Posted in Materialşünaslıq

Oduncağın mexaniki xassələri


Oduncağın mexaniki xassələri bir sıra amillərdən asılıdır: nəmlik artdıqca oduncağın möhkəmliyi azalır; sıxlığı çox olan ağaclar daha möhkəm olur; oduncağın möhkəmliyinə illik qatın gecikən oduncaq hissəsinin faizlə miqdarı, qüsurlar, çürüntülər və s. təsir edir.

Möhkəmlik. Oduncağın möhkəmliyi onun xarici mexaniki təsirlərə müqavimət göstərmək qabiliyyəti ilə xarakterizə edilir. Məlumdur ki, oduncaq anizotrop materialdır, yəni onun müxtəlif istiqamətdə olan möhkəmliyi eyni deyildir. Bu xüsusiyyət inşaatda oduncaqdan istifadə olunarkən nəzərə alınmalıdır.

Oduncağın sıxılmada möhkəmliyi. Sıxılmada möhkəmlik həddi liflər boyu və liflər eninə istiqamətdə təyin edilir. Sınaq üçün oduncaqdan ölçüləri 20x20x30 mm (sonuncu ölçü liflər boyu istiqamətindədir) olan düzgün prizma formalı nümunələr hazırlanır.

Oduncağın 12% nəmlikdə liflər boyu istiqamətdə sıxılmada möhkəmlik həddi ağacın cinsindən asılı olaraq 30MPa-dan 80Mpa qədər dəyişir. Oduncağın liflər eninə sıxılmada möhkəmlik həddi liflər boyu istiqamətindəki sıxılmada möhkəmlik həddindən xeyli dərəcədə aşağıdır. Bu göstərici radial istiqamətdə: ağ şam ağacı üçün 4,1 MPa, vələs üçün 25,6 MPa; tangensial istiqamətdə: küknar ağacı üçün 7,1 MPa, vələs üçün isə 15,6 MPa-dır.

Oduncağın dartılmada möhkəmliyi. Oduncaq, liflər boyu istiqamətində dartılmada yüksək möhkəmlik göstəricisinə malikdir. Oduncağın liflər boyu istiqamətində dartılmada möhkəmlik həddi ağacın cinsindən asılı olaraq 80 MPa-dan 190 MPa qədər dəyişir. Bu göstərici bütün ağac cinsləri üçün orta hesabla 130 MPa-dır. Bu da oduncağın liflər boyu sıxılmada möhkəmlik həddindən 2,6 dəfə çoxdur. Oduncağm dartılmada möhkəmlik həddinin yüksək olmasına baxmayaraq, onun bu xassəsindən praktikada istifadə etmək çox çətindir. Belə ki, oduncaq, konstruksiyalarda və məmulatlarda çox az hallarda dartılmaya işləyir, həm də oduncaqdan olan detalların uclarını bərkitmək çox mürəkkəbdir.

Oduncağın liflər eninə dartılmada möhkəmlik həddi çox az qiymətə malikdir. Xassələri öyrənilmiş bütün ağaclarda oduncağın liflərin eninə dartılmada möhkəmlik həddi liflər boyu dartılmada ınöhkəmlik həddinin orta hesabla 1/20-ni təşkil edir.

Oduncağın statik əyilmədə möhkəmliyi. Oduncağın ən geniş yayılmış və nisbətən asan yerinə yetirilən mexaniki sınaq növlərindən biri onun əyilməyə sınanılmasıdır. Bundan ötrü ölçüləri 20x20x300 mm olan tirciklər hazırlanır. Nümunəni iki dayaq üzərində yerləşdirib, bir yaxud iki topa qüvvə ilə əyilməyə sınayırlar.

Oduncağın statik əyilmədə möhkəmlik həddi bütün ağac cınsləri üçün orta hesabla 100 Mpa bərabərdir. Bu göstərici liflər boyu dartılmada möhkəmlik həddi ilə sıxılmada möhkəmlik həddi arasında aralıq mövqe tutur. Oduncağın əyilməyə qarşı müqaviməti yüksək olduğundan ondan əyilməyə işləyən konstruksiyaların, məmulatların (tirlərin, fermaların, çatıların və s.) hazırlanmasında geniş istifadə edilir.

Oduncağın qopmada möhkəmliyi. Xarici qüvvənin təsir etdiyi səthdən asılı olaraq oduncağın qopmasının aşağıdakı növləri vardır: liflər boyu , liflər eninə və kəsilmə. Oduncaq liflər boyu və liflər eninə qopduqda, liflərin öz möhkəmliyi deyil, ancaq onların arasındakı əlaqə pozulur. Buna görə də qopmadakı müqavimət kəsilmədəki müqavimətdən çox azdır.

Ağac birləşmələrinin elementlərində çox zaman liflər boyu qopma gərginliyi meydana çıxır.

Liflər boyu istiqamətində oduncağın qopmada möhkəmlik həddi 6,5-14,5 MPa-dır. Bu göstərici oduncağın həmin istiqamətdə sıxılmada möhkəmliyinin 1/5-ni təşkil edir. Liflər eninə istiqamətdə qopmada möhkəmlik həddi liflər boyunca qopmadakı möhkəmlik həddindən orta hesabla 2 dəfə azdır. Kəsilmədə möhkəmlik həddi liflər boyu qopmadakı möhkəmlik həddindən 4 dəfə çoxdur.

 

Müəllif:

Graphic Designer

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma