Posted in Koloristika

Rənglərin insan psixologiyasına təsiri


Bu gün biz, rənglərin insan psixologiyasına necə təsir göstərdiyini və həyatımızda hansı rola malik olduğunu öyrənəcəyik. Bu mövzu daim psixoloqların diqqət mərkəzindədir. Bu sahənin biliciləri rəngləri iki qrupa bölürlər: xromatik ( boyalı) və axromatik (neytral, boyasız). Xromatik rənglərə bənövşəyi rəngdən qırmızı rəngə qədər spektrin bütün rəngləri və onların çalarları daxildir. Axromatik rənglərə isə ağ, qara, boz rənglər aiddir. Ən nəhayət görmə analizatorlarının köməyi ilə insan 180-dək rəng tonunu və onların 10000-dən artıq rəng çalarlarını fərqləndirməyə qabildir. Həmçinin qeyd etmək lazımdır ki, rəng tonu rəng doyumluğu ilə mütənasibdir. Belə ki, rəng tonu nə qədər güclüdürsə, o rəngin doyumluğu bir o qədər yüksəkdir. İndi isə rəng faktoru ilə bağlı psixoloqların rəyləri ilə tanış olaq. Elmi araşdırmalar sübut edir ki, rənglər nəinki insan psixologiyasında, eləcə də fizioloji cəhətdən təsirsiz ötüşmür. Aparılmış eksperimentlər göstərir ki, müəyyən müddət ərzində təmiz qırmızı rəngə baxan insanın qan təzyiqi yüksəlir, tənəffüs və ürək döyüntülərinin tezliyi artır. Beləliklə, sinir sisteminə, xüsusilə, simpatik sinir sisteminə təsirinə görə qırmızı rəng “ oynadıcı” fəaliyyəti artıran xarakter daşıyır. Bununla yanaşı təmiz göy rəngə baxan insanda əvvəlkindən fərqli hal müşahidə olunur: onun qan təzyiqi aşağı düşür, ürək döyüntüsü və tənəffüsü ləngiyir. Məhz buna görə də göy rəng öz təsirinə görə “ sakitləşdirici” xarakter daşıyır. Psixoloji tədqiqatlar başqa rənglərin də insan psixologiyasına və fiziologiyasına təsirinin xarakteristikasının aşkara çıxarmağa imkan verib. Alimlər hansı rəngə üstünlük verməsindən və həmin rənglərin xarakteristikasından istifadə edərək insanların sağlamlığı barədə diaqnostik fikirlər irəli sürüblər. Bu baxımdan professor Lüşerin tətbiq etdiyi “sürətli test” və “qısa test”lərin rolunu xüsusilə qeyd etmək lazımdır. Təkcə bunu qeyd etmək kifayətdir ki, Avropada həkimlər həmin testlərdən yardımçı diaqnostik vasitə kimi geniş istifadə edirlər. Qırmızı, narıncı, sarı rənglər fəallığı az olan, laqeyd adamlara çox enerji verir. Mavi, bənövşəyi isə fəal adamların rəngidir. İsti rənglər ( qırmızı, narıncı, və sarı) fəallığı az olan, laqeyd adamlara çox enerji verir. Mavi, tünd sürməyi, bənövşəyi isə fəal adamların rəngidir. Gündəlik həyatımız üçün rənglərin təsiri barədə bəzi şeyləri bilmək xeyirlidir. Əsəb sistemi üçün ən əlverişli açıq, yumşaq, mavi, gümüşü, boz rənglərdir. Qızılı sarı, yaşılı mavi, gümüşü boz rənglər rahatlıq və harmoniya hissiyyatı yaradır. Parlaq rənglər fəallığı artırır, qırmızı bənövşəyi, əsəb sistemini qıcıqlandırır, görməni zəiflədir. İş, nahar, və istirahət otaqlarını müxtəlif rənglərlə ayırmaq məsləhətdir. İş otağı üçün boğuq rəngli üzlük və ya pərdə seçmək daha münasibdir. Arıqlama fikrinə düşsəniz pəhrizə və digər müalicəyə ehtiyac yoxdur. Bunun üçün mətbəxi sadəcə olaraq mavi rənglə boyamaq kifayətdir. Söhbət otağın müxtəlif rəngli üzlüklərlə bəzəmək məsləhət deyil. Bu, gözləri sonra isə bütün bədəni yoracaq, pis əhval-ruhiyyə yaradacaqdır. Belə halın baş verməməsi üçün həmin otağı mavi və yaxud gümüşü yaşıl rənglə rəngləmək və ya üzlük çəkmək münasibdir. Rənglərin daha bir xüsusiyyətini bilmək xeyirlidir. Bu sizə çox şeyi aydınlaşdırmaqda kömək edər. Məsələn: səma rənginə biganə adam hər şeyə qadir olmaq təəssüratı yaratmaq istəyir. Həqiqətdə isə o inamsızlıq nümunəsidir. Göy rəng təmizliyi, xeyirxahlığı, nisbətən qəmgin təbiəti, sevməyə ehtiyacı, inamlılıq hissini cəmləşdirən adamın rəngidir. Boz rəngi quru təbiətli, inamsız ağır düşüncəli adamlar üstün tuturlar. Qırmızı rəngi ehtiraslı, cürətli, iradəli, ünsiyyətli, tez coşan lakin xeyirxah adamların rəngidir. Narıncı rəng intuisiyaya güclü meylli, xəyalpərəst adamları fərqləndirir. Qəhvəyi rəng möhkəm dayanan, ailəsini sevən adət və ənənələrə hörmətlə yanaşan adamlar üçün xarakterikdir. Bu rəng xudpəsəndlərdə ikrah hissi doğurur. Sarı rəngi təmkinli, sakit təbiətli intellektual adamlar sevirlər. Belə adamlar şəraitə asanlıqla uyğunlaşır, diqqəti özünə cəlb etməyi bacarır. Çəhrayı rəng həyat rəmzidir. Sevgi və xeyirxahlığı, hər şeyə sevinmək bacarığını təsdiq edir. Rəng terapiyasına uyğun olaraq tibb mütəxəssisləri müalicəvi təsirə malik olan eynəklər yaratmışlar. Onlardan istifadə etmək tamamilə fərdi xarakter daşıyır. Çünki müxtəlif rəngli şüşələrin gözün qlafanına və onun vasitəsilə beyin yarım kürəsinə təsiri olduqca fərdidir. Məsələn: tonusu, əhval-ruhiyyəni qaldırmaq ötrü bəziləri çəhrayı eynəkdən istifadə etməlidir. Rənglərin “ dilini” bilmək necə deyərlər, onlarla danışmağı bacarmaq səhhətinizə və gündəlik həyat tərzimizə yüngüllük gətirir, bizə rahatlıq bəxş edir.

Müəllif:

Graphic Designer

One thought on “Rənglərin insan psixologiyasına təsiri

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma