Posted in Xaricdə Təhsil

TÜRKİYƏDƏ MAGİSTRATURA ( ALES )


1355184419

 

ALES (“AKADEMİK PERSONEL VE LİSANSÜSTÜ EĞİTİME GİRİŞ SINAVI”)

Bu imtahan Türkiyədə ali məktəb müəllim və tədqiqatçılarının, Türkiyədə magistratura və doktorantura təhsili almaq istəyənlərin və Türkiyədən xaricə göndəriləcək magistr tələbələrinin seçilməsi üçün keçirilir.

Türkiyədə ali təhsilin magistr və doktorantura pillələrini qazanmaq istəyən həm türkiyəli həm də xarici ölkə vətəndaşları bu imtahanda iştirak etməlidirlər. İmtahana bakalavr və magistr məzunları ilə son kurs tələbələri müraciət edə bilərlər .

İmtahan ildə iki dəfə (Yaz- Payız) keçirilir.
ALES İmtahanın nəticəsi 3 il etibarlıdır.

İmtahan test üsulu ilə keçirilir: 2 dəqiq və 2 humanitar bölümdən ibarətdir.
Sayısal (Dəqiq elmlər) – 1 və 2 testlərinin hər biri 50, Sözel (Humanitar) 1 və 2 testlərinin hər biri 50 sualdır.

Sayısal bölüm riyaziyyat (cəbr+həndəsə) və riyazi məntiq sualları;

Sözəl bölüm Türkçə və humanitar (sözel) məntiq suallarından ibarətdir.
Toplam 200 sualdan seçiləcək ixtisasa görə 150 sual cavablandırılacaqdır.

Məsələn, mühəndislik ixtisasları üzrə magistr oxumaq istəyənlər Sayısal 1, Sayısal 2 və Sözel-1 testlərini cavablayacaqdır.

Son imtahan tarixləri :

İlkbahar Dönemi : 13 May 2012

Müraciət Tarixi: 29.03.2012 – 09.04.2012

Sonbahar Dönemi : 11 Noyabr 2012

Müraciət Tarixi: Elan olunmamışdır.

ALES-ə müraciət üçün sənədlər: Pasport, şəkil, bilgi formu

Universitetlətə Müraciət üçün lazım olan sənədlər
Diplom və ya diplom əvəzi arayış
Transkript (diplom əlavəsi)
ALES
TÖMER
Referans Məktubu
Pasport, şəkil…

Yuxarıdakı sənədlərlə universitetə müraciət etdikdən sonra universitet uyğun gördüyü təqdirdə namizədi müsahibəyə (mülakat) dəvət edə bilər.

Müsahibə sualları ümumi dünyagörüşü, gələcək hədəfləri və ixtisas haqqında ümumi suallar şəklində olur.

**********************************************

ALES imtahanına girmədən magistratura təhsili almaq imkanı da vardır.

ALES-siz tələbə qəbul edən universitetlər əsasən özəl universitetlər və bir neçə dövlət universitetidir.

Əlavə olaraq, “Özel öğrenci” statusu ilə getmək istəyən tələbələrdən də ALES tələb olunmur.

menbe : oley.az

Müəllif:

Graphic Designer

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma