Posted in Photo

Göz oxşayan şəlalələr


Viktoriya şəlaləsi

1.7 km genişliyində və 128 metr hündürlüyündədir. Şotlandiyalı David Livingstone 1855-ci ildə şəlaləni kəşf etmiş və kraliça Victoria`nın şərəfinə Victoria adlandırmışdır. Bu şəlalənin üzərində heç yox olmayan bir göyqurşağı vardır.

Niaqara şəlaləsi

Şimali Amerikanın şərqində, ABŞ və Kanada sərhədində yerləşən şəlalənin hündürlüyü 49 metr, ərazisi isə 790 metr genişliyindədir. Horseshoe (ən böyüyü), American Falls və Bridal Veils Fall olmaqla üç ayrı şəlalədən ibarətdir. Şəlalədən hər dəqiqədə 168.000 m³ su axır. 

İguazu şəlaləsi

Cənubi Amerikada yerləşən şəlalənin uzunluğu 1320 km-dir. Hündürlüyü 75 metrdir. Parana çayına tökülən şəlalə Argentina (Misiones əyaləti) və Brazilya (Parana əyaləti) arasında sərhəd təşkil edir.

Anhel şəlaləsi

Venesuelanın cənubundakı Bolivar ştatında yerləşir. Hündürlüyü bir çox sənədlərə əsasən 1059 metr göstərilir, amma ümumi hündürlüyü 979 metrdir və dünyanın ən hündür şəlaləsidir. Şəlalənin adı isə 1935-ci ildə bura uçuş edən James Angel`in şərəfinə qoyulmuşdur. Ümumi su həcmi 300 m³-dir.

Kaieteur şəlaləsi

Potaro çayı üzərində yerləşən şəlalənin hündürlüyü 226 metrdir. Yerləşdiyi ərazi isə Qviana`nın yağış meşələridir.

Detian şəlaləsi

Çin və Vyetnam sərhədində yerləşən şəlalə dünyanın 4-cü ən böyük sərhəd şəlaləsidir. Bu iki ölkə arasında yaşanan bəzi problemlər səbəbi ilə turizmə çox gec açılmışdır.

Gullfoss şəlaləsi

«Qızıl Şəlalə» mənasını verən Gulfoss, İslandiyada Ağ çay üzərində yerləşən 2 pilləli və 32 metr hündürlüyündə bir şəlalədir. Davamlı yağan yağışlar və əriyən buzlaq suları səbəbi ilə yaz mövsümündə Avropanın ən böyük şəlaləsi halına gəlir.

Jog şəlaləsi

Hindistanın ən böyük şəlalərindən biri olan Jog şəlaləsinin hündürlüyü 253 metrdir və Sharavathi çayından yaranmışdır. Yağışların olduğu müddətdə incə dərə şəklində olan şəlalə, musson yağışları başladığında möhtəşəm bir görünüşə sahib olur.

Huangguoshu şəlaləsi

77.8 metr hündürlüyündə və 101 metr genişliyindəki Huangguoshu şəlaləsi Asiyada yerləşir. Bölgədəki 18 şəlalədən biri olan bu şəlalənin arxa hissəsində oyulmuş 134 metr genişliyindəki mağara turistlərin ən çox diqqətini çəkən yerdir.

istinad

Müəllif:

Graphic Designer

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma