Posted in Kulturologiya

Elita və kütlə mədəniyyəti


«Dünyada   heç   vaxt  əsil   bərabərlik   olmayacaq.  İnsanların   bir   qismi   rəhbərlik   etmək   üçün,   çoxluq   təşkil edən   digər   qismi   isə tabeçilik   altında   yaşamağa   təhkim   olmuşdur.   Bu   isə elita   və passiv   kütlənin   olmasını zəruriləşdirən    ən   mühüm     şərtlərdir»    –  bu   kiçik  ifadə müasir     ideologiyanın   mədəniyyətin   müəyyən   hissəsihaqqında irəli sürdüyü nəzəriyyənin xülasəsidir.

«Elita»,     «kütləvi   cəmiyyət»      –  bu   anlayışlar   müasir     sosioloqların,    mədəniyyətşünasların       əsərlərində təcəssüm      tapan   mövzulardır.      «Elitizm»    və  «kütləvi     cəmiyyət»     mövzularına      toxunaraq     bu   nəzəriyyəçilər bəşəriyyətin      tarixi,  strukturu   və  müasir     cəmiyyətin     sosial  dinamikasını      aydınlaşdırmağa      cəhd    göstərirlər. Amerikalı      sosioloq    U.Kornhauzer       təsdiq    edir  ki,  bu   anlayışlar    müasir    mədəniyyətşünaslıq        və  sosioloji ədəbiyyatlarda əsas hadisələrdən birinə çevrilmişdir.

Elitistlər   («elita»   sözü   mənşəcə fransız   «elite»   sözüdür,   mənası   «ən   yaxşı,   seçilmiş»   deməkdir.   Elitist   – elitizm nəzəriyyəçisidir) təsdiq edirlər ki, hələ lap qədimlərdən insanlıq iki təbəqəyə – hökmranlıq edən qrup və kütləyə –     bölünürdü.     Bu   nəzəriyyəyə görə elitanın       əlində xüsusi     qabiliyyət    və idarəetməyə xas       olan   siyasi hakimiyyət   gəlməlidir.   Xalq   kütlələrini   isə elitistlər   elitanın   hər   bir  əmrini   gözüyumulu  şəkildə həyata   keçirən kütlə kimi qiymətləndirirlər. Sözsüz ki, bu nəzəriyyələr istismarçı siniflərin özünəməxsus ideologiyasının ənənəvi baxışlarının nöqteyi-nəzərləridir.

Əsrlər   boyu   elitizm   «kütləvi   cəmiyyət»   haqqındakı   təlim   və nəzəriyyələr,   burjua   ideologiyası,   kapitalist istismarının məhsulları, nəticələri kimi qiymətləndirilir vəşərh olunurdu. Bu barədə yüzlərləəsərlər, elmi-tədqiqat işləri araşdırılaraq təhlil edilib. Bu təhlillər sovet quruculuğu illərində SSRİ-də, habelə sosializm quruluşunu seçən kommunist ideologiyalı ölkələrdə, həmçinin Azərbaycanda, «bizim cəmiyyətə» yad bir təlim kimi çatdırılıb. Güya kommunizm quruluşunda belə nəzəriyyələr qeyri-mümkündür.  Əslində bu   problemlərin   kökünü   tarixin   inkişafında   bu   təlim   və nəzəriyyələrin   təşəkkülündə axtarmaq lazımdır. Elitizm nəzəriyyələrinin yeni təlimlərinə tarixdə xalq kütlələri vəşəxsiyyətin roluna idealist baxışın sadəcə  olaraq       köhnə  təkrarı     kimi   yanaşmaq      düzgün     olmazdı.     Bu   təlimlərin    müəllifləri   müasir    ictimai münasibətlərin daha elmi təhlillərini verməyə çalışaraq ən yeni arqumentlər axtarır və qəti şəkildə inandırmağa çalışırlar   ki,  yalnız    elitizm   və  «kütləvi    mədəniyyət»  probleminin düzgün mövqeyini  öyrəndikdən  sonra zəmanəmizə xas olan dinamik hadisələrin, sülh və müharibələrin səbəblərini tapmaq olar.

Elita və «kütləvi cəmiyyət» nəzəriyyələri geniş vüsət tapmış digər kulturoloji və sosioloji nəzəriyyələrlə sıx   bağlıdır.   Bunlar    inhisarçı    imperializmin     mahiyyətini     şərh    edən   sosial   stratifikasiya,   sosial   mobillik, «kapitalizmin transformasiyası» haqqındakı təlimlərdir. Tərəqqipərvər Amerika sosioloqu Barkli yazır ki, elitizmin genealogiyası Platondan Nitsşeyə, daha sonra Hitlerə ötürülmüşdür. Bu ifadədə müəyyən həqiqət mövcuddur.

Hələ marksizm təşəkkül tapmamışdan çox-çox  əvəllər yüz illər  ərzində belə bir təsəvvür hakim  mövqe tuturdu   ki,   tarixi   prosesi   irəliyə aparan,   onu   inkişaf   etdirən   istismarçı   təbəqədən   çıxmış ayrı-ayrı   görkəmli şəxsiyyətlər olub və xalq kütlələri heç bir tarixi yaradıcılığa malik deyil.Bu   nəzəriyyələrin   ilk   qığılcımlarına   quldarlıq   aristokratiyasının   ideoloqlarının   fikirlərində rast   gəlirik.

Onların   nəsihətlərinin   mahiyyətini   bu   fikir   təşkil   edir   ki,   tarixi   Allahın   seçdiyi   kəslər   –   zabitlər,   kahinlər, filosoflar yaradır; onlara səcdə edən və tabe olanlar isə qullardır. Sokrat öyrədirdi ki, cəmiyyəti əsil biliklərə yiyələnən, azlıq təşkil edən «ən yaxşı insanlar» idarə edir. Platon    isə  belə  hesab     edirdi   ki,  dövləti   aristokratlar   idarə  edərək     demosu     (xalqı)   öz  hakimiyyətində saxlamalıdır. Bu, dövlət idarəçiliyində demosun iştirakını qəti rədd edir, onu müdrikliyə yad olan, həqiqətdən kənar baxışlara xas olan kütlə kimi qiymətləndirir.

Platonun «İdeal dövlət»ində sənətkarlar, əkinçilər və digərlər xeyirxah məşğuliyyətlərdən kənarlaşdırılır. Eyni prinsiplə Palton özünün «ruh» haqqında təlimində də çıxış edir. Platonun təliminə görə ruhun  ən zəkalı hissəsi  filosoflarda    –  idarəedən    hakiməlrdə,      affektiv   hissəsi   isə  –   qulluqçu   əsgərlərin     qəhrəmanlıqlarında, intizamı qoruyanlarda cəmlənir. Çalışan kütlələrdə isə ruhun həsrət, tamah, həvəs hissəsi təzahür edir. Qullardan yalnız qoyulmuş qanunlara ciddi riayət etmək, əməksevərlik və tabe olmaq tələb olunur.Platon demokratiyanın ən   böyük   nöqsanını   demokratik   cəmiyyətdə «kim   nə istəyir   onu   edir»   prinsipini   və çoxluq   təşkil   edən   «işçi adamların birləşərək demokratiyanın möhkəm tərəfinin təşkili»ndə görürdü.

Orta  əsrlərdə feodalizmin   ideoloqları  belə bir   təlim   irəli   sürürdülər   ki,   kütlə sözsüz   olaraq   hakimlərə tabe olmalı;  bu  ideoloqlar  dünyanı,   cəmiyyəti  iyerarxiya  pilləkəni  kimi   təsəvvür   etməyə çalışırdılar.   Hakim  sinif  kimi

burjuaziyaya xalq kütlələrini təqib etməkdə haqq qazandıran və sivilizasiyanın əldə etdiyi inkişafı da bu hakim sinfə aid edən ideoloqlar üstünlük təşkil edirdilər.

Nitsşe   söyləyir   ki,   xalq   kütlələri   –   sürüdür,   onları  bütün   vasitələrlə qul   formasında   saxlamaq   lazımdır. Onlar «seçilmiş, ən layiqlilərin yüksəklikdə möhkəm durması üçün binövrə və körpüdən böyük olmayan» bir şeydir.

Tarixdə  xalq        kütlələrinin     rolunu     inkar    edən,    bu    işdə  yalnız      ayrı-ayrı    «seçilmiş»      adamların, nümayəndələrin,   hakim   sinif   və qrupların   yaradıcılığını   zəruri   hesab   edən   idealist   nəzəriyyədən   tarix   boyu hökmran təbəqələr mənəvi silah kimi istifadə etmişlər. Elita nəzəriyyəsi – tarixdə xalq kütlələri vəşəxsiyyətin rolunun idealist baxışlarının tərkib hissəsidir. Bu baxışlar iki formada çıxış edir. Birincisi, qəhrəman və kütlə haqqındakı nəzəriyyələrdə tarixin subyekti ayrıca götürülmüşşəxsiyyətdir; ikincisi, elita nəzəriyyələrində isə – tarixin subyekti ayrıca götürülmüş qəhrəman deyil, bütünlükdə hakim   sinif   və onların   başçıları   elan   edilir.   Hər   iki   forma   bir-birinə yaxın   olub,   hətta   bir-birini tamamlayır. Çünki onların yaradıcıları da eyni filosoflardır (E.Lederer, S.Xuk və digərləri).

Elitizmin     nəzəri  əsasını    fəlsəfi   idealizm    təşkil  edir.   Mövcudluğuna        görə  elita   nəzəriyyələri     bir  sıra xüsusiyyətlərə malikdir. Elita nəzəriyyəsi sübut etməlidir ki, zəhmətkeş kütlə hakim siniflərsiz onların dövlət aparıtı olmadan keçinə bilməz; ikincisi bu nəzəriyyələr ona görə mövcuddur ki, istismarçı siniflə istismar olunan sinif arasındakı kəskin fərq vəziyyətini gizlədə bilsin.

Hələ lap qədim zamanlarda istismarçıların mənafeyinə qulluq edən ideoloqlar tarixin subyektini təkcə hakim sinfin ayrıca bir nümayəndəsi ilə deyil, həmçinin tabe edən böyük bir sosial təbəqəsi ilə ölçürdülər. Platon bunlara quldarlıq aristokratiyasını aid edirdisə, feodal cəmiyyətində bunları şahlar, kapitalizmdə isə «sənayenin kapitanları» olan ayrı-ayrı sahiblər dəstəsi əvəz edirdi.Elita nəzəriyyəsinin   geniş vüsətinin   səbəblərini   aydınlaşdırmaq   üçün   onun   sinfi   və ideoloji   köklərini axtarıb üzə çıxarmaq lazımdır. Subyektiv   idealistlər   hətta   ictimai   inkişafın   özünün   təkanverici   amilini   ayrı-ayrı   fərd və şəxsiyyətlərdə görürdülər. İctimai    həyatın   əsas    qnoseoloji     məsələsinin     idealist   həllindən    çıxış  edən    subyektiv     idealistlər cəmiyyətin   maddi   həyat       şəraitində zəhmətkeş kütlələrin   fəaliyyətinin   rolunu   nəinki   inkar   edirlər,   bunu   heç tanımaq belə istəmirlər.

Materialistlərin fikrinə görə özünəməxsus qanunauyğunluqlara xas olan ictimai həyat – obyektiv reallıq olub, ilkindir, insan şüuru isə ictimai mövcudluğunun inikası olub ikinci sıranı tutur. Lakin tarixi prosesin obyektiv qanunauyğunluqlarını   təsdiqləməklə materialistlər   heç   də tarixin   avtomatik   bir   proses   olduğunu   iddia etməyə  çalışmırlar. Əksinə  onların fikrincə şüur       və əqidəyə  malik olan insanlar obyektiv aləmin qanunauyğynlyqlarını qavrayaraq, dərk edərək praktiki fəaliyyətlərini buna müvafiq surətdə həyata keçirirlər.         Beləliklə,  materialistlər, o cümlədən  marksizm   nəzəriyyəsinin   nümayəndələri   bu   fikirdən   irəli   gələrək xalq kütlələrinin, sinif və təbəqələrin, partiyaların, ayrı-ayrı şəxsiyyətlərin fəal yaradıcı rolunu təsdiqləyirlər.

Hələ Spinoza        və Hegel     «insan    azadlığı»    haqqındakı   məşhur ali  təlimində bu     keyfiyyətin   dərk   etmə prosesində zəruriliyini təsdiqləyən təriflər vermişlər. Azadlıq – insanın təbiət və cəmiyyətin obyektiv qanunları haqqında      dərin   biliklərə əsaslanaraq ondan  praktikada   istifadəyə yönəlmiş yaradıcı   fəaliyyətdir. Azadlığın kateqoriyası  ondan   ibarətdir   ki,   insan   tarixin   subyekti   olmaqla  şüurunda  ətraf   aləmi   saf-çürük   edərək   özünün istehsal və ya inqilabi-dəyişdiricilik fəaliyyəti ilə ona (yəni tarixə, aləmə) fəal təsir göstərir.

Fəlsəfə tarixinə burjua fəlsəfəsi kimi daxil olmuş,   müasir fəlsəfi cərəyanların bir qolu olan «azadlıq və zərurət» məsələsi iki istiqamət üzrə izah edilir. Birinci istiqamət subyektiv idealistlərlə sıx bağlı olan volyuntarist;   ikincisi   isə obyektiv   idealizmlə bağlı   olan   fatalist   istiqamətdir.   Hər   iki   fəlsəfi   istiqamətin   ümumi   cəhəti tarixdə xalq kütlələrinin rolunu azaltmaq, istismarçı elitanın rolunu həddən artıq şişirtməkdir.

Müəllif:

Graphic Designer

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma