Posted in Xaricdə Təhsil

Xaricdə oxumaq istəyənlər üçün yeni imkanlar!


Magistr

 

Türkdilli ölkələrin tələbələrinə böyük təhsil fürsətləri yaradılır

Artıq türkdilli ölkələrin – Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin tələbələri də Avropa Birliyində olduğu maneəsiz və geniş imkanlar daxilində təhsil ala biləcəklər. Bu, Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) reallaşdıracağı layihə sayəsində baş tutacaq. Qurumun Beynəlxalq Əlaqələr Komissiyasının katibi Emin Həsənov ANS PRESS-ə bildirdi ki, bununla bağlı “Dədə Qorqud” təhsil proqramının layihəsi hazırlanıb.

Layihə sayəsində TürkPA üzv dövlətlərin tələbələrinə güzəştli təhsil almaq imkanı verəcək. Sənədin bu ilin mayın sonlarında İstanbulda keçiriləcək TürkPA Şurasında təsdiq olunacağı gözlənilir. “Dədə Qorqud” proqramı təsdiq olunduğu təqdirdə, Azərbaycan tələbələri Türkiyə, Qazaxıstan və Qığızıstanda təhsil almaq üçün geniş imkanlar əldə edə biləcək. Bununla da, Azərbaycanda, Qazaxıstanda, Qırğızıstanda və Türkiyədə təhsil alan tələbənin diplomunun digər ölkələrdə tanınması, təhsilinin qalan hissəsini başqa türkdilli ölkədə davam etdirməsi və digər məsələlər proqramda öz əksini tapacaq.

Əslində, azərbaycanlı, eləcə də digər türkdilli ölkələrin tələbələri üçün bu yenilik lap göydəndüşmə bir xəbər kimi oldu. Çünki indi çoxları ölkə xaricində təhsil almağa can atır. Ələxüsus da təhsili bitirdikdən sonra tələbənin əldə etdiyi diplomun ölkədə tanınması onlar üçün əsas maneələrdən biri idi. Amma TürkPA-nın bu yeni layihəsi tələbələr üçün bütün qapıları açıq elan edir. TürkPA-nın bu yeniliyi özü ilə bir çox imkanlar da gətirəcək.

2011-2012-ci illərdə dövlət xətti ilə xaricə göndərilən tələblərin sayı 2096 nəfər olub. Ümumiyyətlə, hər il təxminən bu qədər tələbə təhsil almaq üçün ölkədən çıxır. Bütün təminatın dövlət hesabına olması tələbələr üçün əla imkandır. Elə diplomlarının tanınması da onlara əlavə üstünlük verir. Amma öz hesabına və ya xarici dövlətin təqaüdü hesabına təhsil alanlarda isə vəziyyət fərqli olur. Diplomlarının ölkədə tanınması prosesində xeyli çətinlik çəkirlər.

Avropada həyata keçirilən təcrübə olduqca yaxşı nəticə verir. Məsələn, avropalı tələbələr ittifaqın bir çox ölkələrində pulsuz olaraq mükəmməl ali təhsil əldə edə bilirlər. Təhsil aldıqdan sonra onlar İttifaqa üzv istənilən ölkədə sərbəst şəkildə iş də tapa bilirlər. Avropa İttifaqı ölkələrində təhsil almaq üçün tələbələrdən sadəcə olaraq yaxşı qiymətlər tələb olunur.

Almaniya, İsveç, Norveç, Danimarka, Finlandiya, Fransa, Çexiya və digər ölkələrdə ittifaq tələbəri pulsuz təhsil ala bilirlər. Həmçinin tələbələrə qida, yaşayış, ictimai nəqliyyat, dərsliklərin alınmasında xeyli güzəştlər edilir. Tələbələrin ən çox bəyəndikləri isə Şengen ölkələrinə səyahət etməkdir. Həmçinin təhsil ödənişli olan ölkələr Avropa İttifaqına üzv ölkələrinin tələbələrinə fantastik güzəştlər edirlər. Kənardan gələn tələbələrin ödədiyi təhsil haqqı isə dodaquçuracaq miqdara yüksəlir.

Məsələn, İtaliyada tələbələr təqaüd hesabına və ya pulsuz təhsil ala bilirlər. Eyni zamanda burada təshil yüksək səviyyədədir, həmçinin diplom Avropa İttifaqının bütün ölkələrində tanınır. Digər tərəfdən, tələbələr üçün mobillik yaradılıb, yəni Avropanın digər universitetlərində ödənişsiz təhsil almaq üçün getmək mümkündür. Bundan başqa, İtaliyada xarici tələbəyə həftədə 20 saat işləmək imkanı verilir. Bir aydan sonra isə əcnəbilərə ölkədə yaşamaq üçün vəsiqə təqdim olunur, bunun sayəsində onlar Avropa Birliyini sərbəst şəkildə gəzə bilirlər. Tələbələrə yaradılan digər imkan isə imtahanlarla bağlıdır. Tələbə imtahanları çatdırıb verə bilməyəndə, ali məktəbdən qovulmur. Boloniya sistemi olduğunu üçün imtahanlar bir semestrdən digərinə keçə bilir.

Təhsil üzrə ekspert Toğrul Abışov hesab edir ki, bu yenilik təhsilin nüfuzunun daha da artmasına səbəb olacaq. Eyni zamanda tələbə mübadiləsi təhsilin səviyyəsinin artmasında xüsusi rol oynayacaq.
“TürkPA-ya daxil olan ölkələrin təhsil sahəsində neçə illik tarixləri var. Zəngin təhsil irsi, savadlı kadrları var. Təbii ki, bu, tələbələrin bilik səviyyələrinin daha da yüksəlməsinə xidmət edəcək”, – deyə o əlavə etdi.

Ekspertin sözlərinə görə, bu proqram vahid, dinamik, rəngarəng və müxtəlif mədəniyyət mühitinin yaranmasına səbəb olacaq. Tələbələr yeni dil, yeni mədəniyyət, yeni biliklər öyrənə biləcəklər: “Hesab edirəm ki, xarici ölkələrdə olduğu kimi türkdilli ölkələrdə də bu cür sistem yaradılsa, təhsil sahəsində böyük irəliləyiş olar. Bu proqramla TürkPA ölkələrində təhsil alan tələbə bu diplomla quruma üzv ölkələrdə sərbəst şəkildə iş tapmaq imkanı əldə edəcək. Bir çox Avropa ölkələrində olduğu kimi hətta ola bilər ki, istedadlı tələbələrin qalması üçün dövlətlər həvəsləndirici addımlar da atsın. Yəni tələbə həm öz ölkəsinə, həm də təhsil aldığı ölkəyə faydalı olacaq”.

menbe: telebe.az

Müəllif:

Graphic Designer

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma