Posted in Kulturologiya

İlk sivilizasiyaların meydana gəlməsi və formalaşması


İlk sivilizasiyaların meydana gəlməsi və formalaşması
1.İlk sivilizasiyalarının meydana gəlməsi və formalaşması
2.İbtidai-icma quruluşu dövrünün mədəniyyət abidələri
3.İlk sinfi cəmiyyətinin mədəniyyəti və onun xüsusiyyətləri
4.Dəclə və Fərat çaylarının hövzələri arasında yaranmış Şərqin qədim mədəniyyəti

İlk sivilizasiyaların (mədəniyyətin) yaranmasının rüşeymləri ibtidai-icma quruluşu dövrünə aiddir. Birgə əmək fəaliyyəti, ümumi məskən, ümumi od – bütün bunlar təbii onların birləşməsinə əsas olmuşdu. Sosial əlaqələrin möhkəmlənməsi, təbiət ilə mübarizədə insanların birləşməsi zəruriəti yararmışdı. Qədim insan bu dördə özünün və uşaqlarının maraqları barəsində düşünürdü, hətta bütün icmanın istəyini nəzərə alırdı. Çox güman, məhz bu dövrdə (daş dövrü) ictimai həyatın yeni mərhələsinə keçid başlanmışdı. İlk qədim qəbilə ictimai həyat formasına keçid başlanmışdı, madərşahlıq qəbilə icma quruluşu, yəni, qohumluq əlaqələrinin yaranması, monoqam (təknigahlıq) ailə yaranmasına başlanmışdı. İbtiadi insan şüurunun inkişafı bilavasitə onun əmək fəaliyyəti ilə bağlı olmuş, onun gündəlik əmək praktikasına çevrilərək onu əhatə edən təbiəti düzgün dərk etmək imkanı yaratmışdı.
Mustyer dövrünə aid olan qədim qəbirlərdə aşkar olunmuş faktiki materiallar sübut edir i, bu dövrdə ibtidai insanlarda dini inamların rüşeymlərinin yaranması başlanmışdı. Arxeoloji materiallar əsasında güman etmək olar ki, bu dövrdə ilk “ruh” və“axirət dünyası” inamları yaranmış, sonralar bütün dünyavi dinlərin əsasını təşkil etmişdi. Qeyd etməliyik ki, mustyer dövründən əvvəl insanları dəfn etmək izləri aşkar olunmamışdı. İlk dəfn izləri 500-600 min il insanın yaranmasından sonra adət formasını almışdı. Mustyer dövrü qanunauyğun keçid mərhələsi olmuş, yeni mərhələyə əsaslar yaratmışdı, yəni ibtidai madərşahlıq icma quruluşuna.
Müasir insan tipinin yaranması müddətində, müasir irglərin formalaşmasına başlanmışdı. İnsanların üç böyük irqi ayrılıqları mövcuddur: zəngi, avropalı və monqoloidli.
Yuxarı paleolit dövründə insanların həyat tərzi mürəkkəbləşdirmə nəticəsində ibtidai icma quruluşu inkişaf edir. Bu dövrdə bütün həyatın sahələrinə öz təsirini göstərmiş dəyişikliklər mədəniyyətdə öz əksini tapmışdı. Qədim insanların mədəniyyəti də özünəməxsusluğu ilə seçilməyə başlayır.
Paleolitiik incəsənəti — ilk bu dövrə aid incəsənət nümunələri XIX əsrin 40-cı illərində Fransada (maqaralarda) aşkar olunmuşdu, 1875-ci ildə İspaniyada maqaralarda təsvirlərə rast gəlmişlər. İbtidai təsviri incəsənət min illər boyu hazırlıq yolu keçmiş, həyat tərzinin və əməyin inkişafının nəticəsi olmuşdu. İlk incəsənət rüşeymləri mustyer dövrünə aid olmuşdu, sonralar cəmiyyətin yeni mərhələyə keçidi insan yaradıcılıq sənətində daha yüksək mərhələyə qalxmaq imkanı əldə etmişdi. İbtidai təsviri incəsənətə onun tarixində, əsas istiqamət real məlumatı təsvir etməkdir. Paleolit dövrünün təsiri sənət nümunələri ibtidai mərhələdə qalmaqda idi.
İlk dini inamların yaranması. Yuxarı poleolit dövründə (50-40 min il əvvəl) ibtidai dini inamların yaranmasına başlanmışdı.
İlk dini inamlarının yaranmasına əsas səbəb insanların təbiyətin çətinlikləri ilə rast gəlmələri ilə, onlarla mübarizəsi nəticəsində yaranmışdı.
Neolit Avropanın cənub və qərbində. Avropada daş əmək alətlərinin cilalandırmaq texnikasının əmələ gəlməsi, dulusçuluğun yaranma tarixi eramızdan əvvəl VI minilliyə aiddir. Krit adasında aparılan arxeoloji qazıntılar zamanı çox sayda daş alətləri aşkar olunmuşdu və burada yerləşən qədim dövr insanların məşğuliyyətindən xəbər verir. Mezolit dövrünün sonralarında ilk maldarlıq və əkinçiliyə keçid, mümbid ərazilərdə Mesopotamiya, Nil vadisində, İran və cənubi Orta Asiyada yaşayan tayfalar olmuşlar. Qeyd olunan ərazilərdə VI-V minilliklərdə yeni təsərrüfat və mədəniyyət yaranmışdı. Bu ərazilərdə sonralar qədim dünya sivilizasiyaları yaranmış və IV-III minilliklərdə daş dövrü sona çatmışdı.

Nil vadisində ilk əkinçilər. VI-V minilliklərdə Nil vadisində qədim insanlar məskunlaşmağa başlamışlar və onlar əkinçilik ilə məşğul olmuşlar və əldə olunan nəticələr əsasında sonralar Qədim Misir sivilizasiyası yaranmışdı. İlk əkinçilik ilə məşğul olan adamlar badariylər mədəniyyətinə aid olan tayfalar olmuşlar. Badayrilər bir sıra sənətkarlıqda yüksək nəticələr əldə etmişlər: çaxmaq daşından istifadə etmək, ağac və sümüyün məişətdə istifadəsi, geyim hazırlamaq, bəzək və ev əşyalarını tələbatını ödəmək, toxuculuq və s. peşələrə nail olmuşlar. Dulusçuluğün böyük inkişafı badariylər tərəfindən əldə olunmuşdu. Badariylər gündəlik əşyalarını ornamentlər ilə bəzəyirdilər. Əvvəllər olduğu kimi heyvanat ayinləri geniş yayılmışdı, lakin yeni formada və yeni məzmun ilə. Vəhşi heyvanlar ayinlərinin totem xarakterli olması ilə yanaşı, ev heyvanlarına ehtiram yaranmağa başlanmışdı, ilk növbədə inək, qoyun və keçi. Badariylər mərhumu məzarda qıc edilmiş vəziyyətdə dəfn edirdilər. Mərhum sol böyrü üstə və başı şərqə tərəf dəfn olunurdu. Mərhumla birlikdə “axirət dünyasında” ona gərək olan əşyaları və ərzaq qoyulurdu.
Bədariylərlə bərabər qonşuluqda yerləşən Nil çayının üst axınığında V-VI min-də bir neçə tayfalar məskunlaşmışlar. Onların mədəniyyəti bədariylərlə uyğunluq təşkil edirdi. Beləlikə, neolit dövründə, metall mədəniyyəti ilə tanış olmayan insanlar, Nil vadisində və onunla qonşuluqda olan sahələrdə ilk əkinçilik və maldarlıq mədəniyyəti yaranmışdı. Yeni mədəniyyətin yaranması, onun ən yüksək inkişafı Bədariylər tərəfindən əldə olunmuşdu. Onların həyat tərzi və mədəniyyəti sonralar Qədim Misir yüksəlişinə və ən nəhəng sivilizasiya mərkəzinə çevrilməsinin əsasını qoymuşdu.
Maddi mədəniyyətin zənginləşməsi və onun genişlənməsi, mübadilənin artmasına və möhkəmlənməsinə səbəb olmuşdu.
İctimai əlaqələrdə təcrid olunmuş tayfa qəbilə çərçivəsindən çıxaraq, ilk ərazi tayfa birliyinə imkan yaratmışdı.

Yeni mədəniyyət rüşeymləri ayrı ərazilərdə – İran və Orta Asiyada müşahidə olunur. VI-V əsrlərdə Xəzəryanı tayfalarda əsaslı dəyişikliklər baş verir. Neoletik dövr başlanır. Burada məskunlaşmış insanlar ovçuluqla bərabər ilkin maldarlıqla və əkinçiliklə məşğul olmağa başlamışlar. Yeni əkinçilik həyatının qədim izləri Dəclə çayının yuxarı axınında aşkar olunmuşdu, yaxın qonşuluqda olan ərazilərdə Misir ilə birlikdə yaranmış ikinci sivilizasiya, ilk dəfə olaraq şəhərlər salınmış və dövlətlər yaradılmışdı. Əkinçilik mədəniyyəti yeni yaşayış xarakterinin yaradılmasına səbəb olmuşdu. Bu dövrdə müvəqqəti yaşayış məskənlərini kəndlər əvəz etmişdi və orada bir qəbilə icması yaşayırdı. Həyatda baş vermiş dəyişikliklər öz qanunauyğun əksini dini baxışlarda tapmışdı. Dini baxışların mərkəzində torpaq məhsuldarlıq ayini dururdu.

Min illər boyu qədim ibtidai icma quruluşu ilk insan cəmiyyətinin forması olmuşdu. Bu dövrdə insan tərəqqiyə doğru irəlləmiş, böyük nailiyyətlər, maddi və mənəvi mədəniyyətində əldə etmiş, bütün yer kürəsinin əksər hissələrində məskunlaşmışdı. Madərşahlıq dövründə ibtidai-icma quruluşunun inkişafı nəticəsində ictimai əlaqələrin artması, ilk növbədə qəbilə və tayfa üzvlərinin birliyində özünü göstərirdi. Bütün insanlar bu dövrdə eyni hüquqa malik idilər, cəmiyyətdə sinfi təbəqələşmə yaranmamışdı. Bizim eradan əvvəl IV minillikdə məhsuldar qüvvələrin artımı nəticəsində böyük təsirə malik dəyişikliklər baş vermişdi. İnsanların maddi mədəniyyətində əsas yenilik metaldan istifadə edilməsi başlanmışdı. Bununla bərabər, ictimai quruluşda köklü yeniliklər başlanmışdı. Bu dövrdə ilk sinflik cəmiyyət yaradılmışdı və bunlar Nil çayının vadisində onunla birlikdə iki çay Fərat və Dəclə sahilləri. Təxminən eyni vaxtda ayrı-ayrı yerlərdə: Asiya, Şimali-Şərqi Afrikada və Avropada insanlara metal (qızıl, miss, gümüş, qurğuşun, qalay) məlum olmuşdu. İnsanların həyat təsərrüfatında misin əsas metal kimi istifadəsinə başlmanmışdı, sonralar misin qalay ilə birləşdirilməsi nəticəsində muçdan istifadə olunmuşdu. Metal dövrünün başlanması b.e.ə.IV minillikləri sayılır. IV-III min-ri eneolit adlandırılır, yəni misdaş əsrləri. Bu dövrdə sənətkarlıq inkişaf etmişdi – toxuculuq, metaləritmə, dulusçuluq. İcma üzvlərinin sıralarından sənətkarlar yaranmağa başlanır və bunun nəticəsi olaraq sənətkarlar yaranmağa başlanır və bunun nəticəsi olaraq sənətkarlıq əkinçilikdən ayrılmış, ayrıca sənət növünə çevrilmişdi. Yaranmış yeniliklər mübadilənin genişlənməsinə əsaslar yaratmışdı. Tayfa üzvlərinin ictimai fəallığı qeyd olunan dövrdə bədii yaradıcılıqda öz əksini tapmışdı. Qədim Şərqin etnik abidələri məhz bu dövrə aiddir. Bədii yaradıcılıqda dulusçuluq əsas yer tuturdu.

Müəllif:

Graphic Designer

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma