Posted in Məşhur rəsmlər və rəssamlar

Klod Monenin çiçəkləri


“Rəsmlərimdən, çiçəklərimdən başqa heç nə məni maraqlandırmır” deyən Klod Mone deyilənlərə görə, ətrafındakılara qarşı çox biganə adam olub. Bəzən xəbər-ətərsiz yoxa çıxan, sevgililərini, arvadını, uşaqlarını görməzdən gələn bir adam olsa da, söhbət rəssamlığa gələndə o, özünə qarşı çox tələbkar olub.
Hətta məşhurluğunun zirvəsində olduğu vaxtlarda belə, “bu nədir, bu necə rəsmdir?” deyib üstünə şığıyan tənqidçilərə “haqlıdırlar, rəsmlərim bir qəpiyə dəyməz” deyə cavab vermişdi. 78 yaşına qədər davamlı əsəb böhranları keçirən rəssam bir çox əsərlərini parçalayıb məhv eləmişdi. Gördüyü işlərdən heç vaxt razı qalmadığı üçün həyatının sonuna qədər ətrafındakı insanlara buna görə nə qədər böyük əzab-əziyyətlər çəkdiyi barədə şikayətlər etmişdi.

Uşaqlığı və gəncliyi

Adolf və Luis-Castin Monenin oğlu olan Klod 1840-cı ildə Parisdə dünyaya göz açıb. Atası onun ailə peşəsi olan baqqalığı davam etdirməsini istəyirdi, amma müğənni olan anasının ən böyük arzusu oğlunun sənətçi olmasıydı. 1857-ci ilin yanvarında anasının vəfat etməsindən sonra 16 yaşlı Mone məktəbdən ayrılıb dul qadın olan xalasının yanına sığınmışdı. “Luvr” muzeyini ziyarət etmək üçün Parisə gəldiyində, bir çox rəssamın əvvəlki rəssamları təqlid etdiyini görmüşdü. Mone pəncərənin yanına oturub gördüklərini çəkməkdənsə, alətlərini götürüb çöldə işləməyi üstün tuturdu. Parisdə keçirdiyi günlərdə bir çox impersionist rəssamla dost olmuşdu. Bunlardan biri də Eduard Mane idi.

1861-ci ildə Mone 7 illik müqavilə bağlayaraq orduya yazıldı, ancaq qulluğunun ikinci ilində xalası onun müqaviləsini pozmağa nail oldu. Əvəzində Madam Lekadrenin şərti varıydı: Mone universitetdə rəssamlıq təhsili almalıydı. 1862-ci ildə Parisdə Çarlz Gleyrin tələbəsi ikən universitetdəki ənənəvi rəsm anlayışı Monenin ümidlərini boşa çıxardı. Pier-Ogyüst Renyor, Frederik Bazill və Alfred Sisleylə tanış olması da bu vaxtlara təsadüf edirdi. Birlikdə yeni rəsm anlayışı yaratmağa cəhd etdilər, işığın açıq havada yaratdığı təsiri, tabloya parçalanmış rənglər və aramsız fırça zərbələri vurmaqla əks etdirməyə çalışdılar. Və bu, sonralar “impersionizm” anlaışı kimi tanınmağa başladı.

Qaçış

Moneyə məşhurluq gətirən əsəri isə 1866-cı ildə çəkdiyi “Yaşıl paltarlı qadın” oldu. Bu əsərində o, gələcək arvadı Kamillanı çəkmişdi. Az keçməmiş Kamilla Monedən hamilə qaldı və ilk uşaqları dünyaya gəldi. 1866-cı ildə Mone ilk dəfə özünü Sena çayına ataraq intihar etməyə cəhd etdi.
1870-ci ildə başlayan Fransa-Prussiya müharibəsindən dolayı Mone İngiltərəyə sığındı. Elə bu ildə də Kamillayla evləndi.

Mone 1871-78-ci illər arasında Fransaya qayıtdı, əvvəlcə uşaqlıq illərinin keçdiyi kəndinə getdi. Bu kəndə mənzərənin əks olunduğu “Gün başlarkən” (“Soleil levant”) tablosunu çəkdi. 1878-ci ildə ilk impersionist sərgidə nümayiş etdirilən bu rəsm hal-hazırda Paris Marmottan muzeyində saxlanılır. Maraqlıdır ki, məşhur rəsm tənqidçisi Luis Lero “təəssürat” (impersionizm) terminini bu rəsmi aşağılamaq məqsədiylə yaratmışdı.

Son dövr

Klod və Kamillanın ikinci uşağı Maykl 17 mart 1878-ci ildə doğuldu. Doğuşdan sonra çox zəifləyən Madam Mone 5 iyul 1879-cu ildə vərəm xəstəliyindən vəfat etdi. Mone ölüm yatağında onun rəsmini çəkdi. (Mone 1892-ci ildə yaxın dostu Ernstin ölümündən sonra onun dul qalmış arvadı Elislə evlənmişdi).
Kamillanın ölümündən sonra yasa batan Mone bundan sonra yoxsulluq bataqlığına düşməməkdə qərarlıydı və ən gözəl əsərlərini yaratmaq üçün böyük çaba sərf edirdi. Bu məqsədlə o, 1883-1908-ci illərdə Aralıq dənizinin sahillərinə səyahət etdi və bir çox təbiət şəkli çəkdi. Mone bu seriyadan olan ən önəmli əsərlərindən bəzilərini İtaliyanın Venesiya şəhərində yaratmışdı.

1883-cü ildə ailəsi ilə birlikdə Parisdən 80 kilometr aralıda yerləşən Givernəyə köçən Mone, burada ev və baxça kirayələmişdi. O, ömrünün geri qalan hissəsini də özünün əkib-becərdiyi bu baxçanın şəkilləri çəkməklə keçirirdi. Əvvəlcə ot topaları seriyasını çəkdi. Fərqli rakurslardan və fərqli saatlarda ot yığınlarının şəkillərini çəkdi. Axırda da baxçasının əks olunduğu “Zanbaqlar seriyası”nı hazırladı. İkinci həyat yoldaşı Elis 1911-ci ildə, oğlu Jan isə 1914-cü ildə vəfat etdi.

Mone 1923-cü ildə katarakta xəstəliyindən dolayı göz əməliyyatı edildi. Katarakta xəstəliyindən əziyyət çəkdiyi dövrdə yaratdığı əsərlərdə əsasən qırmızı tonların üstünlük təşkil etdiyinin şahidi oluruq, çünki bu xəstəliyi olan insanlar təbiəti qırmızı tonlarda görürlər. Mone 1926-cı ildə 86 yaşındaykən ağciyər xərçəngindən vəfat edib və Giverni kilsəsinin məzarlığında dəfn edilib.

Müəllif:

Graphic Designer

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma