Posted in Təhsil

Magistraturaya qəbul olmaq istəyən 2069 bakalavr ərizə verib


tqdk

Azərbaycan ali təhsil müəssisələrinin magistratura pilləsinə ərizə qəbulu davam edir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat katibi Elnur Nağızadənin APA-ya verdiyi xəbərə görə, bu gün saat 11:30-dək magistraturaya qəbul olmaq istəyən 2069 bakalavr ərizə verib: “Onlardan 968 nəfəri öz ərizə formalarını Sənəd Qəbulu Komissiyasında təsdiq etdiriblər. Sənədlərini təsdiq etdirənlərin 865 nəfəri Azərbaycan, 103 nəfəri isə rus bölməsində təhsil almağı seçiblər”.

Qeyd edək ki, magistraturaya sənəd qəbulu fevralın 11-dən başlayıb və fevralın 21-dən davam edəcək. Fevralın 12-dən 22-dək şənbə və bazar günləri istisna olmaqla saat 09:00-dan 17:00-dək bakalavrlar ərizələrini müvafiq Sənəd Qəbulu Komissiyasında təsdiq etdirməlidirlər. Ali məktəblərin magistratura pilləsinə qəbul imtahanının birinci mərhələsi martın 3-də keçiriləcək.

Müəllif:

Graphic Designer

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma