Posted in Koloristika

Rənglərin xüsusiyyəti


Həssaslıq və mistika rəngi – bənövşəyi.
Bənövşəyi rəng çox güclü təsirə malikdir. O,
gecə, sirr, mistika, inam, sadəlik, dözümlülük,
kədər, fəlakət, qocalıq rəmzidir. Bu rəngə
üstünlük verənlər həssas, tez inanan və
qıcıqlanan olur. Bu rəngi seçənlər təsir bağışlamağı xoşlayan və özləri də tez təsirlənən
olurlar. Eyni zamanda kənardan özlərinə baxmaq
qabiliyyətinə də malikdirlər. Hər zaman köməyə
ehtiyacları olur. Fəallıq və dinamizm rəngi – qırmızı.
Qırmızı rəng kişi rəngi hesab edilir. Bu, həyat
rəngidir. Eyni zamanda fəallıq, enerji, dinamizm,
güc, mətanət, əzm, həmçinin məhəbbət, ehtiras
və qəzəb rəmzidir. Qırmızı ilə ağ rəngin ahəngi
təmizlik və harmoniya assosiasiyası yaradır. Qırmızı ilə yaşıl isə bir yerdə olmamalıdır.
Qida qəbul olunan otaqda qırmızı rəngin olması
iştahı artırır. Bu rəng əsəb sisteminə ağrıkəsici
təsir edir, həzm prosesini nizama salır. Məhz bu
səbəbdən məsuliyyətli yarışlardan əvvəl
idmançılara qırmızı eynək taxmaq tövsiyə olunur. Qırmızı rəngi xoşlayan uşaqlar səmimi və
fəaldırlar. Optimist və romantiklərin rəngi – çəhrayı.
Çəhrayı optimizm rəngidir. Onun psixoloji gücü
qırmızıdan zəifdir. Bu rəngi sevənlər qırmızı
rəngi xoşlayanların edə biləcəyi işi başlamır,
başlasa da, sona çatdırmır. Bu, daha çox balaca
qızların rəngi hesab edilir. Bu rəng məhəbbəti, incəliyi, zəifliyi, cəsarətsizliyi, sentimentallığı və
cazibədarlığı təcəssüm etdirir. Çəhrayı rəng
insanın daxili gərginliyini azaldır. Məhz bu
səbəbdən inkişaf etmiş ölkələrin
həbsxanalarında daha temperamentli məhbusları
çəhrayı rəngə boyanmış kameralarda yerləşdirməyə çalışırlar.
Əgər yaşa dolmuş qadın geyimində çəhrayı
rəngə üstünlük verirsə, deməli, o romantik,
optimist və xudbindir. O qədər məsuliyyətli deyil
və işini digərlərinin üzərinə ata bilər. Özünü
müdafiəsiz qız kimi hiss edir, ya da elə təsəvvür yaratmaq istəyir. Həyata keçməmiş ümidlərin və avantüristlərin
rəngi – sarı.
Sarı rəng elm, müşahidə və analizlə bağlıdır. Öz
keyfiyyətlərinə görə sarı var-dövlət, arzu,
fantaziya, cəsarət, sevinc, yaxınlıq, dostluq,
gənclik, həmçinin paxıllıq və qısqanclıq rəngidir. Bulanıq sarı rəng kədər, qəm deməkdir.
Sarı rəngə boyanmış otaqda çox qalanda kəskin
baş ağrılar yarana bilər. Sarı rəng xəstənin
həkim qarşısında qorxusunu azaldır.
Depressiyadan müalicə olunanlar bu rəngi daha
yaxşı qavrayır. Sarı rəng tonusu qaldırır. Alkoqolizmdən əziyyət çəkənlər sarını həyata
keçməmiş ümidlərin rəngi hesab edərək rədd
edir. Sarı rəngi xoşlayan uşaqlar yaradıcılığa daha
meylli olurlar. Onlar təklikdə oynamağı, abstrakt
oyuncaqları sevir. Belə uşaqlar böyüyəndə azad,
orijinal və fərqli düşünən olur. Geyimində sarı rəngə üstünlük verənlər avantürist və xülyaçı
olur. Bu insanlar hamı ilə dil tapmağı bacarır,
xəyallara dalmağı və qeybəti xoşlayır. Şöhrətpərəstlərin və etibarsızların rəngi –
narıncı.
Narıncı paklıq və sağlamlıq rəngidir. Öz
keyfiyyətlərinə görə bu rəng qızmar isti, enerji,
yetkinlik, sevinc və mehribanlıq simvoludur. Qara
və narıncı rənglərin ahəngi qəhrəmanlıq və cəsurluq rəmzidir. Narıncı və mavi rəngləri
birləşdirmək olmaz. Yeməkdən sonra narıncı
rəngə boyanmış otaqda olmaq mədənin işini
yüngülləşdirir. Eyni zamanda burada yemək
yeyilərsə, bu rəng mədə ağrılarına səbəb ola
bilər. Narıncı rəngə üstünlük verən uşaqlara çox az rast gəlinir. Onlar tez qıcıqlanır, heç bir səbəb
olmadan qışqırır və dava salır. Bu səbəbdən
narıncı rəngin artıq olması zəhlətökənlik,
xoşagəlməzlik, hirs və boşluğa səbəb olur. Bu
rəngi daha çox optimistlər, enerjili adamlar sevir.
Onlar daim yeniliyə can atırlar. Bu rəngi seçən qızlar etibarsız və yüngül xasiyyətli olurlar. Onların
sədaqətsizliyi ailələrində də problem yaradır.
Geyimdə bu rəngdən bol istifadə edən şəxslər
şöhrətpərəst olur və özlərini gözə soxmağı
xoşlayır. Sağlamlıq rəngi – yaşıl.
Yaşıl sağlamlıq və elastik gərginlik rəngidir.
Psixoloji cəhətdən bu rəng özünü iradə,
inadkarlıq və daimilikdə göstərir. Yaşıl rəngi
seçənlər öz fikirlərinin və məsləklərinin zəfər
çalmasını istəyir. Özlərini sarsılmaz və əsas prinsiplərin daşıyıcısı hesab edirlər. Sayılıb-
seçilməyə, ətrafdakıların etiraz və
müqavimətinə baxmayaraq, tutduqları mövqeyin
hamı tərəfindən qəbul edilməsinə çalışırlar. Bu
rəngdən bir sıra ruhi sarsıntıların müalicəsində,
isteriya və əsəb yorğunluğunda istifadə edilir. Yaşıl rəngi sevən uşaqlar o qədər də çox deyil.
Onlar özlərini atılmış hiss edirlər, hər zaman
nəvazişə ehtiyac duyurlar. Məsumluq və həqiqət rəmzi – mavi.
Mavi kosmik ruh, həqiqət rəmzidir. Bu,
məsumluk, sülhsevərlik, sakitlik və firavanlıq
deməkdir. Mavi oğlanların rəngi sayılır. Bu
rəngdə azadlıq, qayğısızlıq, qeyri-məcburilik,
dostluk, şəraitin dəyişməsinə meyl var. Uşaq yaşlandıqca bu cizgilər qalarsa, belə gənclər
dənizçi və təyyarəçi olur. Yeniyetməlik və
gənclik çağlarında bu rəngi oğlanlardan daha çox
qızlar xoşlayır. Müdriklik və sədaqət rəngi – göy.
Göy müdriklik, sədaqət, soyuqluq, ehtirassızlıq,
sakitlik rəngidir. Bu rəngi seçən uşaqlar sakit,
təmkinli olur, hər şeyi tələsmədən edir, divanda
kitabla uzanmağı, düşünməyi, götür-qoy etməyi
sevir. Onlar özlərini qurban verməyə meyllidir. Almaqdan daha çox verməyi xoşlayırlar. Təsadüfi
deyil ki, göy rənglərə meylliləri qırmızı rənglə
ürəkləndirir, qırmızıya meylliləri isə göy rənglə
sakitləşdirirlər. Göy rəngdən imtina o deməkdir
ki, adam güclü emosional yükləmədən sonra
rahatlığa can atır. Buna ehtiyac var. Depresiyaya meylli olanların rəngi – qara.
Qara zülmət, hüzr, ölüm, ağırlıq rəmzidir. O
ağırlaşdırır, yanındakı rəngi təsirini artırır.
Uşaqlara belə rəngdən istifadə etmək məsləhət
deyil. Uşağın bu rəngə meyl etməsi onun ağır
psixikasından və həyatını tamamilə dəyişmiş stressdən xəbər verir. Qara rəngə meylin
artması uşağın psixoloji vəziyyətinin
ağırlaşmasından xəbər verir. Psixoloqların
bəziləri bu rəngə üstünlük verən insanların
reallığı neqativ qəbul etdiyini deyir. Onlarda
özlərinə inam olmur. Depressiyalara meyl edirlər. Digər psixoloqlar isə əksinə, bu rəngə üstünlük
verənlərin inadkar və kompromissiz olmasını,
gizli, ehtiraslara meyl etdiyi düşünür. Pessimistlərin və skeptiklərin qaçdığı rəng – ağ.
Ağ təmizlik, məsumluk, təravət, sərinlik,
düzgünlük və aydınlıq rəmzidir. Bu rəngi ancaq
istisnalı həyat situasiyalarında sevmək olur.
Məsələn, uzun müddət xəstəxanada olanda və
həyat tərzini dəyişəndə. Göz qamaşdırıcı ağ rəng hətta bayılmaya səbəb ola bilər. Bu rəng
eyni zamanda boşluq rəngidir. Ağa çox baxanda
insan tez yorulur. Ağ rəngi sevənlər ilk növbədə
çox səliqəli olur. Bu rəngi istənilən xarakterli
insanlar seçə bilər. Lakin pessimistlər və
skeptiklər bu rəngdən qaçır. Hirs və lovğalıq rəngi – boz.
Bu rəng lovğalıq, yorğunluq rəngidir. Boz rəngi
xoşlayan uşaqlar o qədər də çox deyil. Bunlar,
adətən, sakit, qorxaq, qapalı uşaqlardı. Daxilən
çox qaynayandılar. Ətrafdakılar onları sakit,
dərrakəli, ciddi hesab etsələr də, yaxın adamların əhatəsində xudbin və dəlisov olurlar. Bu rəngi
sevən qadınlar ağıllı, heç kəsə inanmayan və
qərarsız olurlar. Lakin əgər hər hansı bir insanla
və ya işlə maraqlansalar, bu, ömürlərinin axırına
qədər davam edir. İkrah doğuran rəng – qəhvəyi.
Qəhvəyi ağır, kobud və ikrah hissi doğuran rəng
hesab edilir. Bu rəng dağılmaq, ölüm, heyvani
hisslər və alçaq istəklərdən xəbər verir və çox
darıxdırıcı rəng hesab edilir. Adətən, sakit və
sakitliyə can atan qadınlar bu rəngi xoşlayır. Onlar bir qədər mühafizəkar, böyüklərə hörmətlə
yanaşan olur…

Müəllif:

Graphic Designer

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma