Posted in Dizayn Tarixi

Impressionizm


Bu cərəyan Fransada XIX əsrin 60 – 80 – ci illərində yaranmışdır. “İmpression” fransızca “təəssürat” deməkdir. İmpressionizmi Klod Mone, Ogüst Rönuar, Edqar Deqa, Kamill Pisaro, Alfred Sisley və Berta Morizo kimi böyük sənətkarlar təmsil edirlər.
Klod Mone əsərlərinin birində “Günəşin doğmasın” təəssürat adlandırmışdır. Jürnalist Lörua bir qrup rəssamın əsərlərini lağa qoymaq üçün (səbəbi o idi ki, bu rəssamların tabloları onun bədii zövqünü oxşamırdı) onlara, yəni Mone və onun dostlarına nifrətlə “ impressionistlər ”, üslublarına isə “impressionism ” damğası vurur və nifrətlə qoyulmuş bu ad əbədi olaraq onların üstündə qalır. Halbuki Mone, Rönüar və Deqa kimi bənzərsiz ustaları bu “izm” heçdə tam əhatə etmir. İmpressionistlərin fəaliyyətini bəzi ümumi cəhətlərə görə, xüsusilə bu sənətkarların akademik sənətə qarşı birləşdiyi dövrü nəzərə alanda, əsasən 1863 – 1883 – cü illərə aid etmək olar.
1863 – cü ildə E.Mane “ Çəmənlikdə səhər yeməyi ” əsərini rəsmi sərgi salonuna təqdim edir. Pisarro, Mone, Rönüar, və Sisley də əsərlərini bu sərgidə nümayiş etdirirdilər. İmpressionizmin başlanğıcıda elə həmin ildən götürülür. 1870 – ci illər isə impressionizmin çiçəkləndiyi dövr hesab olunur.
Bəzən ilk təəssüratdan çıxış edərək, onları əsərdə rəng və müxtəlif effektlərə uyub sənətin əsas məzmununu, ictimai əhəmiyyətini nəzərə almamaqda günahlandırırdılar. Həqiqətən də impressionistlər böyük tematik tablolardan imtina edib əsasən mənzərə, portret və natürmort janrında çalışırdılar. İş hətta o yerə gəlib çatmışdır ki,onları məzmunsuzluqda təqsirləndirirdilər.
Tənqidçilərin fikrincə, impressionistlər hadisələrin əsl mahiyyətinə varmırlar,onun mənasını deyil, yalnız oyatdığı ilk təəssüratı verirlər. Bəli, impressionist rəssamlar həyatın oyatdığı anı təəssüratı əks etdirməyi qarşılarına məqsəd qoyurdular və bud a çox çətin və yaradıcılıq məsələsi idi. Çünki təbiətdə sabit, dəyişməz heçnə yoxdur.

Müəllif:

Graphic Designer

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma