Posted in Kulturologiya

Sivilizasiyaların tarixi. Tarixi mənbələr(1)


Sivilizasiya – ümumi anlayışdır, ictimai-iqtisadi formasiyalar dövrlərində cəmiyyətin əldə etdiyi nəticələrin göstəricisidir, maddi mədəniyyəti bildirmək üçün işlədilir. Sivilizasiya mədəniyyətin sinonimidir. İctimai inkişafın maddi və mənəvi mədəniyyətin səviyyəsi və mərhələsini ümumiləşdirir.
Mədəniyyət bəşəriyyət tarixinin keçdiyi üç dövrün: vəhşilik, barbarlıq, sivilizasiya mərhələsini bildirmək üçün qəbul edilmiş terminidir.
İlk dəfə “sivilizasiya” termini (anlayış) kimi XVIII əsrdə Fransada istifadə olunub və onun məzmunu cəmiyyətin inkişafı mərhələsinin göstəricisi üçün anlayış olmuşdur.
“Mədəniyyət” terminini isə ilk dəfə Şotlandiya fəlsəfəçisi A.Ferkusonişlətmişdir (1767). XIX əsrdə termin mədəniyyətin ümumi göstəricisi kimi istifadə edilib.
Beləliklə, sivilizasiya sözünün əsas məzmunu xalqın həyat fəaliyyətinin bütün sferalarını əhatə edir və onun inkişaf mərhələsini açıqlayır.
Maddi mədəniyyət – ənənəvi xalqın həyat quruluşunu, onun təsərrüfatda əldə etdiyi səviyyənin göstəricisidir.
Mənəvi mədəniyyət – adət-ənənə, incəsənətə, dini baxışlar və s.amillər etnosun (xalqın) özünə xas olmasının əsasını təşkil edir.
Xalqların maddi və mənəvi mədəniyyətlərinin öyrənilməsi üçün əsasən tarixi mənbə kimi arxeoloji və etnoqrafik materiallardan istifadə olunur.
Bəşər tarixinin qanunauyğunluğu tendensiyası nəticəsində, xaqların qarşılıqlı təsir və əlaqələrin dərinləşdirilməsi, onların mədəniyyətlərinin zənginləşməsinə əsas yaratmışdı. Ayrı-ayrı tayfalar arasında mədəni mübadilə nəticəsində (poliolit dövründə) sonralar bu əlaqələrin daha geniş yayılması nəticəsində ilk sivilizasiyaların yaranmasına imkanlar yaradılmışdı. Bizim eradan əvvəl III-I minilliklərdə sivilizasiya Asiya, Avropa və Afrika qitələrini əhatə etmişdi. Xalqlar və dövlətlərarası münasibətlərin yaranması, insan cəmiyyəti tarixində mühüm yer tutur. Xalqlar arasında əlaqələr bütün insan cəmiyyəti tarixində bir neçə formada xarakterizə olunurdu: miqrasiya, ideoloji, mədəni, dini və s. xalqlar arasında münasibətlər və əlaqələrin dərinləşməsi, kapitalizm dövründə, Böyük coğrafi kəşflər nəticəsində ümumdünya əlaqələrin genişlənməsinə səbəb olmuşdu. Epizodik və təsadüf hallardan zərurətə çevrilmişdi. Əlaqələrin yaranması və onların xalqların mədəniyyətinə təsiri könüllü, yaxud məcburi xarakterli olmuşdu, mədəni inkişafda geridə qalmış xalqların mütərəqqi irəliləyişinə müstəmləkəçilik dövründə daha qabarıq təsir göstərmişdi.
Cəmiyyətin tarixi baxımdan öyrənilməsi, digər elmlərdə olduğu kimi tarix elmində qaçılmaz ixtisaslaşdırılma mövcuddur. Tarix elmi bir neçə ayrıca bölmələrdən və sahələrdən, köməkçi fənlərdən ibarətdir. Bunları bir neçə qruplara ayırmaq olar.
Birinci qrupa – bölmələr və tarix elminin sahələri daxildir.
İkinci qrupa – köməkçi (ixtisaslaşdırılmış) tarixi fənlərdi və bu sıraya sivilizasiya tarixi daxildir.
Mədəniyyətin inkişafını elmi şəkildə dərk etmək üçün tarixi mənbələrin forma və məzmunu dialektik vəhdətdə öyrənilməlidir. İbtidai icma dövrünə aid problemlərin öyrənilməsində əksər mənbələr arxeoloji tapıntılardı və onlar maddi mədəniyyət abidələrindən ibarətdir.
Sinfi cəmiyyətlərin tarixinin tədqiqində, əsasən yazılı mənbələrdən istifadə olunur. Tarixi mənbələrin meydana gəlmə formalarına, məzmun və məqsədlərinə görə fərqlənir və şərti olaraq qruplara bölünür: yazılı, maddi-əşyavi, etnoqrafik, şifahi və s.
Arxeoloji abidələr. Arxeoloji qaynaqlar zamanı aşkar edilmiş müxtəlif əmək alətləri, məişət, dini təsəvvürləri ifadə edən materiallardan ibarətdir. Qədim dövrün öyrənilməsində arxeoloji qaynaqlar və onların əsasında ilk sivilizasiyaların yaranmasını retrospektiv analiz etmək imkanı yaranır. Məhz dünya sivilizasiyaların qədim dövrü əsasən arxeoloji materiallar əsasında öyrənilmiş və öyrənilməkdədir.
Etnoqrafik materiallar. Hər bir xalqın maddi və mənəvi mədəniyyətini, ümumi insan cəmiyyətinin sivilizasiyasının tarixinin öyrənilməsi üçün köməkçi tarixi fənnidir. Etnoqrafiya bir elm kimi, insanların mərhələlər şəklində mədəniyyətlərin yaranmasını və inkişafını, həyat məişətini, ənənələrini öyrənir və bunun nəticəsi olaraq ümumi sivilizasiya problemlərinin elmi araşdırılmasındə vasitəçi tarix fənni kimi iştirak edir. Etnoqrafik materiallar əsas etibarilə xalqların müasir həyatlarında rast gələn qədim dövrlərə aid olan mədəniyyətlərinin qalıqları təşkil edir. Tarix elmində arxeologiya və etnoqrafiya müstəqil yer tuturlar.
Qədim yazılı tarixi mənbələr. Arxeoloji və etnoqrafik qaynaqlardan fərqli olaraq, yazılı mənbələr sonrakı tarixi dövrə aiddir. Daha dəqiq, yazı sinfli cəmiyyətinin məhsuludur. Qədim sivilizasiyaların öyrənilməsində yazılı mənbələr əsas yerlərdən biridir, bu tarixi qaynaqlarda xalqların mədəniyyəti, ənənələri, adətləri, tarixi hadisələr, ilk dövlətlərin yaranması barəsində əvəzolunmaz məlumatlar izah olunub və onlar tarixi əhəmiyyət kəsb edir.
Şumer-Akkad, Asur və Urartu mixi yazılarda qədim xalqların məişəti, dini baxışları, ictimai quruluşları salnamələrdə və başqa abidələrdə canlandırılmışdı.
Antik mənbələr. Qədim yunan, Roma tarixçi və coğrafiyaçıları Herodot, Strabon, Ptolomey, Plini və başqalarının əsərlərində bir çox xalqların məşğuliyyəti, dini baxışları, ictimai quruluşu barədə məlumatlar verilir.
Ərəb mənbələri. Ərəb müəllifləri VII əsrdən etibarən işğal etdiyi ərazilərdə yaşayan xalqların dini baxışları, mədəniyyətlərindən, siyasi hadisələrdən və s. barədə məlumat vermişlər.

Müəllif:

Graphic Designer

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma