Posted in Dizayn Tarixi

XVIII ƏSR İNGİLTƏRƏ İNCƏSƏNƏTİ


Uzun müddət İngiltərədə təsviri sənətlə yerli rəssamlarla yanaşı, əcnəbilərdə də məşğul olmuşlar və üstünlük də onların tərəfində olmuşdur. XVI – XVII əsrlərdə Avropanın bir çox məşhur rəssamları Holbeyn, Van Deyk, Rubens və başqaları İngiltərəyə gedib orda işləmişlər. XVIII əsrin əvvəllərindən etibarən ingilis təsvir sənətində canlanma başlayır və hətta Xuqart kimi (1697 – 1764) istedadlı bir rəssam yetişir. O, realist mövqedən yarandığı əsərlərində ingilis durjua sinfinin həyat və məişətində nöqsanları tənqid edir. O zaman ingilislərdə bir neçə görkəmli portret ustası da işləmişdir. Onlardan daha məşhuru Coşua Reynoldsdur (1723 – 1792).
Təsadüfü deyil ki, 1768 – ci ildə təşkil edilmiş Rəssamlıq Akademiyasının ilk prezidenti də elə o seçilmişdir. Onun müasiri Geynsboro lirik və şairanə portret ustası kimi şöhrət tapmışdır.
Dövrün realist mənzərə ustaları sırasında isə ilk növbədə, Törner və Konsteblin adlarını çəkmək lazımdır. İlk dəfə məhz onlar təbiət qoynunda təsvir olunan şəxsin fonunu eləbelə sadəcə arxa plan kimi yox, canlı və sərbəst bir həyat kimi vermişlər.Törner və Konstebl çox vaxt emalatxanada yox, açıq havada, yəni “plener” də işləmişlər.

Müəllif:

Graphic Designer

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma