Posted in Təhsil,Xaricdə Təhsil

İELTS (İnternational English Testing System)


İELTS NƏDIR?

İnternational English Testing System (İELTS) testləşdirmə sistemi ingilis dilli ölkələrdə oxumaq və işləmək istəyənlərin ingilis dili üzrə biliklərinin səviyyəsi üçün ümumi standartı müəyyənləşdirmək üçün yaradılmışdır.

İELTS IMTAHANINI KIM VERƏ BILƏR?

İELTS imtahanını müvəffəqiyyətlə vermək üçün ingilis dilinin öyrənilməsinə auditoriya məşğələlərinin 600-800 saatını sərf etmək lazımdır. ELTS imtahanına hazırlığı ümumi qəbul olunmuş klsifikasiyaya müvafiq İntemediate səviyyəsini keçdikdən sonra başlamaq olar. 16 yaşı tamam olmamış kəslərə İELTS imtahanını vermək tövsiyyə olunmur.

İELTS NƏ ÜÇÜN LAZIMDIR?

İELTS imtahanının verilməsi bir çox İngiltərə, Avstraliya, Yeni Zelandiya və Kanada universitetlərinə daxil olmaq, eləcə də, bir çox orta və professional səviyyəli təhsil proqramlarında və treninqlərdə iştirak etmək üçün tələb olunur. Bununla yanaşı, İELTS – xaricdə işləmək və yaşamaq istəyənlər üçün vacib klasifikasiya göstəricisidir.

İELTS-IN TƏRKIBI:

İELTS aşağıdakı hissələrdən ibarətdir:

  • Oxumaq (Reading)

  • Yazmaq (Writing)

  • Dinləmə qabiliyyəti (Listening)

  • Şifahi test (Speaking)

Listening və Speaking tapşırıqları hamı üçün eynidir. Reading və Writing tapşırıqlarını isə siz İELTS-i verərkən qarşınıza qoyduğunuz məqsəddən asılı  olaraq seçə bilərsiniz. Əgər siz ingilis dilli ali məktəblərdə və ya aspiranturada oxumağı planlaşdırırsınızsa, onda Academic variantını seçmək məqsədəuyğundur. Əgər siz orta təhsilinizə bitirmək, işləmək və ya hər hansı kurs keçmək, eləcə də, imiqrasiya üçün ingilis dilli ölkəyə getməyə hazırlaşırsınızsa onda General Training variantını seçmək daha məqsədəuyğundur.

Reading

Reading testini verərkən akademik (Academic) və ya ümumi (General Training) istiqamətli tapşırıq seçmək lazımdır. Testin akademik variantına ingilis dilli universitetlərdə və ya aspiranturada oxumağa hazırlaşanlar üçün maraqlı və vacib olan mətnlər daxildir. General Training Reading variantının mətnləri – gündəlik həyatın müxtəlif situasiyaları, sosial məsələləri əhatə edən daha geniş tematikalı mətnlərdir. Testin hər iki variantı 3 bölmədən ibarətdir ki, cəmi 40 tapşırıq yerinə yetirmək lazımdır. Onların arasında mətndəki boşluqların doldurulması,düzgün cavab variantının seçilməsi, qısa cavablar üçün lazımi informasiyanın axtarılması kimi tapşırıqlar vardır.

Writing

Bu testin tapşırıqlarını erinə yetirməzdən əvvəl, Academic və General Training variantlarından birini seçmək lazımdır. Testin Academic variantı müəllimlərə və ya spesifik aufitoriyaya ünvanlanmış qısa inşaların və ya ümumi hesabatların yazılmasını tələb edir. Ümumi variantın tapşırığı özündə şəxsi, yarı rəsmi və rəsmi məktubların və ya verilmiş mövzuya aid inşaların yazılmasını birləşdirir.

Testin hər iki variantına iki vacib tapşırıq daxildir. 1-ci tapşırıq minimum 150 sözdən ibarət mətnin yazılmasını, 2-ci tapşırıq isə 250 sözdən ibarət mətnin yazılmasını tələb edir. Akademik variantın 1-ci tapşırığında diaqrama, cədvələ və ya digər analoji məlumatlara yazılı interpretasiya vermək lazımdır. Ümumi variantın 1-ci tapşırığını yerinə yetirməkdən ötrü müəyyən sualı həll etmək üçün məktub yazmaq lazımdır. 2-ci tapşırıqda hər hansı bir mübahisəli nəzər nöqtəsi, kiminsə fikri və yaxud hər hansı bir problem qoyulmuşdur ki, bu probelmin həllində konkret faktlardan uzaqlaşaraq öz həllini təqdim etmək lazımdır.

Listening

Listening – ingilis nitqinin dinləmə qabiliyyətinə aid testdir. Test 4 hissədən ibarətdir. Birinci 2 hissənin tapşırığı gündəlik həyatın müxtəlif situasiyalarına əsaslanmışdır, qalan 2 hissə isə daha çox dərs tapşırıqları ilə bağlıdır. Testin 40 tapşırığı özündə müvafiq cavab variantının seçilməsini, suallara qısa cavabları, mətndə, cədvəldə və ya diaqramda buraxılmış yerlərin doldurulmasını, sözlərin və cümlələrin qruplar üzrə bölünməsi, çatışmayan informasiyanın yazılmasını və s. birləşdirir.

Speaking

Test imtahançı ilə imtahan verən arasında şifahi müsahibə formasında aparılır və 3 hisədən ibarətdir. Birinci hissədə özünüz, ailəniz, təhsiliniz, işiniz, əyləncəniz və s. haqqında ümumi suallara cavab vermək lazımdır. 2-ci hissədə illstrativ material (foto şəkil, qrafik və s.) təqdim olunur və müəyyən mövzu üzrə öz fikrini söyləmək tapşırığı verilir. Sonra imtahançı bu mövzu üzrə 1-2 sual verir. 3-cü hissədə imtahançı və imtahan verən daha abstrakt, testin 2-ci hissəsində toxunulan suallarla bağlı mövzular üzrə müzakirə aparırlar.

İELTS-IN FƏALIYYƏT MÜDDƏTI

Testləşdirmə zamanı nümayiş olunan və qiymət kağızında əks olunan səviyyə 2 il müdətində müvafiq həqiqətdir. Güman edilir ki, böyük zaman periodunda ingilis dilinə sahib olma səviyyəsi nəzərə çarpacaq dərəcədə dəyişilə bilər.

İELTS NECƏ QIYMƏTLƏNDIRILIR?

İELTS üçün elə qiymətlər sistemi nəzərdə tutulmuşdur ki, bu qiymətlər sistemi testləşdirmənin gedişində nümayiş olunan dil bilmə səviyyəsini müəyyən edir. İmtahan “verilmədi” variantını nəzərə almır, imtahanı “vermək” məzələsini deyil, mümkün qədər yüksək dil biliyi göstərmək məsələsini qoymaq lazımdır.

Hər 4 bölmə üzrə bal diaqramı, eləcə də, balların ümumi faizi 4 qrup üzrə sistemləşdirilmişdir. Onlar qiymət kağızında qeyd olunur. Qiymətlə yanaşı dil bilmə səviyyəsinin qısa xarakteristikası da qeyd olunur. Namizədin biliyi 9 ballıq şkala üzrə qiymətləndirilir. Nəticələr testi keçdikdən 2 həftə sonra məlum olur.

Müəllif:

Graphic Designer

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma