Posted in Xaricdə Təhsil

Amerikanın təhsil sistemi özünəməxsus keyfiyyətləri ilə seçilir


1355185881

 

ABŞ dünyada ən çox siyasi, iqtisadi və elmi cəhətdən inkişaf etmiş ölkədir. Burada hər kəsə sərbəst inkişaf şansı verildiyi üçün bütün insanların arzusu Amerikada öz imkanlarını daha da genişləndirməkdir. Hər kəsin bir nömrəli seçimi Amerikadır.

Elmi tərəqqinin vətəni sayılan Amerika bir çox elmi sahələri ilə məşhurdur. Misal üçün internet texnologiyasının kəşfi və inkişafı dünyada azadlığın və bugünki müasirliyin əsas səbəblərindən sayılır. Hər kəsə məlumdur ki, Amerikanın universitetləri bütün proqramlar üzrə dünya reytinqinə rəhbərlik edir. İllərdir ən yüksək təhsil kefiyyətini və yeniliyini özündə saxlaya bilən bu ölkə yeniliklərin və qeydi-adi kəşflərindən geri qalmır.

Amerikanın təhsil sistemi özünəməxsus keyfiyyətləri ilə seçilir. Dünya ölkələrindən bir çox tələbələr bu ölkəyə oxumaq üçün can atırlar. Amerikada təhsil sistemi hər ştata və hətta bölgəyə görə müxtəlif ola bilər. Azərbaycanda mərkəzi təhsil sistemindən fərqli olaraq, Amerikada hər universitetin öz tələbləri və öz qəbul qaydaları vardır.

Təhsil Pilləsi BAKALAVR MAGİSTR DOKTORANTURA
Təhsil Muddəti 4 il 2 il 5 il (ən azı)
TOEFL IBT: 79-97 80-110 100-117
SAT I və II İmtahanı Bəli Xeyir Xeyir
GRE, GMAT İmtahanı Xeyir Bəli Bəli
Başlama Tarixləri: Sentyabr, Yanvar Sentyabr, Yanvar Sentyabr, Yanvar

Amerikada Bakalavr

Bakalavr dərəcəsini institutlarda, kolleclərdə, universitetlərdə tədris olunur.Təhsilin müddəti dörd ildir. Lakin daha intensiv çalışmaqla bu müddəti azaltmaq və yaxud da qiyabi şöbəyə daxil olmaqla uzatmaq da mümkündür.Bakalavr səviyyəsində tədris proqramları aşağıdakı şəkildə bölünür:
Freshman Year – 1-ci tədris ili;
Sophomore Year – 2-ci tədris ili;
Junior Year – 3-cü tədris ili;
Senior Year – 4-cü tədris ili.

ABŞ təhsilində kredit sistemi fəaliyyət göstərir. Məsələn, hər hansı bir fənn 3 kreditdirsə, deməli həmin dərs həftədə üç dəfə tədris olunacaq. Diplom almaq üçün dörd il müddətində 120 – 150 kredit toplamaq lazımdır.

Amerikada Magistr

Magistr dərəcəsi böyük ehtimalla ölkəmizdə olan magistr dərəcəsindən fərqli olacaqdır. ABŞ – da magistr dərəcəsini iki illik kur su

bitirəndən sonra verirlər. Təhsil müddəti ixtisasdan, tələbənin hazırlıq səviyyəsindən, tədris proqramının strukturundan asılı olaraq dəyişir.

Bakalavr dərəcəsi almış tələbələr dərəcələrin magistr pilləsini seçməklə öz təhsillərini davam etdirə bilərlər. Bu pillə adətən konkret sahə üzrə yüksək ixtisas verən iki illik dərəcədir. Tələbələr bəzən yaxın əlaqəli sahə üzrə bakalavr dərəcəsinə malik olduqları zaman magistr dərəcəsi proqramına qəbul edilirlər. Lakin Azərbaycandan fərqli olaraq burada ixtisas seçimində sərbəstsiniz. Məsələn, humanitar sahəni bitirən bakalavr məzunu tamamilə dəqiq elmlər sahəsində təhsil ala bilərlər.

menbe : http://www.oley.az

Müəllif:

Graphic Designer

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma