Posted in Dizayn Tarixi

XVIII ƏSR FRANSA İNCƏSƏNƏTİ


XVIII əsrdə Fransa sənətkarları tədricən dini mövzulardan uzaqlaşırlar. Onlar əvvəlcə mifoloji sonra isə lirik və sevgi mövzularına müraciət edirlər. Fransanın bu dövrünü çox vaxt XV Lüdovik dövrü adlandırırlar. XIV Lüdovik dövrü üçün səciyyəvi olan təntənəli klassisizmindi ehtiras hissləri oyadan, kef və məhəbbət səhnələrini əks etdirən bir sənət əvəz edir.
Bu dövrün ən parlaq nümayəndələrindən biri rəssam Antuan Vatto (1684 – 1721) olmuşdur. Onun dəbdəbəli məclisləri və sevgi səhnələrini əks etdirən “Pyero”, “Adaya Səyahət”, “Kənd Bayramı” kimi əsərlərində bir qəmginlik də var.
Başqa bir sənətkarın, kübar cəmiyyətin bədii zövqünü oxşayan rəssamlardan Buşenin(1703 – 1770) əsərlərində isə real həyatdan uzaq şirin bir xəyal aləmi, məhəbbət dünyası canlanır.
XVIII əsrdə burjuaziyanın kral hakimiyyətinə qarşı mübarizəsi güclənir. Feodalizmə zərbələr endirilir. Feodal məfkurəsinə qarşı burjua məfkurəsi qoyulur. Marifpərvər filosofların ideyaları geniş yayılır.
Buşedən fərqli olaraq Şarden (1679 – 1779) öz əsərlərində sakit və rahat güzəran keçirən burjua həyatını və məişətini əks etdirir. O, eyni zamanda, mahir natumort və portret ustası kimi də tanınır.
XVIII əsr Fransa heykəltəraşlığı Qudonun (1741 – 1828) adı ilə sıx bağlıdır. Qudon əsasən portret janrında məharət göstərmişdir. Onun əsərlərində güclü realizm, daxili hissiyyat və dəqiqlik əsas yer tutur. Qudonun əsərlərindən Volterin heykəli xüsusilə məşhurdur.

Müəllif:

Graphic Designer

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma