Posted in Koloristika

Rənglərin Xarakteristikası


Yaşıl

Sakitləşdirici, təravətli, incə, canlı, dolğun rəngdir. O sülhü, sakitliyi, sevgini bildirir. Venera planetinin rəngidir. Yaşılı Meksika, Avstraliya, İrlandiya və Misirdə daha çox sevirlər. Çində bu rəng gözəl həyatı və cavanlığı tərənnüm edir.Yaşıl bölüşməyin, əməkdaşlığın, cömərtliyin rəngidir. Ümidverici təsirə malikdir. Diqqəti açıq saxlayır, özünü ifadə etməyə kömək edir. Məkanları daha geniş göstərməyə yardım edir. Açıq tonlarından istifadə etmək daha çox məsləhət görülür.

Yüngül, soyuq rəngdir. Sakitləşdirici təsirə malikdir. Bütün tünd rənglərlə əla görünür. Ayı tərənnüm edir. Avropa ölkələrinin əhalisi üçün ağ rəng cavanlığı, təmizliyi, nöqsansızlığı, bir sıra Şərq ölkələri, o cümlədən Yaponiyada və Çində matəmi və təhlükəni bildirir. İnsanın enerji sistemini tarazlaşdırır. Yaradıcılıq hisslərini büruzə verir.

Boz

Neytral, qəmgin rəngdir. Ruh düşkünlüyü yaradır.

Narıncı

İsti, yüngül, seksual rəngdir. Bu rəng insan əhval ruhiyyəsini qaldırır. Həzz, bayram və alicənablığı simvolizə edir. Bu rəngi holandiyalılar sevirlər. Narıncı Merkurini tərənnüm edir.Narıncı rəng həyəcanladıran rəngdir. Canlı rəng olan narıncı mətbəx, uşaq və yemək otağı, dəhlizlərdə istifadə edilə bilər. Bu rəngdən istifadə məkanlara şənlik, sevinc gətirir.

Bənövşəyi

Bənövşəyi rəngin dünyaya hakim kəsilməsi Oxford küçələrini işıqlandıran gaz lampalarının City of London School da oxuyan bir şagirdin diqqətini çəkməsi ilə başlamışdı. Kimya dərslərinə böyük həvəs göstərən 13 yaşlı William Perk bu lampalara sərf edilən qazın kömürdən əldə edildiyini bilirdi. Buna görə kömürün daha hansı bilinməyən sirlərinin olması onu çox maraqlandırırdı. 1851-ci ildə apardığı təcrübələr nəticəsində o, daş kömür qətranından “anilin” maddəsini əldə etmiş, onu oksidləşdirmiş, nəticədə bənövşə rəngində bir boya maddəsi ortaya çıxarmışdı. Perk bənövşəyi və onun çalarları olan rəngləri bir qrupda birləşdirərək, qrupu “movein” adlandırmışdır.Wassily Kandinsky’ye görə, bu rəng xəstəlik və üzüntünün göstəricisidir. Rənglər haqqında yazıları olan Johann Wolfgang von Goethe, bu rəngi yaşlılıqla əlaqələndirmişdi. 1989-cu ildə, 14-83 yaşlı insanlar arasında aparılan sorğu nəticəsində bənövşəyi rəng sevilməyən rənglər sırasında 3-cü yeri tutmuşdu. Çılğın kişi rəngi qırmızı ilə sakit qadın rəngi mavinin birləşməsi olan bu rəng orta dövrlərdə “zidliklərin birləşmə nöqtəsi” adlandırılırdı. Ametist, eritrit, kvars, kalkedon, fluorit, tansanit kimi qiymətli və yarı qiymətli daşlar bənövşəyi rəngi özündə əks etdirir.Özünə güvəni təmsil edir. Amma unutqanlıq və səbirsizlik yarada bilir. Bənövşəyi rəng molekulu: boz karbon atomları və azot (mavi) və hidrogen (yaşıl) atomlarından ibarətdir.

Qırmızı

O, ehtiras, sevgi, alov, müharibə və hakimiyyəti təmsil edir. Bu rəng, Mars planetinindir. Meksika, Norveç, İrlandiya və İraq sakinləri bu rəngi daha çox sevirlər. Çinlilərdə qırmızı uğur, xoşbəxtlik və xeyyriyəçiliyi tərənnüm edir.Qırmızı rəng fiziki güc, hərəkətliliyin rəmzidir. Qırmızı çalışma şövqünü artırır. Tənbəlliyə qarşı rəng olsa da, bəzən əsəbiliyə səbəb ola bilər. Tünd çalarları insanda yorğun əhval ruhiyyə yaradır. Sarı İsti, yüngül, şən rəngdir. O, xoş hisslər yaradır və hərəkətin, sevincin simvoludur. Bu rəng uzun müddət yadda qalır. Lakin başqa rənglərlə qarışdırıldıqda əks emosiyalar yarada bilər. Məsələn, yaşıla çalan sarı yalanı, paxıllığı simvolizə edir. Braziliyada bu rəng ümidsizliyin, bənövşəyi rəng ilə qarışdıqda xəstəliyin, Suriya müsəlmanları üçün isə ölüm rəngidir. Çində isə əksinə, bu rəng imperiyanın simvolu olduğu üçün çox populyardır.

Sarı

Günəşin rəmzidir.Parlaq sarı ilhamverici xüsusiyyətə malik olsa da, iş otaqlarında istifadəsi məsləhət deyil. Çünki zehni qarışdıra bilər. İstirahət üçün nəzərdə tutulan məkanlarda da istifadə edilməməsi daha yaxşıdır.

Müəllif:

Graphic Designer

One thought on “Rənglərin Xarakteristikası

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma