Posted in Məşhur rəsmlər və rəssamlar

Adolf Vilyam Buqro


Adolf Vilyam Buqro (30 noyabr 1825 La-Roşel Fransa —19 avqust 1905 La-Roşel Fransa) — ampir(XIX əsrin əvvəllərində Avropada memarlıqda və mebeldə bir üslubdur) dövründə yaşamış Fransız rəssamı,akademik rəssamlığın ustadı (akademizm— 17-19-cu əsrlərdə incəsənətdə klassik(antik) ənənələri müdafiə edən və yeniliyə zidd olan cərəyan),salon(kübarlar cəmiyyəti) akademizminin ən görkəmli nümayəndəsi,tarixi,mifoloji,incil və allerqorik süjetli rəsm əsərlərinin müəllifi,divar naxışlarının və portretlərinin yaradıcısıdır.
Bütün ömrü boyu Buqro 826 rəsm əsəri yaratmışdır.Onlardan ən məhşuru «Veneranın doğuluşu», «Dante və Vergiliy cəhənnəmdə»,«Toxunulmuş qadın»,«Naxırçı qız»,«Rəqs»
Bioqrafiyası:

 

1825-ci ildə La-Roşeldə zeytun və şərab alverçisi ailəsində dünyaya gəlmişdir.O,ailənin işini davam etdirməyə məhkum olmuş,lakin ona klassik incil sujetlərini öyrətmiş rahib babası Yejen sayəsində o orta məktəbə getməyə nail olmuşdur.Orta məktəbdə də onun rəssamlıq istedadı ortaya çıxır.Atasından oğlunu Bordodakı incəsənət məktəbinə göndərmək üçün razılıq alınır.Buqro burada “Müqəddəs Roxa” adlı rəsm əsərinə görə ilk dəfə mükafatlandırılır.Pul qazanmaqdan ötrü o cem və mürəbbə bankaları üçün etiketlər hazırlamağa başlayır.

Buqro Paris incəsənət məktəbində oxumuş,1850-ci ildə «Araks sahilində tapılmış Zenobiya »adlı əsərinə görə Roma mükafatına layiq görülmüşdür.Onun mifoloji süjetli və realizm janrlı əsərləri XIX əsrdə Fransada kifayət qədər məşhur idi.Bu dövrdə hətta o,dünyanın dahi rəssamlıq ustalarından biri hesab olunurdu.1900-cü ildə Edqar Deqa və Klod Mone deyirdilər ki,guya 2000-ci ildə Buqronu dahi fransız rəssamı adlandıracaqlar.Onun rəsm əsərləri çox dəyərli olmağına baxmayaraq xüsusən varlı Amerikanlar tərəfindən sürətlə alınırdı.

XX əsrin əvvəllərində Buqronun məşhurluğu impressionizmin (incəsənətdə və ədəbiyyatda:realizmi rədd edən,ictimai məsələlərdən qaçan,şəxsi əhval-ruhiyyə və təəssuratı verməyə çalışan və məzmunun zərərinə olaraq formaya həddindən artıq fikir verən idealist cərəyan) qəbul edilməməzliyi və modernizmin (XIX əsrin sonu XX əsrin əvvəllərində sənət və ədəbiyyatda realizmə zidd mürtəce cərəyan) artan marağı səbəbi ilə qismən azalmışdır.Hazırda Buqronun rəsm əsərlərinə maraq artmaqdadır.Buqro məktəbinin tələbələri sırasında Oton Frizin,Edmund Tullun,Qustav Jakenin,Pol Şabasın adları xüsusilə qeyd olunur.

 

Müəllif:

Graphic Designer

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma