Posted in Xaricdə Təhsil

Niderlandda təhsil


1355182266Niderlandın təhsili ölkənin adət-ənənələri ilə sıx bağlıdır. Sayı 15,5 milyon olan əhalisinin 450 minə yaxını müxtəlif formalarda ali təhsil alıb.

Tədris ili sentyabrdan iyuna qədərdir.

Ali təhsilin 2 forması var: universitet və peşə məktəbləri. İkincini “hogescholen” adlanan politexnik məktəblərində və kolleclərdə almaq mümkündür. Universitetlər tələbələrini müstəqil elmi təcrübəyə hazırlayır.

“Hogescholen” da birbaşa təcrübəyə əsaslanır: onlar tələbələri peşəkar fəaliyyətə hazırlayır.

Artıq 50 ildir ki, Niderlandda xarici tələbələr təhsil alırlar. 1950-ci ildə bunun üçün xüsusi ali məktəblər yaradılmışdı. Bu ali məktəblər tələbələrin inkişaf etmiş ölkələrdən gəlməyindən asılı olaraq, yüksək səviyyədə hazırlayır.

Hazırda 14 belə universitet 150-dən çox ixtisaslaşdırılmış kurslar təklif edirlər. Bu kurslar ilk əvvəl karyeralarına yeni başlamış peşəkarlar üçündür. Kurslar tələbələrinə yeni metod və texnologiyalarla dərslər keçir. Üstəlik, vətəninə qayıdacaq tələbənin öz ölkəsində keçdiyi dərslərdən təcrübədə yararlana bilib-bilmədiklərini də kurslar tərəfindən yoxlanılır.

Niderlandda 214 universitet fəaliyyət göstərir. Hazırda universitet təhsili alan tələbələrin sayı 150 mindən çoxdur.

Niderland təhsil sistemi “britan” və amerikan sistemindən 2 pilləli diplom verməsi ilə fərqlənir. Hər bir tələbə müxtəlif fənlər üzrə 4 illik gündəlik təhsildən və 5 il mühəndis işi, təbii elmlər və ya kənd təsərrüfatı üzrə çalışdıqdan sonra doktorluq diplomu alır. Ali təhsil akademik proqramın ara verilmədən yerinə yetirildiyi zaman bitmiş sayılır.

Təhsilə zəmanət verilir

Bir çox aparıcı ölkələrin olduğu kimi, Niderland ali məktəblərinin verdiyi təhsil bütün dünyada məşhurdur. Niderland ali məktəblərinin təhsil səviyyəsinə birbaşa Hollandiyanın Təhsil Nazirliyi zəmanət verir. Buna görə də, ali məktəb seçən abituriyentlər narahat olmamalıdırlar. Burada hər bir universitetin öz üslubu var. Universitetlər heç bir halda keyfiyyətsizliyi ilə fərqlənmir. Nəticədə, işverənlər insanın hansı universiteti bitirməyi ilə deyil, yalnız diplomunun olub-olmamağı ilə maraqlanırlar.

Niderlandda təhsil holland dilində aparılır. Abituriyentlər “hogeschool” və ya universitetlərə qəbul zamanı testdən keçirilir. Bir çox universitetlər xaricilər üçün universitet daxilində və ya digər tədris müəssisələrində holland dili kursları təklif edir. Beynəlxalq təhsil üçünsə, ingilis dili mütləqdir. İmtahanda TOEFL üzrə 550 baldan az olmayaraq bal toplamaq şərtdir. İstisna hallar mövcuddur ki, orada digər xarici dildən imtahan verilə bilər.

Pul vahidi

1 ABŞ dolları = 2,52 NLG

Müəllif:

Graphic Designer

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma