Posted in Kulturologiya

Sivilizasiyaların tarixi. Tarixi mənbələr (2)


Epiqrafik abidələr. Epiqrafik yazılar qaya, daş, qala divarı üzərində həkk olunan yazılarda tarixi siyasi hadisələr, xalqlararası mövcud olan əlaqələrdən, dövlət idarəçilikdən və s. məlumatlar saxlanmışdı.
Sivilizasiyaların tarixini öyrənilməsində Bizans qaynaqları və qədim Alban və digər mənbələr böyük əhəmiyyət kəsb edir.
Beləliklə, köməkçi materiallardan tarixi mənbə kimi istifadə edərək, onların elmi analizi nəticəsində, xalqların mədəniyyətinin yaranması və inkişafına təsiredici faktorları aşkar etmək olar.
Antik yunan və roma tarixi mənbələrdə ilk dəfə olaraq keçmiş dövrlərin sistematik izahına, ilk insan sivilizasiyaları haqqında dolğun materiallara rast gəlinir. Antik dövrün tarixçiləri qiymətli məlumatlar toplamışlar və əldə olunmuş materiallar əsasında sivilizasiyaların yaranma tarixindən və onun inkişafı barəsində əvəzsiz məlumatlar vermişlər.
Qədim tarixi mənbələr sırasında, ilk nöbvbədə yunan tarixçisi Herodotun (b.e.ə.484-425-ci illər) adını qeyd etməliyik. Siseron onu “tarixin atası” adlandırmışdı. Herodot öz “Tarix” əsərində maraqlı məlumatlar vermiş və onların əsas etibarilə yunanlar adlandırdığı barbarlardı. Herodotun “Tarix” əsəri bu günə kimi elmi-tarixi əhəmiyyətini saxlamaqdadır.
Antik dövrün fəlsəfəçiləri böyük diqqət ibtidai mədəniyyət problemlərinə ayırmışlar. Misal üçün ibtidai mədəniyyətin yaranmasının iki konsepsiyası Demokrit və Ərəstünə məxsusdur.
Demokritin (b.e.ə.470-380-ci illər) baxışlarına görə ilk insanların sivilizasiyaların yaranmasının səbəbini ehtiyacda görürdü. Gündəlik tələbat yaşamaq və ölməyib sağ qalması üçün irəliləməyə vadar etmişdi. Təbiət ilə mübarizədə yeni yollar axtarmalı olmuşlar. Demokritin əsas kəlamı: “insanların yaşamaq üçün mübarizəsi onları hər şeyə öyrətmişdi”.
Epikur tarixdən bütün əfsanəvi müdaxiləni rədd edirdi, tarixin təkanverici qüvvəsini insan cəmiyyətində və onu əhatə edən təbiətdə görürdü.
Ərəstunun (b.e.ə.384-322-ci illər) “Siyasət” əsərində cəmiyyət əvvəl olmuş sonra ailə. Ailəyə gəldikdə ilk dəfə olaraq patriarxal olmasını sübut etmişdi.
Romalılardan bizə fəlsəfəi-poetik əsərlər miras qalıb və onlarda ən qabaqcıl fikirlər qədim dövrə aid olmuşdu.
Tit Lukresiy Kar (I əsr. B.e.ə.) öz əsərində bir sıra çətin, eyni zamanda vacib problemlərə cavab tapmışdı.
İnsan cəmiyyətinin yaranması, odu əldə edilməsi, geyim, yaşayış və s. hüquq ruşeymlərinin yaranması, din, əxlaq, dövlət və digər sivilizasiyaların elementləri barələrində Lukresiy öz əsərlərində toxunmuş, kahinlərin bütün təlimlərinə qarşı çıxış etmişdi.
Demokrit, Epikur, Lukresiy insanın yaratdığı mədəniyyətin əsas səbəblərini açıqlamışlar.
Orta əsrlərdə əsas tarixi mənbələr xristian missionerləri, tacirlər, mütəfəkkirlər tərəfindən məlumatlarda qeyd olunmuşdur.
Sivilizasiya tarixinin öyrənilməsində XV əsrin sonralarında çevriliş baş vermişdi. Böyük coğrafi kəşflər dövrü böyük faktiki materiallar toplanmışdı. Səyyahdan sonra dünya sivilizasiyanın tarixini öyrənilməkdə missionerlərin böyük töhfəsi olmuşdu.
Zəngin elmi irsə əsaslanaraq, sivilizasiyanın yaranmasının səbəblərini və sonrakı dövrlərdə onun inkişafını tam şəkildə qurmaq olar.
İbtidai-icma quruluşunun əmələ gəlməsi, onun uzun əsrlər davam etməsi dövründə ilk sivilizasiya rüşeymləri yaranmağa başlanmış, sonrakı tarixi dövrlərdə zənginləşmişdi.
XX əsrin əvvəllərində ilk dəfə olaraq qədim məbədlərin izahı verilmişdi. Assuriyada aparılmış arxeoloji qazıtnılar zamanı qədim şummerlərin mədəniyyəti aşkar olunmuşdu, ən ilkin Fərat və Dəclə vadisində yaşamış xalqın tarixinə nəzər salmaq imkanı yaranmışdı.
Cəmiyyətin yeni inkişaf mərhələsinə keçidi, çoxmüddətli inkişafın nəticəsi əsasında olmuş, tədricən inkişafın nəticəsidir.
İnsan cəmiyyətində bir sıra institutların yaranması, bunlardan ailə, mülkiyyət, dövlət uzun sürən prosesin nəticəsidir, və onun ictimai inkişafın əsasları təşkil edir.
Hər bir mərhələnin araşdırılması nəticəsində ümumi inkişaf dinamikası, onlara əsas təsiredici faktorları aydınlaşdırmaq mümkündür.
Tədqiqatçılar, dünya sivilizasiya tarixində elmi faktiki əsaslar nəticəsində nəzəri ümumiləşdirmələr və nəticələr əldə etmişlər. Dünya sivilizasiyalarının problemlərini tədqiq edərək, fənnin o biri yanaşıq elmlərdən fərqedici meyarını aydınlaşdırmaq tələb olunur (sosiologiya, dilçilik, sənətşünaslıq, folkloristika və s.)
Beləliklə, “Dünya sivilizasiyalarının tarixi” bir elmi fənn olaraq, onun əsas hədəfi faktiki materiallara (maddi və mənəvi xarakterli) mütləq tarixi ardıcıllıqla baxılması, tarixi mənbələrə əsaslanmaq şərti ilə. Fənnin ayrı-ayrı problemlərini araşdıraraq, tək fakta ya hadisəyə əsaslanmayaraq, tələb olunur ümumi xalqların tarixi mədəniyyətinə istinad etmək zəruridir. Dünya sivilizasiyasının hərtərəfli mərhələlərin inkişafı, onları aydınlaşdırmaq yalnız onun bütün tərkib hissələrini cəlb edərək hər bir dövrün inkişaf spesifikasını açıqlamaq olar.
“Dünya sivilizasiya tarixi” tarix elminin tərkib hissəsi olaraq, insan cəmiyyətinin mədəni inkişafıının mərhələlərini öyrənərək, bununla sivilizasiya zənginləşməsinin əsas təsiredici faktorları aydınlaşdırır. Sivilizasiyaların yaranması və sonrakı inkişafı müasir dünya inkişafında əldə olmuş nəticələrin böyük tarixi məna daşıyır, ümumi qanunları aşkar etmək imkanı yaradır. Qlobal inteqrasiya dövründə, təbii ki dünya sivilizasiya anlayışının daha zənginləşməsinə səbəb olmuşdu.
Dünya sivilizasiya problemlərinin tədqiqatı siyasi və iqtisadi reallıqlarla sıx bağlıdır. Marrifçilərin və ensiklopedistlərin baxışları “Dünya sivilizasiya tarixi” elminin zənginləşməsinə böyük töhfəsi olmuşdur. Bütün nəzəriyyələrə istinad edərək, yekdil konsepsiya yaranır, dünyavi tarixin inkişaf prosesi qanunauyğun olmasını sübut edir.
Retrospektiv (keçmişə çevrilmiş) üsul ilə araşdırmalar əsasında müqayisəli – tarixi üsul yaranır və ondan istifadə edərək ictimai-mədəni xalqların həyatını öyrənməyə imkan yaradır.
“Dünya sivilizasiyaların tarixi”nin müstəqil bir elmə çevrilməsi XIX əsrin sonlarında təbiət elmlərinə və təkamül təliminin əldə olunan müsbət nəticələri böyük təsir göstərmişdi. Təkamül teoretik əsaslarından istifadə edərək, alimlər cəmiyyətin tarixini və mədəniyyətin elmi araşdırmalarda müqayisə üsulundan, faktiki materiallara əsaslanaraq elmdə yeni nəzəriyyələr irəli sürmüşdülər.
Arxeoloq Sliman tərəfindən Troya və Miken şəhərlərinin aşkar edilməsi mədəniyyət tarixinin öyrənilməsində misilsiz tövhə olmuşdu. Qədim sivilizasiyalar Orta Asiya və Cənubi Qafqazda aşkar olunmuşdu.
Qədim Misir yazılıarın oxunmasında Sampolyonun böyük əməyi olmuşdu. XX əsrdə çex alimi Qroznı qədim xettlərin yazılarının oxumasına nail olmuşdu.
Qədim sivilizasiyalarının ümumi tarixini, arxeoloji, etnoqrafik və dilçilik materiallara əsaslanaraq fransız alimi Maspero, alman alimi Meyera və rus alimi Turayeva aiddir.

Müəllif:

Graphic Designer

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma