Posted in Xaricdə Təhsil

CAE (Certificate in Advanced English)


CAE NƏDIR?

Cambridge Certificate in Advanced ingilis dili üzrə Kembric imtahanları arasında dördüncü yeri tutur. Hər il 60-dan çox ölkədə 60 min insan tərəfindən bu imtahan verilir. Bu imtahanı müvəffəqiyyətlə verən ingilis dili üzrə Kembric imtahanları Universiteti ( University of Cambridge ESOL Examinations) tərəfindən sertifikat alır.

CAE IMTAHANINI KIM VERƏ BILƏR?

CAE imtahanını müvəffəqiyyətlə vermək üçün dilin öyrənilməsinə auditoriya məşğələlərinin 800-900 saatını sərf etmək lazımdır. Adətən CAE imtahanlarına hazırlıq kursunu FCE imtahanını müvəffəqiyyətlə vermiş və ya ümumi qəbul olunmuş klasifikasiyaya müvafiq Upper-İntemediate səviyyəsi kursunu bitirmiş tələbələr keçirlər. İmtahanı müvəffəqiyyətlə vermək üçün ingilis dilini effektiv istifadə etmək,  professional məsələlərin həll edilməsi və ali təhsil almaq üçün gündəlik situasiyalarda ingilis dilində əminliklə danışmaq lazımdır.  

CAE NƏ ÜÇÜN LAZIMDIR?

CAE sertifikatı Böyük Britaniyanın və ABŞ-ın bir çox universitetləri və digər təhsil müəsissələri tərəfindən ingilis dilinə tam malik olma səviyyəsi kimi tanınır. Bu sertifikat həmçinin bir çox işə götürənlər, əsasən xarici firmalar tərəfindən tanınır.

CAE – sərhəddən kənarda işləmək istəyən yaxud biznes, tibb, mühəndislik və digər yaradıcılıq sahələrində professionalizmə nail olmaq istəyən insanlar üçün vacib kvalifikasiya göstəricisidir.

Bundan başqa, CAE daha yüksək səviyyəli – Certificate of Proficiency in English (CPE) imtahanına hazırlıq yolunda vacib mərhələ ola bilər.

CAE-NIN TƏRKIBI:

  • Oxumaq (Reading)

  •  Yazmaq (Writing)

  • Dilə sahib olma (Use of English)

  • Dinləmə qabiliyyəti (Listening)

  • Şifahi test (Speaking)

Bütün yazılı testlər yoxlanılmaq və qiymətləndirilmək üçün Kembricə göndərilir.

Reading

Reading testində namizədin kitablardan, jurnallardan və qəzetlərdən götürülmüş mətnlərin oxuma və qavrama qabiliyyəti yoxlanılır. Nağılın mənasını, mətnin kompozisiyasını və müəllifin fikrini başa düşmək vacibdir. Bu bölmə ümumi həcmi 3 min sözdən ibarət olan 4 mətndən ibarətdir. Mətnlərlə birgə 40-dan 50-yə qədər tapşırıq sualları da vardır. Tapşırıqlar 3 növə ayrılır: müvafiq sual üçün uyğun cavab variantının seçilməsi, hər sual üçün təqdim olunmuş bir neçə cavabdan düzgün cavabın seçilməsi, mətndəki boşluqların müvafiq mətn hissələri ilə doldurulması.

Writing

Writing testini keçmək üçün məktub, məqalə, hesabat, inşa, 250 sözdən ibarət müxtəlif mövzulu resenziya yazmağı və rəsmi sənədləri tərtib etməyi bacarmaq lazımdır. Bu testin çərçivəsində qəzet və jurnallardan, rəsmi və ya qeyri-rəsmi məktublardan götürülmüş qısa mətnlərin əsasında verilən bir və ya bir neçə yazılı tapşırıqları yerinə yetirmək lazımdır. Birinci tapşırıq hamı üçün birdir və vacibdir, ikinci tapşırıqda isə 4 sualdan birini seçmək imkanı mövcuddur.

English in Use

English in Use testinin məqsədi – namizədin lüğət ehtiyatına və ingilis dilinin qrammatik strukturuna malik olması qiymətləndirilir. Cəmi 80 suala cavab vermək lazımdır. Tapşırıqlar aşağıdakılardan ibarətdir: düzgün cavab variantını seçmək, mətndə buraxılmış yerləri doldurmaq, səhvləri axtarmaq və düzəltmək, sözləri və cümlələri dəyişdirmək.

Listening

Listening testi ingilis dilində danışıq nitqini başa düşmək və eşidilən sözün mənasını tutmaq qabiliyyətini yoxlayır. Qulaq asma mətnləri müxtəlifdir – bu qısa parçalar və ya davamlı monoloq yazıları, müsahibə, müzakirə, leksiya, elan, radioproqram ola bilər.

Test ümumi həcmi 30-40 sualdan ibarət 4 hissədən ibarətdir. Birinci iki hissə qısa monoloqlardan və söhbət parçalarından ibarətdir. Tapşırığı yerinə yetirərkən düzgün cavab varisntını seçmək və təqdim edilmiş sual və cavablardan eləsini tapmaq lazımdır ki, onlar bir-birinə uyğunlaşsın.

Speaking

Speaking testi digər namizədlə birlikdə verilir və iki imtahançı tərəfindən qiymətləndirilir. İmtahançılardan biri namizədlərin dialoqlarını istiqamətləndirir, digəri isə müzakirəyə mane olmadan namizədlərin biliklərini qiymətləndirir. Speaking testini keçmək üçün müxtəlif şəraitlərdə ingilis dilində ünsiyyət saxlamağı bacarmaq lazımdır. Bu test 4 hissədən ibarətdir. Birinci iki tapşırıq ondan ibarətdir ki, namizəd və imtahançı bir-biriləri ilə tanəş olur və özləri haqqında məlumat mübadiləsi aparırlar. Əyləncə, iş və digər şeylər müzakirə olunur. Sonra hər namizədə şəkil halında sonrakı iki tapşırıqla bağlı köməkçi material verilir. Qaydaya uyğun olaraq şəkli partnyorla müzakirə etmək və imtahançının suallarına cavab vermək lazımdır.

CAE-NIN FƏALIYYƏT MÜDDƏTI

Sertifikat müddətsizdir və imtahanın təzədən verilməsi tələb olunmur.

CAE NECƏ QIYMƏTLƏNDIRILIR?

Balların maksimal kəmiyyəti – 200 baldır. Hər 5 testdən bir 40 bal gəlir. Ümumi qiymət bütünlükdə imtahandan yığılan balların kəmiyyəti ilə ölçülür. Buna görə də imtahanı vermək üçün 5 testdən bir çox bal toplamaq vacib deyil. Müsbət qiymətlər A, B, və C-dir. D və E qiymətləri imtahanı keçməmək deməkdir. C – ən kiçik müsbət nəticədir ki, onu əldə etmək üçün minimum ümumi balın 60 %-ni toplamaq lazımdır.

Müəllif:

Graphic Designer

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma