Posted in Kulturologiya

Sivilizasiyaların tarixi. Tarixi mənbələr (3)


Dini inamlar

Dünya sivilizasiyasının öyrənilməsində dini baxışlar böyük rol oynayır. Din xalqların tarixində onun ictimai şüurun, yəni insanların mədəni həyatını əks etdirir, ictimai dəyişikliklər dinin yenisi ilə əvəz olunmasına səbəb olur. Dünya sivilizasiyasının inkişafında din mühüm rol oynamışdı. Din insanların həyatının bütün sahələrinə öz təsirini göstərmişdi və xalqların mədəniyyətində öz əksini tapmışdı. İnsanların dinin mədəniyyətinə təsiri barəsində ilk dəfə Ksenofontun, Anaksaqorun, Demokritin, Lukresiy Karın və s. əsərlərində rast gəlinir. İlk dəfə olaraq onlar din tarixinə nəzər salaraq, dinin xalqların mədəniyyətinə təsiri barəsində öz mülahizələrini vermişlər. Orta əsrlərdə dinin yaranması tarixini Qobbs, Spinoza, Talanq, Prisli tərəfinən öyrənilmişdi. XIX əsrin əvvəllərində tarix elmində yeni dini-mifoloji məktəb yaranmışdı.
Mifoloji məktəbin tərəfdarları ilk dəfə olaraq toplanmış materialları sistematizə etmişlər və elmi araşdırmalarında xalqların mədəniyyətlərində zəngin mənbələrin olmasını sübut etmişlər.
Din bir ideoloji vasitə kimi cəmiyyətin bütün sahələrinə öz təsirini göstərmiş, əsasən müsbət təsirini insanların ictimai həyatına, onların maddi-mədəni mədəniyyətinin formalaşmasına və inkişafına. Sinfi cəmiyyətdə din dövlət idarəçiliyində bir vasitə kimi istifadə olunmuş və həyatın bütün sahələrinə təsirini göstərmişdi.
Sivilizasiya ya da mədəniyyət tarixçilər tərəfindən üç dövrə bölməsini qəbul etmişlər: vəhşilik, barbarlıq və sivilizasiya. Əsas etibarı ilə sivilizasiya termin kimi cəmiyyətin keçdiyi tarixinin üçüncü mərhələsini bildirmək, bu dövrdə əldə olunmuş maddi-mənəvi nailiyyətinin qiymətləndirməsi üçün qəbul edilmişdi. Sivilizasiya maddi və mənəvi cəmiyyətin mərhələsinin və səviyyəsinin bildiricisidir. Sivilizasiya cəmiyyətin inkişaf mərhələsini bildirir və barbarlığın sonrakı dövrün mədəniyyətini qiymətləndirir. Sivilizasiya anlayışı XVIII əsrdə yaranmış və mədəniyyət anlayışı ilə sıx bağlıdır. Fransız maarifçiləri sivill cəmiyyətini dərrakə və ədalət əsaslarında qurulmuş əsalarda görürdülər. Rus publisist və sosioloq N.V.Danilevski öz kitabında “Russiya və Avropa” müəllifin doktrinasının əsasını bioloji quruluşa bənzədir və onun sosioloji-siyasi nəzəriyyəsinin əsas mahiyyəti xüsusiləşmiş, lokal “mədəni-tarixi tiplər” (sivilizasiyalar) və onların arasında olan münasibətlər daimi fasiləsiz mübarizədə olması ideyası əsas yer tutur. Danilevski sivilizasiyanı 4 dərəcəyə bölür: dini, mədəni, siyasi, sosial və iqtisadi. Mədəni-tarixi növlər etnoqrafik vəziyyətdən tədricən inkişaf əsasında dövlət və onun əsasında sivilizasiya yaranmasına və inkişafına səbəb olur. Tarixin keçdiyi yol Danilevski 10 mədəni-tarix mərhələlərinə bölür, onların hər biri o birini sıxışdırıb, yeni mədəniyyətdə tərəqqi addım atılır.
N.V.Danilevski yeni ümumi mədəniyyət tipologiyasının nəzəriyyəsinin müəllifi olmuş, dünya tarixinin olmamasını sübut etmək istəyi olmuş, yalnız sivilizasiyaların tarixi dəlil əsasdır.
Hər bir insan cəmiyyətinin keçdiyi tarixi mərhələni öyrənərək, ilk növbədə keçidə təsir etmiş əsasları aydınlaşdırmalıyıq, bunun əsasında ümumi inkişaf dinamikasının qanunları ilə tanış olmaq imkanı əldə edə bilərik.
Beləliklə, “dünya sivilizasiyası” bir elm kimi, ümumi tarixin bölməsidir (köməkçi fənn kimi) və onun əsas obyekti faktiki materiallar əsasında insan cəmiyyətinin maddi-mənəvi nəticələrini öyrənmək və bu xalqda tarixi ardıcıllıq əsas şərt olmalıdır, elmi araşdırmalarda və tədrisdə faktiki materiallara əsaslanaraq, dünya sivilizasiyasının qanunauyğunluğunu izləmək imkanı yaranır. Hər bir sivilizasiya mərhələsini onun xarakterizə edən cəhətləri, onun bütün komponentləri əsasında aydınlaşdırmaq mümkündür, yalnız bu halda inkişafın spesifikasını təyin etmək olar.
Beləliklə, ali məktəblərdə “Dünya sivilizasiyalarının tarixi” bir fənn olaraq, insan cəmiyyətinin mədəni inkişafının öyrənilməsi məqsədi güdür, onun ilk rüşeymlərini və inkişaf mərhələlərini açıqlamaq, hər mərhələnin özünəməxsus olmasını aydınlaşdırmaq olar. Bugün fənnin əldə olunmuş nəticələrinə əsaslanaraq, müasir inkişaf tendensiyalarını dərk etmək imkanı yaradır.

http://kayzen.az/blog/kulturologiya/7808/sivilizasiyaların-tarixi-tarixi-mənbələr.html

Müəllif:

Graphic Designer

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma