Posted in Dizayn Tarixi

XIX ƏSR İSPAN İNCƏSNƏTİ


Bütün XVIII əsr boyu ispan incəsənətində elə bir yenilik görünmür. Yalnız ispan xalqının yadellilərə qarşı mübarizəsi ərəfəsində ispan incəsənətində yeni canlanma başlanır. İspan xalqının fransa işğalçılarına qarşı apardığı azadlıq mübarizəsi bu mübarizənin fəal iştirakçısı olmuş Fransisko Qoyyanın ( 1746 – 1828 ) yaradıcılığında parlaq bir şəkildə əks edilmişdir. Müxtəlif duellərin iştirakçısı, toreador, İspaniya kralının saray rəssamı, Rəssamlıq akademiyasının üzvü və cəsur inqilabçı Qoyya dövrünün ən böyük sənətkarı olmuşdur. Onun “ Gülləbaran” adlı məşhur tablosunda ispan üsyançılarının fransız əsgərləri tərəfindən güllələnməsi təsvir edilir. Qoyya həmçinin mahir portretçi olmuşdur. Onun “Hersoginya Alba”. “İzabella de Porsel” . “Rəssam Bayeu” və başqa portretləri çox yüksək sənətkarlıq nümunələridir.İspan kralı IV Karlın ailəsi ilə birgə portretində Qoyya hökmdarın və arvadının mənəvi eybəcərliyini, daxili puçluğunu və lovğalığı kəskin surətdə ifşa etməkdən çəkinməmişdir. Sadə ispan qızı “Maxa”nın surətində isə milli gözəlliyin timsalı çox güclü təsir bağışlayır.
Qoyyanın azadlıq mübarizəsinə həsr etdiyi əsərləri arasında “Dezastres” “Dəhşət” adlı qrafik silsilə xüsusi yer tutur.82 ofortdan ibarət bu əsərdə realistcəsinə və yüksək sənətkarlıqla bir tərəfdən yadellilərə qarşı mübarizə tərənnüm edilir, digər tərəfdən isə hakim təbəqələrin satqınlığı və qorxaqlığı ifşa və tənqid olunur.

Müəllif:

Graphic Designer

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma