Posted in Materialşünaslıq

Yığma dəmir-beton məmulatlarmm hazırlanması


Yığma dəmir-beton məmulatmın istehsalı aşağıda göstərılən proseslərdən ibarətdir: xammalın daşınması, qəbulu və saxlanılması; armaturun hazırlanması; beton qarışığmm hazırlanması; məmulatın qəliblənməsi; məmulatm tez bərkiməsi; hazır məmulata nəzarət, onun daşınması və saxlanılması.

Göstərilən əməliyatlardan başqa dekorativ bəzək tələb edən hissələr əlavə olaraq emal edilir, yəni üzü dekorativ məhlul ya betonla örtülür, keramik tavacıqlardan yaxud təbii daş tavalardan üz çəkilir.

• Xammalın daşınması, qəbulu və saxlanılması. Yığma dəmir-beton məmulat və konstruksiyalar hazırlayan müəssisələrdə sement, qum, iri doldurucular və armatur saxlamaq üçün anbarlar mexanikləşdirilməli və bunlara dəmir yolu çəkilməlidir. Doldurucuları saxladıqda onların zibillənməsinə və ayrı-ayrı fraksiyaların bir-birinə qarışmasına yol verilməməlidir. Zavod daxilində sementi mexaniki və ya pnevmatik üsullarla daşımaq lazımdır. Aydındır ki, sementi quru anbarlarda saxlamaq, növünə və markasma görə bir-birindən ayırmaq lazımdır.

• Armaturun hazırlannıası. Dəmir-beton zavodu şəraitində armaturun qıymətı dəmir-beton məmulatın qiymətinin 20%-ni təşkıl edır. Buna görə armatur işlərinin təşkili məsələləri, texniki və
ıqtısadı cəhətdən böyük əhəmiyyətə malikdir. Dəmir-beton məmulatları adi (gərginləşdirilməmiş) və gərginləşdirilmiş armaturla armaturlana bilər.

Adi armaturlama. Dəmir-beton məmulatları adi armaturla armaturladıqda yastı torlar və həcmi karkaslar hazırlanır. Bunları müxtəlif diametrli polad çubuqlardan hazırlayaraq, kəsişən yerlərdə qaynaq edirlər. tşçi (əsas) və quraşdırma(köməkçi) armaturu vardır. İşçi armatur dartıcı gərginliklər əmələ gələn yerlərə, quraşdırma (montaj) armatur isə məmulatın sıxılan və ya gərginləşdirilməyən yerlərinə qoyulur. Göstərilən armaturlardan başqa yükləmə işlərində lazım olan ilgək və qarmaqlar və habelə yığma elementləri öz aralarında bərkitmək və əlaqələndirmək üçün qoyma hissələr tətbiq edilir.

Armaturun hazırlanma əməliyyatları: məftil və çubuq poladı hazırlamaqdan – təmizləməkdən, düzəltməkdən, kəsməkdən, bitişdirməkdən, əyməkdən; yastı torlar və karkaslar şəklində polad
milləri yığmaqdan; quraşdırma ilgəkləri, qoyma hissələri və fiksatorları qaynaq etməklə həcmi armatur karkaslarını hazırlamaqdan ıbarətdir.

Polad armatur çubuqlarından torları və karkasları nöqtəvi kontakt elektrik qaynağı ilə birləşdirirlər. Fəza armatur karkaslarını əsasən, yastı torlardan hazırlayırlar.

Gərginləşdirilmiş armaturlama. Qabaqcadan gərginləşdirilmış məmulat hazırladıqda betonun bütün kəsiyində və ya ancaq artıcı gərginliklər zonasında qabaqcadan hərtərəfli sıxılma yaratmaq lazımdır. Adətən, qabaqcadan hərtərəfli sıxılmanm qiyməti 5-6 MPa, təzyiqli dəmir-beton borular hazırladıqda 10-12 MPa olur. Betonun hərtərəfli sıxılması, armaturun betona yapışması hesabına – dartılmış armaturun elastiki təsir qüvvələri ilə yerinə yetirilir.

Qabaqcadan gərginləşdirilmiş məmulat hazırladıqda ayrı-ayrı çubuqlarla betonun biroxlu sıxılmasından və ya məmulatın boyuna oxu uzunluğunda yerləşdirilmiş məftil dəstlərinin sıxılmasından və bir və ya bir neçə istiqamətdə gərginləşdirilmiş armaturun sıxılması ilə təmin edilən həcmi sıxılmadan istifadə olunur.

Konstruksiyalarda işlədilən armatur elementləri: armaturun özündən, dartdıqda onu bərkitmək üçün quruluşlardan və ayrı-ayrı çubuqların və məftil parçalarının layihə vəziyyətini təmin etmək üçün qurğulardan ibarətdir.

Armaturu bərkitmək üçün quruluşun konstruksiyası armatur elementinin hazırlanma üsulundan, dartıcı maşmlarm və qurğuların tipindən asılıdır. Sıxac və anker növlü quruluşlar işlədilir.

Armaturda qabaqcadan yaradılmış gərginlik betona üç üsulla verilir: 1) diametri 2,5-3 mm olan armaturun betonla yapışması ilə; 2) anker quruluşları ilə gərginləşdirilmiş armaturun betonla yapışması ilə; 3) armatur və betonun yapışmasını hesaba almadan armatur elementinin uclarında anker quruluşları vasitəsilə gərginliyi betona verməklə.

Armaturu mexaniki, elektrotermiki, fasiləsiz mexaniki və elektromexaniki üsullarla dartırlar.

Mexaniki üsulda armaturu domkratlar və ya başqa dartıcı maşınlarla yaradılan yüklərlə dartırlar. Əvvəlcə, armatur layihə gərginliyinin 50%-ni əldə edənə qədər dartılır, sıxıcı quruluşlar və
armaturun yerləşməsi nəzərdən keçirilir. Sonra armaturu layihə gərgınliyindən 10% artıq olan gərginliyə qədər dartırlar. Lakin gərginliyin bu qiyməti armatur məftilinin dartılmada möhkəmlik həddinin 85%-dən çox olmamalıdır. Bu cür gərginləşdirilmiş armaturdakı gərginliyi 2-3 mərhələ ilə betona verirlər.

Elektrotermiki üsulda armaturun uzadılması, onun müəyyən temperaturadək elektriklə qızdırılması yolu ilə əldə edilir. Qızdırıldıqdan sonra çubuğu iki tərəfdən ankerləyirlər. Bununla da
soyuduqda çubuğun qısalmasına yol verilmir. Betonladıqdan və beton bərkidikdən sonra armatur azad edilir, armaturun dartılma gücü betona verilir.

Fasiləsiz mexaniki və elektromexaniki üsulla armaturun dartılmasının mahiyyəti ondadır ki, müəyyən qiymətə qədər qabaqcadan gərginləşdirilmiş məftili qəbul edilmiş armaturlama sxeminə uyğun olaraq qəlibin altlığı üzərinə düzürlər. Armaturun dartılmasından əmələ gələn güc beton bərkiyənə qədər stendə və ya qəlibə verilir. Beton lazımi möhkəmliyi əldə etdikdən sonra məftili
kəsirlər və dartılma gücü armaturdan betona verilir. Bu üsulda məmulatdakı beton iki və üçoxlu və hətta həcmi qabaqcadan sıxılma alır.

• Beton qarışığımn hazırlanması. Yığma dəmir-beton məmulatların təyinatından asılı olaraq, onların istehsalında ağır, yüngül və çoxməsaməli betonlardan istifadə oluna bilər. Bir qayda olaraq, beton qarışıqları mexanikləşdirilmiş və avtomatlaşdırılmış stasionar betonqarışdırıcılarda hazırlanır.

• Məmulatm qəliblənməsi. Yığma dəmir-beton məmulatların hazırlanmasında onların qəliblənmə əməliyyatı ən böyük əhəmiyyətə malik məsələdir. Bu əməliyyatlar qəliblərin hazırlanmasmdan (təmizlənməsi, yağlanması və yığılması), armaturun qəliblərə qoyulmasından, beton qarışığmm qəliblərə doldurularaq sıxlaşdırılmasmdan ibarətdir.

Dəmir-beton məmulatları hazırlamaq üçün ağac, metal, dəmir-beton və bəzən metal-dəmirbeton qəliblərdən istifadə olunur. Qəliblər çox ağır şərait içərisində olur, başqa sözlə, qəlibləri
sistematik surətdə yığırlar və sökürlər, ona yapışan betonu təmizləyirlər, beton qarışığmı sıxlaşdırdıqda və daşıdıqda qəlib dinamiki yüklərin təsiri altında qalır, beton bərkidiyi zaman nəmliyin (buxann) təsirinə uğrayır. Bütün bu təsirlər tədricən də olsa qəlibi dağıdır və belə qəlibləri təzələri ilə əvəz etmək lazım gəlir.

Materiahndan asılı olmayaraq qəliblərə aşağıda göstərilən tələblər verilir:

1) səmərəli konstruksiyalı qəlib seçməklə məmulatın vahid
kütləsinə nisbətən qəlib ən az kütləli olmalı;

2) qəlibin yığılması və sökülməsi az zəhmətli və asan olmalı;

3) məmulatı qəlibdən çıxardıqda və qəlibi yığdıqda meydana çıxan dinamik yüklərin təsirindən öz forma və ölçülərini saxlamalıdır.

Məmulatların keyfiyyəti və qəliblərin yaxşı qorunması üçün yağlama materiallarının keyfiyyəti və düzgün seçilməsi böyük əhəmiyyətə malikdir. Yağlama materialı elə qatılıqlı olmalıdır ki, onu mexaniki üsulla, yəni tozlandırmaqla çəkmək mümkün olsun; həmin material bütün texnoloji əməliyyatlar prosesində qəlibin səthində yaxşı qalmalı və məmulatın xarici görünüşünü pozmamalıdır. Bu tələbləri aşağıdakı tərkibli mastikalar: kalsium-soda əlavə olunmuş yağlı emulsiyalar; tərkibi 75 % solyar qarışığı və 25 % mil (ox) yağmdan və ya 50 % maşın yağı və 50 % ağ neftdən ibarət yağlı yaxmalar; sabm-gil, sabm-sement və narın dispers materialların, məsələn, təbaşirin, qrafitin sulu emulsiyaları ödəyir.

Yüksək keyfiyyətli dəmir-beton məmulatı almaq üçün ən mühüm məsələ qəlibə tökülmüş beton qarışığmın sıxlaşdırılmasıdır.

Beton qarışığmın sıxlaşdırmaq üçün xüsusi dəzgahlarda toxaclama, vibrasiya meydançalarında titrətmə, ştamplama (presləmə), xüsusi dəzgahlarda yayma, mərkəzdənqaçma, vakuumlama və habelə həmin üsulların birləşdirilməsindən əmələ gətirilən: vibrotoxaclama, vibrovakuumlama, vibroyayma və s. üsullar vardır. Bu üsullar barədə VI fəsildə məlumat verilmişdir.

•Məmulatın tez bərkiməsi. Qəliblənmiş dəmir-beton məmulatların bərkiməsi texnoloji əməliyyatlardan sonuncusudur və məmulatlar bu əməliyyatdan sonra tələb olunan möhkəmliyi əldə
etməlidir. Məsələn, məmulatları zavoddan inşaatçıya təhvil verdikdə portlandsement və onun növlərindən hazırlanmış məmulatların möhkəmliyi marka möhkəmliyinin, yəni 28 günlük möhkəmliyinin, azı 70 %-ni təşkil etməli, silikat və ya çoxməsaməli betonlardan hazırlanan məmulatlar üçün isə 100 %-dən az olmamalıdır.

Mühitin tcmperaturundan asılı olaraq, məmulatların bərkiməsi üçün üç bərkimə şəraiti vardır:

1) 15-20 °S temperaturda normal bərkimə şəraiti;

2) normal təzyiq altında və 100 °S-yə qədər temperatuda istilik emalı;

3) avtoklavda emal etmə, yəni 175-200 °S-yə qədər temperaturda 0,8-1,2 MPa təzyiq altında buxarlandırma.

Bərkimə şəraitindən asılı olmayaraq, mühitin nəmliyi 100 %-ə yaxın olmalıdır, əks halda məmulatlar quruyacaq və möhkəmliyi artmayacaqdır.

Normal bərkimə şəraiti. Əlavə tədbir görmədən təbii şəraitdə məmulatların bərkiməsi – normal bərkimə şəraitidir. Bu işin təşkili asandır və texniki-iqtisadi cəhətdən çox əlverişlidir. Lakin nəzərdə tutmaq lazımdır ki, təbii şəraitdə məmulat marka möhkəmliyinin 70 %-ni ancaq 7-10 gündən sonra əldə edir. Süni bərkimə şəraitində isə həmin möhkəmlik 10-16 saatdan sonra, yəni 15-20 dəfə tez əldə edilə bilər. Buna görə də dəmir-beton zavodlarının çoxunda sünı bərkimə üsullarmdan istifadə edilir.

Normal təzyiq altında istilik emalı. Normal təzyiq altında dəmir-beton məmulatların bərkiməsi üçün bir neçə növ istilik emalı üsulu vardır. Bu üsullar: kameralarda buxarlama, elektriklə qızdırma, kontaktla qızdırma, qaynar su olan hovuzlarda saxlama. Həmin üsullardan texniki-iqtisadi cəhətdən ən yararlısı kameralarda buxarlamaqdır. Yığma dəmir-beton müəssisələrinin çoxusunda bu üsul tətbiq olunur.

Buxarlamaq üçün dövri və fasiləsiz işləyən kameralar istifadə olunur. Təzə qəliblənmiş məmulat vaqonetlərdə kamera tunelinin bir tərəfmdən daxil olur və o biri tərəfındən hazır bərkimiş
məmulat çıxır. Bərkimə prosesində kamerada məmulat qızdırma, izotermik qızma və soyuma zonalarından keçir. Bu üsulu ancaq konveyer istehsal üsulunda tətbiq edirlər.

Dövri işləyən kameralardan çuxur tipli kamera daha çox tətbiq olunur. Bu kameranın dərinliyi 2 m olub, sexin döşəmə səviyyəsindən 0,5-0,7 m kənara çıxır.

Avtoklavda emal etmə. Məlumdur ki, temperatur artdıqca sementlə su arasmda gedən reaksiyalarm sürəti artır və betonun normal bərkiməsi üçün nəmli şərait tələb olunur. Göstərilən bu iki şərt məmulatı yüksək təzyiqli buxarla emal etdikdə yerinə yetirilmiş olur. Avtoklavda emal zamanı ən çox yayılmış şərait – buxarın təzyiqi 0,8-1,2 MPa, doymuş buxarın temperaturu 170-200°S-dir. Belə şəraitdə 8-10 saat ərzində məmulat marka möhkəmliyini əldə edir.

Adətən, avtoklavda emal etmə üsulu tətbiq edildikdə tədricən bərkiyən sementlərdən istifadə olunur. Bundan əlavə, portlandsement əsasında hazırlanan və avtoklavda bərkiyən məmulatlarda sementin bir qismini (30-40 %-ə qədər) üyüdülmüş kvars qumu ilə əvəz etmək mümkündür. Bu zaman betonun möhkəmliyi azalmır və hətta fiziki-mexaniki xassələri yaxşılaşır, bu da texniki-
iqtisadi baxımdan böyük əhəmiyyətə malikdir.

• Dəmir-beton nıəımılatlarının səthinin bəzədilməsi. Məmulatların səthinin bəzədilmə üsulları iqlim, memarlıq və binanın başqa xidmət şəraitindən asılı olaraq müəyyən edilir.

Məmulatların səthini müxtəlif növlü təbii və süni üzlük materialları, rəngli betonlar və boya tərkibləri ilə bəzəyirlər.

Üzlük materialı olaraq, müxtəlif təbii daşlardan (məsələn, sıx balıqqulaqlı əhəngdaşlarmdan) hazırlanan tavacıqlar; keramik, azbest-sement və şüşə tavacıqları; rəngli beton tava və bloklar; alüminiumdan olan qırçınlı vərəqlər tətbiq oluna bilər. Göstərilən materialların seçilib-işlədilməsi, ilk növbədə, yerli şəraitdən asılı olaraq həll edilməlidir.

Təbii daş materiallardan hazırlanan tavacıqlar daha müxtəlif rəngli və görünüşlü, uzunömürlü, atmosfer və aqressiv təsirlərə daha çox davamlıdır. Bu məqsədlə, çox zaman qranit, labradorit, kvarsit, əhəngdaşları, mərmər və başqa yaxşı dekorativ görünüşlü daşlardan istifadə olunur.

Dəmir-beton panelləri üzləmək üçün keramik üzlük tavacıqlar daha çox işlədilir. Keramik üzlük tavacıqları yüksək dekorativ xassələrə malik olmaqla bərabər betonla çox yaxşı yapışır.

Dəmir-beton divar panellərinə üz çəkmək üçün rəngli sementlərdən hazırlanan tavacıqlar və alüminium vərəqləri də işlədilir. Alüminium vərəqləri atmosfer təsirlərinə çox davamlı, möhkəm, uzunömürlü və gözəl memarlıq-dekorativ xassələrə malikdir. Rəngli betonlardan tavacıqlar hazırladıqda qələvilərə və atmosfer təsirlərinə davamlı qeyri-üzvi boyalardan istifadə etmək lazımdır.

Yığma dəmir-beton məmulatlarmın səthini bəzəmək üçün ıstifadə olunan boya tərkibləri suyun təsirinə dayanıqlı, uzun-ömürlü və saralmayan olmalıdır. Bu baxımdan silikat, sementli və polimerli boyalar daha yaxşıdır.

• Hazır məmulata nəzarət, onun daşınması və saxlanılması. Zavoddan inşaatçıya verilən dəmir-beton məmulatlarının keyfıyyəti müntəzəm surətdə smaqdan keçirilərək yoxlanılmalıdır. Qəbul
vaxtı məmulatm səthi nəzərdən keçirilir, çatlar, boşluqlar və başqa nöqsanların olması qeyd edilir. Sonra ölçü xətkeşləri və ülgülər vasitəsilə məmulatm forması və ölçüləri müəyyən edilir.

Beton və dəmir-beton məmulatı çox möhkəm olmasınabaxmayaraq kövrək materialdır. Buna görə onları qaldırdıqda və yerinə qoyduqda zərbələrdən qorumaq lazımdır.

Hazır məmulat anbannda beton və dəmir-beton məmulatlar növlərə bölünmüş halda, ağac altlıqlar üstündə düzgün sıralarla yığılmalıdır. Ağac altlıqlar məmulatın üzünün salamat qalmasını təmin edir və başqa məmulatı onun üstünə qoyduqda zərbəni yumşaldır.

Hazır məmulat anbarı lazımi qadırıcı-nəqliyyat avadanlığı ilə təchiz edilməlidir.

Beton və dəmir-beton məmulatların inşaat meydançalarında düzgün yerləşdirilməsinə də xüsusi diqqət yetirmək lazımdır.

Zavoddan buraxılan məmulatın yan tərəfmdə həmin məmulatı hazırlayan zavodun adı, hazırlanma tarixi, betonun markası, texniki nəzarətin işarəsi və pasportun nömrəsi yuyulmayan boya ilə qeyd edilməlidir.

Hazırda betonun konstruksiyalarda möhkəmliyini yoxlamaq üçün məmulatı dağıtmadan, fıziki və mexaniki üsullar tətbiq olunur. Fiziki yoxlama üsullarına ultrasəs və radiometrik üsullar aiddir. Mexaniki üsullarda materialın möhk’əmliyi elastik və ya plastik deformasiyaları təyin etməklə müəyyən edilir.

 

 

Müəllif:

Graphic Designer

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma