Posted in Xaricdə Təhsil

Dövlət Hesabına Xaricdə Təhsil Al


 

 

Xaricde tehsil

Dövlət proqramı nədir?

Gənclərin xaricdə təhsil alması dövlətin də maraq dairəsindədir. Bu səbəblə də gənclərin xaricdə təhsil almasına kömək məqsədilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” layihəsi həyata keçirilir.

Azərbaycanlı gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almalarını və ölkənin inkişafının mühüm amilinə çevrilmələrini təmin etmək məqsədi ilə “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 oktyabr tarixli 1746 nömrəli Sərəncamı imzalanmışdır.

Həmin sərəncama uyğun olaraq hazırlanmış “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nda istedadlı Azərbaycan gənclərinin xaricdə təhsilinin təşkili istiqamətində vahid sistemin yaradılması nəzərdə tutulub.

Artıq 5 il ərzində 600-dən çox gənc bu proqram vasitəsilə xaricdə təhsil alır.5 il ərzində bu qədər gəncin xaricdə təhsil alması sevindirici hallardan biridir. 600 gənc arasında artıq xaricdə təhsillərini bitirib Azərbaycana geri dönənələr də var, hal-hazırda təhsillərini davam etdirən tələbələr vardır.

Təbii ki, Təhsil Nazirliyi vasitəsilə xaricdə təhsil almaq istəyən gənclər proritet ixtisas seçməlidirlər ki, təqaüd ala bilsinlər dövlətdən. Bunun üçün Təhsil Nazirliyinin təqdim etdiyi proritet ixtisasları bilmək vacibdir. Bu yazıda bu ixtisaslar haqqında məlumat verəcəyik. Öz biliklərinə güvənən tələbələr üçün bu proqram əlverişlidir.

Dövlət proqramına necə qoşulmaq olar?

Dövlət proqramına qoşulmaq istənilən gəncə nəsib ola bilər. Bir çox gənclər elə bilirlər ki, Təhsil NazirliyiXaricde tehsil həm də qəbul proresini həyata keçirir. Qeyd edək ki, Təhsil Nazirliyi sadəcə sizin universitetdə təhsil almağaınız üçün maliyyəni təmin edir. Əlavə işləri siz özünüz etməlisiz. Yəni dövlət proqramına qoşulmaq üçün siz ilk öncə xaricdəki universitetə qəbul olmalısınız,sonra təxminən iyun-iyul aylarında müsabiqə elan olunur və sənədlərinizi Təhsil Nazirliyən təqdim edərək qoşula bilərsiz. Amma sizə maliyyyə verilməsi üçün gərək proritet ixtisaslardan birini seçəsiniz.

Hansı ixtisaslar üzrə maliyyə ayrılır?

Xaricde tehsil2007-ci ildə demək olar ki, bütün istisaslar üzrə maliyyə ayrılırdı. Amma illər keçdikcə ixtisaslar ixtisar olunmağa başladı. Yəni getdikcə daha vacib olan ixtisaslara maliyyə ayrıldı. Biz hər il maliyyə ayrılan ixtisasları elan edirik.

2012/2013-cü tədris ilində Dövlət Proqramı çərçivəsində təhsil almaq üçün aşağıdakı prioritet ixtisas istiqamətləri müəyyən edilmişdir:

  • biologiya
  • fizika  
  • informasiya texnologiyaları  
  • kənd təsərrüfatı  
  • kimya 
  • qədim dillər  
  • mühəndislik  
  • nanotexnologiya 
  • neft sənayesi  
  • riyaziyyat  
  • tibb  
  • turizm  
  • iqtisadiyyat* 

Qeyd olunan ixtisaslar üzrə siz xaricdə heç bir xərc çəkmədən təhsil ala bilərsiniz. Magistr üzrə təhsil almaq istəyənlər isə bakalavrda hansı ixtisas üzrə təhsil almısınızsa, magistr üzrə də eyni ixtisas üzrə təhsil almalısınız. Başqa üzrə təhsil almaq istəsəniz, Təhsil Nazirliyi sizə maliyyə ayırmayacaq.

Müəllif:

Graphic Designer

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma