Posted in Xaricdə Təhsil

TOEFL (Test of English as a Foreign Language)


TOEFL NƏDIR?

TOEFL (Test of English as a Foreign Language) – ingilis dilinin əsas vərdişlərini qiymətləndirən əcnəbi üçün beynəlxalq imtahandır. TOEFL imtahanının əsas məqsədi – ana dili ingilis dili olmayan kəslırin səviyyəsini qiymətləndirməkdir.

TOEFL IMTAHANINI KIM VERƏ BILƏR?

TOEFL imtahanını vermək üçün ingilis dilinin öyrənilməsinə auditoriya məşğələlərinin 700-800 saatını sərf etmək lazımdır. TOEFL imtahanına hazırlığı ümumi qəbul olunmuş klasifikasiyaya müvafiq olan İntermediate səviyyəsini keçəndən sonra başlamaq olar.

TOEFL NƏ ÜÇÜN LAZIMDIR?

TOEFL sertifikatı ABŞ-ın, Kanadanın, eləcə də, avropa ölkələrinin 2400-dən artıq kollec və universitetlərinə daxil olmaq üçün əsas şərtlərdən biri hesab olunur. Bundan başqa, TOEFL imtahanının verilməsi tədris üsulu ingilis dilində aparılan müəsissələrdə bir çox xarici təcrübə keçmə proqramında iştirak etmək üçün vacibdir. Eləcə də, bir çox elmi və professional sertifikasiya proqramları namizədlərdən TOEFL tələb edir.

TOEFL sertifikatı təkcə ali təhsil müəsissələrində deyil, həmçinin dünyanın müxtəlif ölkələrinin biznes-strukturlarında da tanınır. Bundan başqa, TOEFL təhsil qrantları təqdim edən dövlət strukturları, beynəlxalq təşkilatlar, müxtəlif lisenziyalaşdıran və sertifikasiyalaşdıran təşkilatlar tərəfindən ingilis dilinə sahib olma səviyyəsinin qiymətləndirilməsi üçün istifadə olunur.  

TOEFL-IN TƏRKIBI

TOEFL aşağıdakı hissələrdən ibarətdir:

  • Dinləmə qabiliyyəti (Listening)

  • Qrammatik konstruksiyalar (Structure)

  • Oxumaq (Reading)

  • Yazı hissəsi (Writing)

Listening

TOEFL imtahanının bu hissəsi amerikan şifahi nitqini anlama qabiliyyətini qiymətləndirir.Dialoqlar səslənir, kompyterin ekranında isə danışanların foto şəkilləri əmələ gəlir.

Dinləmə qabiliyyəti 3 hissədən ibarətdir. Birinci hissədə (Part A) 2 iştirakçı arasında qısa dialoqların dinlənilməsi təqdim olunur. Hər dialoqdan sonra 4 cavab variantı ilə sual təqdim olunur. Dialoq və suallara yalnız bir dəfə qulaq asılır. İkinci hissədə (Part B) daha uzun dialoqlar təqdim olunur. Hər dialoqla yanaşı bir neçə sual olur. Üçüncü hissədə (Part C) bir neçə monoloq və bu monoloqların tərkibinə aid suallar təqdim olunur. Hər monoloqun ardınca 4 cavab variantlı bir neçə sual gəlir. 

Structure

İmtahanın bu hisəsi müasir yazılı ingilis dili üçün xarakterik olan qrammatik konstruksiyaların öyrənilməsi qabiliyyətini qiymətləndirir. Birinci növ tapşırıq cümlələri tamamlamaqdır. Hər cümlə üçün 4 söz variantı və ya söz birləşməsi gətirilir. Onlardan yalnız birini, cümləni tamamlayan sözü və ya söz birləşməsini seçmək lazımdır. İkinci növ tapşırıqda 4 altından xətt çəkilmiş söz və ya söz birləşməsi ilə cümlə göstərilir. Altından xətt çəkilmiş söz və ya söz birləşmələrindən yalnız biri qrammatik cəhətdən səhvdir, bu səhvi tapmaq və ayırmaq lazımdır.

Reading

TOEFL imtahanının bu hissəsi müxtəlif üslublu və tərkibli, dərs prosesində istifadə olunan qısa mətnləri oxumaq və anlamaq qabiliyyətini yoxlayır. Tapşırıq oxu üçün mətnlərdən və onlara aid suallardan ibarətdir. Ümumiyyətlə 5-6 mətn oxumaq lazımdır. Hər mətnə cavab üçün 4-8 sual təqdim olunur.

Writing

İmtahanın sonuncu hissəsi ingilis dilində yazmaq qabiliyyətini yoxlayır. Tapşırığın mahiyyəti – verilmiş mövzuya aid 200-300 söz həcmində inşa yazmaqdır.

TSE NƏDIR?

TSE (Test of Speaking English) sizin ingilis dilində danışıq qabiliyyətinizi yoxlayır. Bunun üçün yazılı və ya maqnitofona yazılmış suallar təqdim olunur ki, bu suallara cavab vermək lazımdır. Bundan başqa, qrafik, cədvəl şəklində kiçik situasiyalar təqdim olunur ki, bunlar əsasında öz şərhlərinizi verməlisiniz. Cavablar plyonkaya yazılır.

TSE TOEFL imtahanının əsas deyil və imtahn ballarının ümumi kəmiyyətinə təsir etmir. Onun əsas məqsədi imtahan olunanın hansı səviyyədə ingilis dilinə sahib olmasını müəyyən etməkdir.  

TOEFL-IN FƏALIYYƏT MÜDDƏTI

TOEFL sertifikatının fəaliyyət müddəti iki ildir. Bundan əlavə, bir çox amerikan universitetləri qəbul olunmamışdan bir il əvvəl əldə olunmuş nəticələri nəzərdən keçirirlər.

TOEFL NECƏ QIYMƏTLƏNDIRILIR?

TOEFL testinin bütün əsas bölmələri yerinə yetirildikdən sonra hər bölmə üzrə yığılan ballar və yekun bal hesablanır. Hər düzgün cavab, bölmələr üzrə balı və yekun balın kəmiyyətini artırır. Səhv cavablar hesaba alınmır. Hər bölmə üzrə ballarn kəmiyyəti 31 baldan 68 bal arasında dəyişir. Ümumi bal 40 baldan 300 bala kimi ola bilər.

Rəsmi nəticələr üç həftədən sonra gəlir. Amerika universitetinə daxil olmaq üçün orta hesabla 213 baldan 250 bala kimi toplamaq lazımdır.

Müəllif:

Graphic Designer

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma