “dirçəliş” termini yaranıb. Daha dəqiq, İntibah – yenidən doğulan klassik yunan və Roma dəyərlərinin elmə, incəsənətə, cəmiyyətə, hakim dairələrə və insanların Orta əsrlərdə mənsub olduqları sosial təbəqələrdən qoparaq müstəqil fərdlərə çevrilmələrinə göstərdiyi təsirlə müşayiət olunan bir proses idi. İrəli sürülən versiyalardan birinə görə Florensiyanın və Avropanın digər ölkələrinin əhalinin kəskin şəkildə azalması ilə nəticələnən və “Qara ölüm” adlandırılan dəhşətli taun xəstəliyinə düçar olması XIV əsr İtaliyasında insanların dünyaya baxışlarının dəyişməsinə səbəb oldu. İnsanlar dini dünya görüşünün əksinə olaraq Yerdəki həyata, ruhlar dünyası və ölümdənsonrakı həyatdan daha çox qiymət verməyə başladılar. Eyni zamanda iddia edilir ki, “Qara ölüm” dini mövzudakı sənət əsərlərinin yaradılmasının maliyyələşdirilməsinə də səbəb olub. Lakin bunlar heç də İntibahın nə üçün İtaliyada yarandığını tam mənada izah etmir. “Qara ölüm bürümüşdü. Ola bilsin İntibahın ilk olaraq İtaliyada baş verməsi yuxarıda sadalanan səbəblərin qarşılıqlı təsirinin nəticəsidir”. İntibah mədəniyyətinin ilk vətəni İtaliya olmuşdur. Yeni yaranmış hərəkatın inkişafı üçün əlverişli siyasi-iqtisadi şərait Qərbi Avropanın başqa ölkələrinə nisbətən bu ölkədə daha tez əmələ ğəlmişdi. İntibah incəsənətinin ilk inkişaf dövrü Protorenessans Florensiya məktəbinin adı ilə bağlıdır. Protorenessans dövrü sənətkarları orta əsrlər incəsənətinə xas bədii üslub xüsusiyyətlərindən uzaqlaşaraq antik dövrün bədii ənənələrini canlandırmağa meyl ğöstərmişlər Bir çox tarixçilər hesab edirlər ki, İntibah dövrü üçün səciyyəvi olan ideyalar öz başlanğıcını XIII əsrin sonlarında Dante Aligyeri (1265-1321), Françesko Petrarkanın (1304-1374) və Covanni Bokaççonun (1313—1375) yazılarından, Cotto di Bondonenin (1267-1337) rəsmlərindən götürür. Lakin, hələ də İntibahın nə üçün məhz İtaliyada və məhz həmin dövrdə başlaması sualı öz cavabını tapmayıb. Bunu izah etmək üçün müxtəlif versiyalar irəli sürülür. İddia edilir ki, İntibah üçün katalizator rolunu Qərbdə çoxdan unudulmuş lakin, Bizansda, İslam dünyasında və bəzi kilsə kitabxanalarında qorunub saxlanan qədim yazılı mənbələrin yenidən “kəşf edilməsi” və yunan, ərəb dillərində olan kitabların latın dilinə tərcüməsi oynamışdır. Yunan və ərəb elmi bilikləri yalnız İspaniyadan deyil, həm də birbaşa yunan və ərəb dünyası ilə əlaqələr nəticəsində mənimsənilirdi. Yaxın Şərqdə riyaziyyat elmi sahəsində yüksək inkişafa nail olunmuşdu və bu riyazi biliklər XIII əsrdə Xaç yürüşlərinin iştirakçıları tərəfindən Avropaya gətirildi. Bizans İmperiyasının 1204-cü ildə səlibçilər və 1453-cü ildə Osmanlı dövləti tərəfindən işğalı, burada yerləşən universitetlərin bağlanmasına və yunan alimlərinin İtaliyaya və digər ölkələrə qaçmalarına səbəb oldu. Bu alimlər klassik yunan sivilizasiyasının biliklərini və yazılı mənbələrini də özləri ilə aparırdılar. Bu günədək gəlib çatan klassik yunan ədəbiyyatı və Roma hüququ nümunələri məhz Bizans vasitəsilə mümkün olmuşdur. İntibah İtaliyada meydana gəlmişdir. Yeni yaranmış hərəkatın inkişafı üçün əlverişli siyasi-iqtisadi şərait Qərbi Avropanın başqa ölkələrinə nisbətən bu ölkədə daha tez əmələ ğəlmişdi. Beləliklə, Florensiya,Venesiya, Roma, Milan və başqa şəhərlər Renessans mədəniyyətinin ən qaynar mərkəzlərinə çevrilir. Orada hələ XIII-XIV əsrlərdə (Pizano, Cotto (şək.1, 2, 9), Orkanya və s. ailəsinin fəaliyyətində) ilk əlamətləri nəzərə çarpırdı, lakin ancaq XV əsrin XX illərinə İntibah tam bərqərar oldu. XV əsrin axırlarına o özünün ən yüksək çiçəklənmə mərhələsinə çatdı. XVI əsrdə İntibah ideyalarının böhranı yetişir ki, bunun da nəticəsi kimi maryenizm və borokko meydana gəlir. Renessans təxminən üç əsrlik dövrü (XIII əsrın ortalarından XV əsrin ortalarınadək) əhatə edir. İtaliya incəsənətinin müxtəlif əsrlərinin müvafiq rəqəmlərdən düzəldilmiş öz adları var. Məs.: 1200-cü illər — Duçento (italyanca ikiyüz). Beynəlxalq qotika. 1300-cü illər —Treçento (ital. üçyüz). Protorenesans. 1400-cü.— Kvatroçento (ital. Dördyüz). Erkən İntibah, Yüksək İntibah. 1500-cü — Çinkveçenço (ital. Beşyüz). Yüksək İntibahın sonu. Gec (Son) İntibah. Protorenesans ustalarının yaratdıqı münbit şərait zəminində yaranan İtaliya İntibahı öz inkişafı yolunda bir neşə fazadan (Erkən, Yüksək, Son) keçmişdir. İtaliya İntibahını 4 mərhələyə bölürlər: 1) Protorenesans (XIII əsrin 2-ci yarısı – XV əsrin əvvəlləri, Treçento) 2). Erkən İntibah (XV əsr, Kvattroçento) 3). Yüksək İntibah (XVI əsrin ilk 30 ili, Qızıl Dövr) 4). Son və ya Gec İntibah (XVI əsrin 30-90-cı illəri, Çinkveçenço). İntibah incəsənətinin ilk qaranquşları XİV əsrdə İtaliyada meydana gəldilər. Bu dövrün Pyetro Kavallini (1259-1344), Simone Martini (1284—1344) və ən başlıcası Cotto (1267—1337) kimi rəssamları, ənənəvi dini mövzuda əsərlər yaradarkən beynəlxalq qotika ənənəsinə söykənsələr də, həcmi kompozisiyaların qurulması, arxa planda peyzajın istifadə edilməsi kimi yeni bədii üslublardan, priyomlardan istifadə etməyə başladılar ki, bu da görünüşlərin, tabloların daha real, canlı etməyə imkan verdi. Bu cəhət onların yaradıcılığını görünüşdə şərtiliklə bol olan əvvəlki ikonoqrafik ənənələrdən kəskin fərqləndirirdi. Onların yaradıcılığını qeyd etməkçün Protorenessans terminindən istifadə edirlər. İntibah incəsənətinin ilk inkişaf dövrü Protorenessans (Proto – qədim yunanca birinci, renessans – fr. Dirçəlmə) Renesansdan əffəlki və Orta Əsrlər dövründən İntibah dövrünə keçid mərhələsi sayılır. Bu termin ilk dəfə isveçrə alimi Y.Burkhard tərəfindən işlənmişdir. Protorenessans dövrü Florensiya məktəbinin adı ilə bağlıdır. Protorenessans dövrü sənətkarları orta əsrlər incəsənətinə xas bədii üslub xüsusiyyətlərindən uzaqlaşaraq antik dövrün bədii ənənələrini canlandırmağa meyl ğöstərmişlər. Bu cəhətdən intibahın atası – Florensiya məktəbinin ğörkəmli nümayəndəsi boyakar Cotto di Bondonenin yaradıcılığı, sözün əsl mənasında, yeni dövrün ruhunu təmsil edirdi. O, bütün dünya incəsənəti tarixində ən böyük fiqurlardan biridir. Onun ilk dəfə Qərbi Avropa incəsətində dini mövzulu təsvirlərdə şərtilikdən uzaqlaşaraq hadisələri real təsvir etməsi, insan xarakterləri, onların hiss və həyacanları haqqında canlı təsəvvür yaratmaq qabiliyyəti Avropa boyakarlığında köklü bir çevrilişə səbəb olur. Cotto di Bondone və ya sadəcə Cotto təxminən 1267-ci ildə (başqa məlumatlara görə 1276-cı ildə) Florensiya ətrafında Kolle de Vespinyano kəndində kəndli ailəsində anadan olub. Çimabuenin tələbəsi olub. Çimabuenin kiçik çoban Cottonun çöldə qoyun çəkməsini görməsi və onun istedadına heyran olması haqda hekayət artıq ədəbi əfsanəyə çevrilmişdir. 1304-1306-cı illərdə Cotto özünün ən məşhur əsərlərini – Paduya şəhərindəki del Arena kapellasının monumental divar rəsmlərini yaradır. Kapellanın divarlarında üç cərğədə yerləşdirilmiş freskalarda rəssam İsa peyğəmbərin və Müqəddəs Məryəmin həyatından bəhs edən əfsanələrin təsvirlərini verir. Bunlardan “Isanın meyidi üstündə ağlaşma”da iştirakçıların hisslərini, baş vermiş faciəni böyük ustalıqla canlandırması freskanı Cottonun şah əsərlərindən biri edir. Həmin cərğədəki “Iudanın öpüşü “freskası ğərğin və dramatik bir anı:insan xəyanətini əks etdirərək,böyük bəşəri hissiər doğurur və rəmzi məna daşiyir. Cottonun yaradıcılığı İtaliya boyakarlığının sonrakı əsrlərdə inkişafına dərin təsir ğöstərmişdir. Siyena məktəbi çərçivəsin də yaranmış əsərlərdə qotika və Bizans sənətinin təsiri çox ğüclü olmuşdur. Elə buna ğörədir ki, onların boyakarlıq əsərlərində fon əvvəlki kimi saya, çox vaxt qızılı rənğdə, təsvirlər isə dekorativ və kiçildilmiş ölçülərdədir. Siyena məktəbinin ən ğörkəmli nümayəndələri Duçço, Simone Martini və Ambrocco Lorensetti kimi boyakarların yaradicılığı məhz bu keyfiyyətləri ilə fərqlənir. Kvatroçento XV əsr İtaliya incəsənətinin Erkən İntibah dövrünə aid mərhələnin ümumiləşmiş adıdır və İtaliyanı, 1420 – 1500-ci illər çərçivəsində əhatə edir. Kvatroçento mərhələsi dövründə İtaliya Renessans mədəniyyəti, memarlıq, boyakarlıq, heykəltəraşlıq hərtərəfli sürətlə inkişaf etməyə başlayır. Florensiya məktəbi bütün Avropa incəsənətində ən qabaqcıl və böyük mədəniyyət mərkəzinə çevrilir. XV əsrin əvvəllərində Florensiyalı alim və memar Filippo Bruneleski (1377, Florensiya —1446, Florensiya) boyakarlıqda xətti perspektiv qanunlarını qurdu və təsvir etdi. Bu rəssamlara rəsmlərin müstəvi üçölçülü fəza təsvirini almağa imkan verdi. Başqa bir vacib addımin atılması qeyri-dini, sekulyar incəsənətin yaranması oldu. Portret və peyzajlar müstəqil janrlar kimi təsdiq olundu. Hətta dini süjetlər özgə mənada verilirdi — İntibah rəssamları onların personajlarına parlaq fərdi cizgilərə malik və hərəkətlərində insani motivlər olan bir qəhrəman kimi baxmağa başladılar. Heykəltəraşlıq çox geniş yayıldı. Heykəltəraşların yaradıcılığında relyef, büst, heykəl və s. çoxlu formalar inkişaf etdi. Onlar insan bədəninin plastikasının: hisslərin, emosiyaların, bədənin hərəkətinin, çoxplanlı, perspektiv relyeflərdə qəliz səhnələrin təsvirində yeni zirvəyə qalxdılar Florensiya məktəbinin ən böyük nailiyyətlərindən biri də rəssam və heykəltəraşların yaradıcılıqla yanaşı, həndəsə, anatomiya və perspektiv elmlərə həvəs ğöstərib incəsənəti elmi kəşflərlə zənğinləşdirmələridir. İntibah dövrünün ən dahi heykəltəraşlarından biri, individuallaşmış heykəl portretinin əsasını qoymuş Donatelladır (1386 Florensiya — 1466, Florensiya). Florensiya məktəbinin ğörkəmli nümayəndəsi heykəltaraş Donatello yaradıcılığında antik ənənələrdən ustalıqla istifadə edərək heykəltəraşlıq sənətini daha yüksəklərə qaldırmışdır. Onun Qattamelata adlı sərkərdənin atlı heykəli XIII əsrdən etibarən davam edən uzun fasilədən sonra Avropada qoyulmuş ilk atlı heykəl sayılır. Erkən İntibahın ilk nümayəndəsi, Cotto ənənələrini qəbul etmiş, xətti perspektiv prinsiplərindən istifadə edən florensiyalı boyakar Mazaçço sayılır. Mazaçço adlanan Tomazo di Covanni di Simone Kassai (1401–1428), İntibah dövrü dahi İtaliya rəssamlarından biri olub, renessans ənənələrinin əsasıni qoyan, kvatroçento dövrünün boyakarlığının islahatçısı idi. O, 21 dekabr 1401 – ci ildə Valdarno San Covannidə anadan olub. Mazaççonun bioqrafi (katibi), renessans dövrünün rəssamı Corco Vazari (1511–1574) yazırdı ki, Mazaçço (“Yöndəmsiz”) ləqəbi ona ətraf həyata diqqətsiz olduğu üçün verilmişdi. Müəllimləri olmasalar da, Brunelleski və Donatello ilə təmasda olması Mazaçço üçün əsl məktəb olub.
Avropa incəsənətində ilk çılpaq insan bədəninin realist təsvirini vermiş Mazaçço “Adəm və Həvvanın cənnətdən qovulması”, “Verği” və başqa əsərlərində bir sıra mühüm sənətkarliq problemlərini həll etmişdir.Qərbi Avropa rəssamlığında ilk dəfə o, fiqurlarla mənzərə fiqurlarla memarlıq arasında vəhdət yaratmış, onları sərbəst və təbii halında ğöstərmişdir.

Müəllif:

Graphic Designer

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma