Posted in Xaricdə Təhsil

Istanbul Şəhər Universiteti


1354876165

 

Istanbul Şəhər Universiteti

İstanbul Şəhər Universiteti, köklü bir təhsil və elmi fəaliyyət keçmişinə malik Elm və Sənət Fondu (Bilim və Sanat Vakfi / BSV) tərəfindən 2008-ci ildə təsis edilən, dövlət tərəfindən taninan və qazanc məqsədi güdməyən bir universitetdir. Ilk tələbələrini 2010-cu ildə qəbul edən universitet, 6 fakültə, 2 institut və elmı təqdiqat mərkəzi ilə İstanbulun Üsküdar rayonunda Altuizadə universitet şəhərciyində fəaliyyətlərini davam etdirməkdədir.

ŞEHİR, fəaliyyətə başladığı ilk tədris ilində (2010) 30, ikinci tədris ilində (2011) isə 60 tələbəni bakalavr proqlamlarına qəbul etmişdir. 30-dan çox ölkədən qəbul edilən bu xarici tələbələr universitetdəki tələbələrin 10%-ini təşkil etməkdə və universitetin strategiya planına uyğun olaraq bu nisbətin hər il artılmasi planlaşdırılmaqdadır.

Nə üçün Türkiyə?

Türkiyədə universitet təhsili almağın üstünlükləri:
Sabitliyin bərqərar olduğu bir ölkə
Şərq ilə Qərbin bir araya gəldiyi bir məkan
Regionun cazibə mərkəzi
Dünyanin 16-ncı, Avropanın 6-ncı iqtisadiyyatı
Ən azı iki dil (türk və ingilis dilləri) öyrənmə imkanı
Elmi təqdiqatları və tələbələr əhəmiyyət verən universitetlər
Xarici tələbələr üçün sərfəli maddi imkanların təmini (təqaüdlər,yataqxana imkanı vs.) və asan qəbul qaydaları
Xarici tələbələrin Erasmus tələbə mübadiləsi proqramı ilə təhsillərini bir və ya iki semestr Avropa İttifaqi ölkələrində və ya digər tələbə mübadiləsi proqramları ilə dünyanın müxtəlif ölkələrində davam etdirmə imkanı

Nə üçün İstanbul?

İstanbulda universitet təhsili almaöın üstünlükləri:
Crossroad of tüo continents
Qitələr arası qarşılıqlı təsirin olduöu bir qovşaq
Mədəni bir atmosfer
Mədəniyyətinlərin beşiyi
Ölkənin iqtisadi və maliyyə mərkəzi
Regionda ən çox universitetin olduği şəhər
Xarici tələbələrin rahatlayacaqları qonaqpərvər bir mühit
Dünyanın hər yerindən asanlıqla gediş və gəlişin olduğu yer

Nə üçün ŞEHİR?

ŞEHİR-də oxumağın üstünlükləri:

2012-2013 akademik ilində qəbul edilən bütün xarici tələbələrə tam və ya qismi təqaüd
Qeydiyyatdan keçən hər tələbəyə pulsuz Apple noutbuk
Ingilis dilində təhsil
Ehtiyacı olan tələbələrə bir illik ingilis dilində hazırlıq proqları
Birinci sinifdə büten tələbələrə ortaq təhsil
Birinci sinifin sonunda bölmələr arasında keçiş imkanı
Iki ixtisas (double major) və köməkçi ixtisas (minor program) imkanı
Gənc və professional elmi kadrlar
Məşğulluq imkanı təmin edən dinamik tədris planı
Zəngin kitabxana
Elmi tədqiqatlara və tələbələrə önəm verən bir universitet
Nüfuzlu universitetlərlə beynəlxalq əməkdaşlıq
Erasmus tələbə mübadiləsi proqramı ilə bir-iki semestr Avropa İttifaqı ölkələrində və ya digər tələbə mübadiləsi proqramları ilə dünyanın müxtəlif ölkələrində təhsil

Fakültələr və Bölmələr

Bakalavr Proqramları

Humanitar Elmlər Fakültəsi
Politologiya və beynəlxalq münasibətlər
Sosiologiya
Psixologiya
Tarix
Fəlsəfə
Türk dili və ədəbiyyatı

Jurnalistika Fakültəsi
Kinomatoqrafiya və televiziya

Menecment və İdarəetmə Elmlər Fakültəsi
Menecment
Beynəlxalq ticarət və menecment

Mühəndislik və Təbiət Elmlər Fakültəsi
Elektrotexnika və elektronika mühındisliyi
Sənayenin təşkili
Kompüter mühəndisliyi

Hüquq Fakültəsi

İslami Elmlər Fakültəsi

Magistratura Proqramları

Humanitar Elmlər İnstitutu
Kulturologiya
Tarix
Menecment
Menecment MBA (İngiltərənin Sheffield universiteti ilə iki diplomlu proqram)
Müasir Türkiyə Tədqiqatlari

Təbiət Elmlər İnstitutu
Sənayenin təşkili və sistem mühəndisliyi
Elektronika və kompüter mühəndisliyi

ŞEHİR: QİSA FAKTLAR

Təhsil müddəti: İstanbul ŞEHİR universitetində, Türkiyənin hər yerində olduğu kimi, bakalavr proqramları 4 illikdir. Bununla birlikdə, tələbələrin yaz məktəbində əlavə dərslər alaraq bu müddəti qisalda bilməsi mümkündür.

Təhsil dili: Universitetdə təhsil dili İngilis dilidir (Hüquq fakültəsi ilə türk dili və ədəbiyyat proqramlarında dərslərin 70%-i türk dilindədir). Ingilis dili kifayət qədər yaxşı olmayan tələbələr, bir il ingilis dili hazırlıq sinifinə davam edə bilərlər.

Ümumi tədris proqramı: bakalavr proqramlrının ilk ilində, həm humanitar həm də dəqiq elmlər sahəsində tənqidi düşünməyi təşviq edən ümumi tədris proqrami tətbiq edilməkdədir.

Bölmələr arası rahat keçiş, iki ixtisas (double major) və əlavə sertifikat (minor program) imkanı: Birinci ili müvəffəqiyyətlə başa çatdıran tələbələrə istədikləri halda bölmələrini dəyişdirmə imkanı verilməkdədir. Iki ixtisas (double major) və əlavə sertifikat (minor program) proqramları isə tələbələrin faydalandıqları digər fürsətlərdir. Iki ixtisas proqramıyla, tələbələrə iki bölmədən diplom alma fürsəti verilməkdədir. Bu proqramın məqsədi tələbələrin ikinci bir ixtisasdan diplom almalarını təmin etməkdir. Əlavə sertifikat proqramı isə müvəffıqoyət göstəərən bakalavr tələbələrinə, ikinci bir ixtisasda əlavə sertifikat alma imkanı verməkdədir.

Yataqxana: 2012 -2013 akademik ili üçün qəbul edilən xarici tələbələr, tələb etmələri halında universitet yataqxanasında faydalana biləcəklər. Iki və dörd nəfərlik otaqlardan ibarət pıan yataqxanada 24 saat internet əlaqəsi vardır. Yataqxanalar, oxu zalı, televiziya izləmə salonu, idman-məşq salonu, camaşırxana xidməti, yeməkxana və tələbələrə rahat atmosfer təqdim edən digər imkanıarla təchiz edilmişdir.

XARİCİ TƏLƏBƏLƏR ÜÇÜN TƏQAÜDLƏR

2012-2013 tədris ilindı bakalavr proqramlarına qəbul ediləcək bütün xarici tələbələrə tam və ya qismi təqaüd veriləcəkdir. Bu təqaüdlər 5 il (bir il ingilis dilində hazırlıq prqramı və dörd il bakalavr təhsili) meddətlə etibarlıdır. Təqaüdlərin detalları aşağıdakl kimidir:

Tam Təminatlı Təqaüd

Aşağıdakı imkanlar tam təminatlı təqaüd alacaq olan tələbələrə qeyd edildikləri hər semestrdə etibarlı olmaq üzrə təmin ediləcək.
Universitet ödənişindən tam azad olma
Yemək təqaüdü (9aylıq)
Ödənişsiz dərs materialları
Universitet yataqxanasinda ödənişsiz yaşama
Tibbi sığorta
Nəğd pul təqaüdü (9 aylıq)

Qismi Təqaüd

Bu təqaüd növü xərc ödənişindən müxtəlif nisbətlərdə azad olması və digər bəzi imkanları təmin edər. Detallar üçün universitetin internet saytına baxın.

Ətraflı məlumat və Müraciət üçün
Ünvan:

İstanbul Şehir University, İnternatinal Relations Office,

Kuşbakışı Caddesi № 27 34662

Altunizad Üsküdar İstanbul Turkey

T: + 90 216 559 90 42

+90 216 559 90 61

F: +90 216 474 53 63

Admissions@sehir.edu.tr

Yeniliklər və detallar üçün universitetimizin internet saytina baxin

(www.sehir.edu.tr)

Istanbul Şəhər universiteti din, dil, milliyyət, cinsiyyət, irq, rəng və ölkə seçkiliyi etmədiyini bəyan edər

Müəllif:

Graphic Designer

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma