Posted in Xaricdə Təhsil

BEC (Business English Certificate)


BEC NƏDIR?  

BEC (Business English Certificate) – işgüzar mühitdə ingilis dilində effektiv ünsiyyət saxlama qabiliyyətini sübut edən sertifikatdır. Kim ki, bu imtahanı müvəffəqiyyətlə vermişmişdir, o, ingilis dili üzrə Kembric imtahanları Universiteti (Univesity of Cambridge ESOL Examinations) tərəfindən bu sertifikatla təltif olunur.  

BEC IMTAHANINI KIM VERƏ BILƏR?

BEC imtahanını müvəffəqiyyətlə vermək üçün ingilis dilinin öyrənilməsinə auditoriya məşğələlərinin 500 saatını sərf etmək lazımdır. BEC imtahanına hazırlığı ümumi qəbul olunmuş klasifikasiyaya müvafiq Pre-İntermediate səviyyəsini keçdikdən sonra başlamaq olar.  

BEC NƏ ÜÇÜN LAZMDIR?

BEC sertifikatları professional situasiyalarda: danışıqlarda, müzakirələrdə, sənədlərlə iş zamanı ingilis dilinə sahib olma səviyyəsini təsdiqləyir. BEC imtahanı 3 mərhələdən ibarətdir: BEC Preliminary, BEC Vantage, BEC Higher. BEC Preliminary səviyyəsinə işgüzar ingils dilinə yiyələnmənin başlanğıcı kimi baxılır. BEC Vantage və BEC Higher sertifikatları praktiki əhəmiyyət kəsb edir. Onları dünyanın bir çox ölkələrinin ali məktəbləri tanıyır. Onlar həmçinin Avropanın və Amerikanın məşhur korporasiyaları və banklarına işə düzəlmə zamanı mühüm rol oynaya bilər.

BEC-IN TƏRKIBI

BEC imtahanının 3 çətinlik səviyyəsi mövcuddur:

  • BEC Preliminary – başlanğıc səviyyənin imtahanıdır. Kembric imtahanları sırasından olan Key English Test (KET) imtahanına müvafiqdir.

  • BEC Vantage – orta səviyyənin imtahanıdır. Kembric imtahanları sırasından olan First Certificate in English (FCE) imtahanına müvafiqdir.

  • BEC Higher – irəliləmiş səviyyənin imtahanıdır. Kembric imtahanları sırasından olan Certificate of Advanced English (CAE) imtahanına müvafiqdir.

Bütün BEC imtahanları aşağıdakı hissələrdən ibarətdir:

  • Oxumaq (Reading)

  • Yazmaq (Writing)

  •  Dinləmə qabiliyyəti (Listening)

  • Şifahi test (Speaking)

Bütün yazılı testlər yoxlanılmaq və qiymətləndirilmək üçün Kembricə göndərilir.

Reading

Reading testi təqdim olunmuş mövzular üzrə 5-7 tapşırıqdan ibarətdir. Tapşırıqlar namizədin, mətnin mənasını və strukturunu anlaması və tələb olunan faktiki informasiyanın tapılması qabiliyyətinə yönəldilmişdir. Tapşırıqlar bunlardır: təqdim olunmuş variantlardan düzgün cavabın seçilməsi, uyğunluqların tapılması, cümlələrdə və mətnlərdə buraxılmış yerlərin doldurulması və səhvlərin tapılması.

Writing

Writing testi 2 hissədən ibarətdir. Tapşırıq seçmək imkanı yalnız BEC Higher testində mövcuddur. BEC Preliminary və BEC Vantage tapşırıqlarının hər ikisi vacib sayılır. Tapşırıqlar namizədin, təqdim olunmuş faktiki informasiya əsasında müxtəlif işgüzar dokumentasiyaları (məktub, hesabatlar, fakslar və s.) yaratma qabiliyyətinə yönəldilmişdir.

Listening

Listening testi namizədin şifahi nitqi anlaması qabiliyyətini yoxlayır və 3-4 tapşırıqdan ibarətdir. Tapşırıqlar aşağıdakılardır: təqdim olunmuş vatiantlardan düzgün cavabın seçilməsi, buraxılmış yerlərin doldurulması, uyğunluqların tapılması. Dinləmək üçün təqdim olunmuş materiallar qismində müxtəlif monoloq və dialoqlar, müsahibələr, müzakirələr, telefon söhbətləri istifadə oluna bilər.  

Speaking

Speaking testi iki imtahançı tərəfindən keçirilir. Namizədlər cüt-cüt testləşdirilir. Test aşağıdakı tapşırıqların yerinə yetirilməsini güman edən 4 hissədən ibarətdir: imtahançının suallarını cavablandırmaq, 1 dəqiqə davam edən mini-prezentasiyalar, təqdim olunmuş tematika üzrə partnyor və imtahançı ilə müzakirə aparmaq.  

BEC-IN FƏALIYYƏT MÜDDƏTI

BEC müddətsizdir və təkrar imtahan verlməsini tələb etmir.

BEC NECƏ QIYMƏTLƏNDIRILIR?

Müsbət qiymətlər A, B, və C-dir. D və E qiymətləri o deməkdir ki, imtahan verilməmişdir. C-ən kiçik müsbət qiymətdir ki, onu almaq üçün ümumi ballar cəminin minimum 60%-ni toplamq lazımdır.

Müəllif:

Graphic Designer

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma