Posted in Xaricdə Təhsil

Magistraturaya sənəd qəbulu başlayır


1360142693Azərbaycanda 2013-2014-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsi üzrə qəbul planının müvafiq qurumlar tərəfindən martın sonu, aprelin əvvəlində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına təqdim ediləcəyi gözlənilir.

Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Ali təhsil üzrə yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Natiq Əliyev çərşənbə günü “Magistr” jurnalının 2-cı sayının təqdimatında deyib.

Onun sözlərinə görə, Azərbaycanda hər il magistratura səviyyəsi üzrə qəbul planı 10-15 faiz artır.

“Ancaq builki qəbul planı hələ TQDK-ya təqdim olunmayıb. Martın sonu, aprelin əvvəlində qəbul planının bizə təqdim ediləcəyini gözləyirik. “Magistr” jurnalının 3-cü sayında artıq magistraturaya qəbul proqramları və ixtisaslar dərc ediləcək. Onda qəbul planı haqqında da məlumat vermək mümkün ola bilər”, – Əliyev deyib.

O qeyd edib ki, Azərbaycanda, adətən, magistraturaya qəbul zamanı müsabiqədə iştirak üçün tələb olunan ən yüksək keçid balı humanitar ixtisaslar, ən aşağı keçid balı isə kənd təsərrüfatı, idman və hərbi təyinatlı ixtisaslarda müşahidə edilir.

Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ali təhsil üzrə yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Natiq Əliyev çərşənbə günü keçirdiyi mətbuat konfransında deyib ki, fevralın 11-dən 2013-2014-cü tədris ili üçün Azərbaycan ali təhsil müəssisələrinin magistraturalarına sənəd qəbuluna başlayır.

Bakalavrlar “Bakalavrın elekron ərizə” formasını fevralın 11-dən 21-dək doldurmalı, fevralın 12-dən 22-dək ərizələrini təsdiq etdirməlidirlər. Cari ilin məzunları “Bakalavrın elektron ərizə” formasını bitirdikləri ali məktəblərdə yaradılmış Sənəd Qəbulu Komissiyasında təsdiq etdirməlidirlər. Ali məktəblərin əvvəlki illərin məzunları, nəzdində SQK-lar fəaliyyət göstərməyən ali məktəblərin məzunları “Bakalavrın elektron ərizə” formasını ali təhsil müəssisələrində yaradılmış SQK-lardan istənilən birində təsdiq etdirə bilərlər. Xarici ölkələrdə ali təhsil almış Azərbaycan vətəndaşları “Bakalavrın elektron ərizə” formasını TQDK-da yaradılmış SQK-da təsdiq etdirməlidirlər. Elektron imzaları olan bakalavlar SQK-ya müraciət etmədən ərizələrini təsdiqlədə bilərlər.

Əliyev deyib ki, imtahanın birinci mərhələsi martın 3-də keçiriləcək.

Onun sözərinə görə, Azərbaycanda ilk dəfə olaraq ali məktəblərin magistratura pilləsinə qəbul imtahanının birinci mərhələsi üzrə fevralın 17-də sınaq imtahanı keçiriləcək. Artıq bu gündən sınaq imtahanlarına internet vasitəsilə qeydiyyatın aparılmasına başlanılıb.

Əliyev deyb ki, magistraturaya qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçirilir. Birinci mərhələdə bakalavarların ümumi intellekt səviyyəsi, informatika fənnini və xarici dil bilmə səviyyəsi, ikinci mərhələdə isə seçdikləri qəbul proqramı əsasında onların ixtisas üzrə bilikləri yoxlanılır. Hər iki mərhələdə bakalavrın hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Bu zaman bakalavrlara ümumi intellekt səviyyəsininin yoxlanılması üzrə 50, informatika üzrə 25 və xarici dil üzrə 25 test tapşırığı təqdim olunacaq. Birinci mərhələdəki nəticələri TQDK tərəfindən qoyulan minimal tələbləri ödəyən bakalavrlar proqram seçiminə buraxılırlar.

Müəllif:

Graphic Designer

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma