Posted in Web-Texnologiya

CGI – SSI


CGI (Common Gateway Interface) texnologiyası dedikdə Internet resurs daxilində baza əlavələrində interaktiv elementlərindən istifadə nəzərdə tutulur. CGI texnologiyası verilənlər axınının bir obyektdən digər obyektə ötürülməsini təmin edir.

Ümumdünya şəbəkədə çatlar, konferensiyalar, elan lövhələri, axtarış maşınları bu cür təşkil olunmuşdur. Ümumilikdə CGI texnologiyasının iş prinsipi aşağıdakı kimi qurulmuşdur. İstifadəçi Web-səhifədə hər hansı formanı doldurur və düyməni basır. Bundan sonra HTML kodunda qurulmuş CGI skriptinin çağırış sətri uyğun CGI proqramını işə salır və ona informasiyanın emalı prosesini ötürür. İstifadəçi tərəfindən daxil olan verilənlər bu proqram vasitəsilə göndərilir, həmin proqram öz növbəsində verilənləri başqa səhifəyə «düzür»: ya poçt vasitəsilə və ya hər hansı başqa üsulla. CGI skriptləri serverdə bu məqsədlə ayrılmış direktoriyalarda yerləşirlər. Bu direktoriyalara CGI–BIN qoyulur. Belə proqramların qurulması və yerinə yetirilməsi http-serverə xüsusi icazə ilə yanaşı, istifadəçidə müəyyən bilik və təcrübə tələb edir.

CGI texnologiyası iki üsulla realizə olunur:
PERL (Practical Extraction and Report Language) dilində yazılmış proqramlardan istifadə etməklə. Bu cür fayllar .pi genişləndiricisinə malik olur. PERL dili də HTML kimi interpritasiya olunmuş dildir, yəni skripti yerinə yetirən zaman əlavə kompilyasiyalar tələb olunmur.
C dilindən istifadə etməklə yaradılmış əlavələrin köməyi ilə. Bu əlavələr serverdə kompilyasiya edilir. Beləliklə uyğun UNIX platformalarının çoxu bu dildə qurulmuş translyatorları özündə birləşdirir. Belə proqramlar .cgi genişləndiricisinə malik olur.

Yuxarıda sadalanan əməliyyatlardan əlavə CGI texnologiyasının köməyi ilə reklam bannerlərinin ardıcıl göstərilməsi sistemini yaratmaq, faylların serverlərə avtomatik yüklənməsini təmin etmək, saytın səhifəsindən elektron məktubun göndərilməsi formasını hazırlamaq və virtual şəkillər xidmətini təşkil etmək olar.

Üstün cəhəti: kliyent proqram təminatından asılı olmaması, yəni bu texnologiyanı brauzerin köməyi ilə serverdəki informasiyalara baxan hər bir istifadəçi tətbiq edə bilər. Bu zaman hansı versiyalı brauzerlərdən istifadə edilməsi vacib deyil.

Mənfi cəhəti: CGI proqramını serverdə yükləmək və quraşdırmaq üçün adminstrator hüququna malik olmaq lazımdır. Belə ki, bu proqramlar işləyərkən server kompyuterin normal işləməsini və şəbəkənin stabilliyini poza bilər.

SSI

SSI (Server Side Includes) – CGI ilə sıx bağlı olan texnologiyadır. SSI proqramı C dilinə oxşayır. SSI-nin köməyi ilə verilən alqoritmə və şərtlərə əsasən istənilən mətni sənəddən çıxarmaq, HTML faylının formatını dəyişmək olar.

Müəllif:

Graphic Designer

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma