Posted in Dizayn Tarixi

“İki Frida” – Frida Kahlo (1939)


1907-ci ilin 6 iyulunda doğulan Frida 4 yaşında keçirdiyi poliomielitdən sonra ömürlük axsaq qaldı, sağ ayağı sol ayağından arıqdı. Bunu gizlətmək üçün xəstə ayağına üst-üstə corablar geyən qız dünyanın amansızlığına qarşı kompensator olaraq güclü iradəsini formalaşdırmağa başladı — “Heç kəs mənə acımasın. Mən zəif və xəstə deyiləm”.

Ancaq ikinci fəlakət dayanıb gözləyirdi: 18 yaşında ağır avtomobil qəzası keçirdi — onurğa sütununun, qabırğaların, körpücük sümüyünün, çanağın sınığı, sağ ayağında 11 sınıq, heç vaxt ana ola bilməyəcəyi proqnozu. Aylarla xəstəxana, çoxsaylı əməliyyatlar və ifrat iradə hesabına yenidən gəzmək bacarığı. Elə o vaxtlar da əlinə ilk dəfə fırça götürdü.

Frida 20 yaşı olanda Meksika kommunistlərinə qoşuldu. Orada da Dieqo Rivera ilə rastlaşdı. Və onların avantüralarla dolu, ehtirasların hakim olduğu birgə ömür yolu başladı. “İki Frida” rəsmini Dieqo ilə ayrı olan dönəmdə çəkib, sağdakı Dieqonun sevdiyi Frida, soldakı Fridanın fərqli üzüdür.

Frida Kalonun gündəliyindəki son qeydi: «Sevinc hissi ilə sonumu gözləyirəm… Bir daha heç vaxt qayıtmayacağıma ümid edirəm… Frida»

P.S: Qeyd edim ki,dünyaca məhşur rəssam olan Frida Kahlonun 2002-ci ildə həyatından bəhs edən «Frida» adlı film də çəkilmişdir və iki Oskar mükafatına layiq görülmüşdür.

Müəllif:

Graphic Designer

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma