Posted in Kulturologiya

Kulturoloji problemlərin tədqiqi (2)


Alman mədəni-tarixi məktəbi, mədəniyyətin inkişafı haqqında təsəvvürlərin subyektiv-emosional səciyyə çərçivəsindən kənar, tarixin dürüstlük meyarı olması fikrindən çıxış edirdi. Alman etnoloqları “inkişaf nəzəriyyəsi” daxilində mədəniyyətin inkişafına təkamülçü baxışları inkişaf etdirərək, qeyri-avropa xalqlarının və alman dilli etnosların mədəniyyət və mədəni proseslərini, T.Vays, Y.Lippert və bu nəzəriyyənin digər tərəfdarları, mədəni əlamətlərin məkan və zaman daxili zahiri oxşarlıqlarını insan psixologiyasının vahidliyi ilə izah edirdilər. Alman alimləri tərəfindən, həm də, mədəni-mifoloji, mədəni-coğrafi və mədəni-tarixi təlimlər, sonralar isə – etno-psixologiya, etno-sosiologiya və funksional sosiologiya daxilində diffuziya prosesləri öyrənilmişdir. Müasir alman etnologiyasının mühüm xidmətlərindən biri, mədəniyyətə etnotəkamül və diffuziyaçı yanaşmalardan – sistemli bir baxış yaratmasındadır. Alman mədəniyyətinin daim zənginləşdirilib proqressiv inkişafı məqsədi ilə digər mədəniyyətlərin tədqiqi zəruriliyinin dərk edilməsi mühüm prinsipial dövlət əhəmiyyəti daşıyırdı. Mədəniyyətin və onun sosial institutlarının struktur və funksional ölçülərini vurğulayan A.Radkliff-Braun, B.Malinovski, K.Levi-Strossun əsərlərində etnoloji tədqiqatlar daha da inkişaf etdirilmişdir. Kulturologiyanın sosail-humanitar elmlərlə əlaqəsi mədəniyyət hadisəsinə bir sıra yanaşmaların yaranmasına gətirib çıxartmışdır. İngilis etnoqrafı və sosioloq, etnoqrafiya sahəsində funksional məktəbin görkəmli nəzəriyyəçisi Alfred Radkliff-Braun “sosial antropologiya” –nın yaradıcısı və müasir antropologiyada sistemli yanaşmanın təşəbbüsçüsüdür. Onun hazırladığı sosial antropologiyanın induktiv metodu, mədəniyyət hadisəsinin əsasını təşkil edən ümumi qanunların dərk edilməsində mühüm alət kimi istifadə olunmuşdur. Kulturologiya mədəniyyət haqqında elm olmasına baxmayaraq, mədəniyyət anlayışına etnoloji sosioloji cəhətdən yanaşmalar da olmuşdur. İngilis etnoqraf və sosioloqu, etnoqrafiyada funksional məktəbin banisi olan Bronislav Malinovski, məğzini insan ehtiyacları təşkil etdiyi, sosial institut və fəaliyyət məhsullarının məcmusundan ibarət mədəniyyətin elmi nəzəriyyəsini yaratmağa can atırdı. Struktur antropologiyanın banisi, mədəniyyət hadisələrinin öyrənilməsində tarixi faktorlara xüsusi əhəmiyyət verən və müasir kulturologiyanın təşəkkülünə ciddi təsiri olan fransız etnoqraf və sosioloqu Klod Levi-Stross, müxtəlif mədəniyyətlərin obyektiv köklərini müəyyənləşdirməyə cəhd göstərmişdir. Onun təklif etdiyi etnoloji təfsirlər dünya mədəniyyət tarixinin yazıyaqədərki dövrünün tarixi rekonstruksiyasına təsir göstərmişdir. Müxtəlif ölkələrin alimlərin mədəniyyətlə bağlı müxtəlif istiqamətlərdə apardıqları tətqiqatları kulturologiyanın sosial-humanitar elmlərlə qarşılıqlı əlaqəsində əksini tapmışdır. Kulturologiyaya ən çox yaxın olan elm antropologiyadır, həmişə Kulturologiya ilə qarşılıqlı əlaqədə olmuşdur. Və bir-birindən bəhrələnmişdilər. Məlumdur ki, insanın təbiətdə və sosial mühitdə mövcudluğunun fundamental problemlərini öyrənən antropologiya bir elm kimi, bir sıra sosial və bioloji elmlər də daxil olmaqla, idrakın kifayət qədər geniş sahəsini əhatə edir. O, insanın bioloji tarixini, onun psixologiya və genetikasını, paleontologiya, arxeologiya, etnoqrafiya, etnologiya, sosiologiya, mifologiya, linqvistika, sosial coğrafiya və demoqrafiya sahələrini əhatə edir. XIX əsrdə antropologiya daxilində, predmet sahəsi insan və mədəniyyətin qarşılıqlı münasibətləri və mədəniyyət yaradıcı, eyni zamanda yaradan insanın genezis problemi olan mədəni antropologiya formalaşır. XX əsrin əvvəllərində həm antropologiyanın inkişaf məntiqi, həm də elmin inkişafı üçün səciyyəvi olan diferensasiya və inteqrasiya prosesləri bütövlükdə insan mədəniyyətini və onun tədqiqat metodlarını, elmi fikri yeni axtarışlara stimullaşdıran bütöv sosial-tarixi sistem kimi anlamağın yeni tələblərini ortaya çıxardı. Alimlər arasında sənayedən əvvəlki mədəniyyətlərin öyrənilməsindən – bu günkü mürəkkəb cəmiyyətlərin, insan və insan mədəniyyətinin sistemli tədqiqinə keçməyin zəruriliyinin dərk edilməsi və bu sahədə müxtəlif yolların axtarışı baş verirdi. Belə ki, İ.Kantın qaldırdığı, insanın mövcudluğu və mahiyyəti barədə problemə cavab olaraq, fəlsəfi antropologiyanın, aksiologiyanın və idrak sosiologiyasının banilərindən biri, alman filosofu Maks Şeler mədəniyyətə, insan varlığı ilə şərtlənən təbiət və fəaliyyətin humanistləşdirilməsi vasitəsi kimi baxmağı təklif edir. 1928-ci ildə, o, insan varlığının müxtəlif sahələrinin konkret elmi tədqiqini onun fəlsəfi idrakı ilə vəhdətdə öyrənilməsini nəzərdə tutan, insan haqqında əsaslı bir elm yaradılması məsələsini irəli sürdü. Alim bu elmə bütün bütün elm sahələrinin. eləcə də antropologiyanın daxil edilməsini təklif edirdi. Lakin zamanın tələbi ilə mədəni antropologiya tərəfindən qoyulmuş bu problemə ən tutarlı cavabı cavabı – amerikanın yenitəkamülçü antropoloqu, F.Boasın tələbəsi Lesli Alvin Uayta vermək müyəssər oldu. Əsas vəzifəsinin yalnız keçmişi öyrənmək deyil, eləcə də, bəşəriyyətin müasir inkişafının aktual problemlərinin araşdırılması, mədəniyyətin sistemli tədqiqi üçün metodoloji və nəzəri bazanın hazırlanması olduğunu qeyd edən alim, yeni elmin yaradılması zərurətini əsaslandırdı. Uaytın 1949-cu ildə çap olunmuş “Mədəniyyət haqqında elm” kitabı mədəniyyət və onun qeyri-məhdud dəyişdirici imkanları haqqında təsəvvürlərin inkişafında inqilabi çevriliş, keyfiyyətcə yeni səviyyə oldu. O, ictimai elmlərin inkişafına, humanitar biliklərin yeni ənənələrinin yaranmasına mühüm töhfə oldu. Antropologiya, psixologiya, sosiologiya, tarix və ekologiyanın nailiyyətlərindən istifadə edib, müəllimi F.Boasın ənənələrini yaradıcı inkişaf etdirən Uayt XX əsrin yeni elmini – ictimai elmlərin inkişafında keyfiyyətcə yeni səviyyə olan – kulturologiyanı yaratdı. Uayt etnologiya, antropologiya, psixologiya və sosiologiya üzrə materialların məntiqi analiz və sintezi əsasında, lokal mədəniyyətlərin komparativ təhlilindən bəşəri mədəniyyətin inkişaf qanunauyğunluqlarının aşkar edilməsinə doğru yol açdı. Amerika aliminin xidməti ondan ibarətdir ki, o, kulturologiyanın predmet sahəsini müəyyənləşdirmiş, mədəniyyət haqqında elm olan “kulturologiya” termininin istifadə edilməsini əsaslandırmış, təkamül prosesini yenidən qiymətləndirmiş, elmi tədavülə mədəniyyətin yeni anlamını gətirmiş və bəşəri mədəniyyətin bütöv sistem kimi tədqiq edilməsinə imkan verən, sistemli yanaşma təklif etmişdir. Kulturologiya bir elm kimi yaranandan sonra onun inkişafının əsas istiqamətlərindən bir məhz onun sosial-humanitar elmlərlə qarşılıqlı əlaqəsi olmuşdur.Çünki, kulturologiyanın yaranması sosial-humanitar elmlər üzrə materialların məntiqi analiz və sintezi əsasında mümkün olmuşdur.Və sosial-humanitar elmlərlə qarşılıqlı əlaqə nəticəsində inkişaf edir. Kulturologiyanı sosial-humanitar elmlərdən ayrı təsəvvürü qeri-mümkündür.

Müəllif:

Graphic Designer

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma