Posted in Maraqli

Məşhur iş adamlarından 15 ilhamverici sitat


bill_gates

 

Bu dəfə saytımız sizə dünya tarixində iz salmış məşhur iş adamlarının sitatlarının kolleksiyasını təqdim edir.

Biz məhz o insanları seçmişik ki, onların işgüzar yanaşması və biznesmen ruhu bəşəriyyətin həyatına öz dəyərli töhfəsini vermişdir.

  1. “Əla bir ideya düşünmək, lakin onu gerçəkləşdirməyə cürət etməmək –maliyyə dünyası üçün bundan böyük cinayət ola bilməz!” – Donald Tramp, amerikalı biznesmen, milyarder, böyük miqdarda daşınmaz əmlak sahibi və mediamaqnat.
  2. “Biznes aləmində iki növ mənfəət anlayışı mövcuddur: nağd və təcrübə, ilk növbədə təcrübə toplayın, nağd isə sonra özü gələcək.” – Harold Qenin, İTT Korporasiyasının keçmiş rəhbəri.
  3. “Elə bir şey yoxdur ki, onu təkmilləşdirmək mümkün olmasın və ya hər şeyi indiyə qədər edildiyindən, daha yaxşı şəkildə etmək olar” – Henri Ford, Ford kompaniyasının təsisçisi.
  4. “Resursların israfçılığı –ölümcül günahdır.” – İnqvard Kamprad, İKEA-nın təsisçisi.
  5. “Mən ona görə yaxşı əməkhaqqı ödəmirəm ki, mənim pulum çoxdur; mənim pulum ona görə çoxdur ki, mən yaxşı əməkhaqqı ödəyirəm.”- Robert Boş, almaniyalı sənaye sahibi, iş adamı, mühəndis və ixtiraçı.
  6. “Əgər siz uğur qazanmaq istəyirsinizsə, ürəyiniz biznesdə, biznesiniz isə ürəyinizdə olmalıdır.”-Tomas C. Uoltson, İMB-in keçmiş direktoru.
  7. “İşə yalnız ağıllı adamları götürməyin və daha sonra isə onlara nə etməli olduğunu deməyin heç bir mənası yoxdur, biz işə ağıllı insanları götürürük ki, onlar bizə nə etməli olduğumuzu desin” –Stiv Cobs, Apple korporasiyasının banisi və mərhum rəhbəri.
  8. “Bİznesdə uğur qazanmağın açarı –innovasiya etməkdir, onlar isə öz növbəsində kreativlik sayəsində yaranır.” – Ceyms Qudnayt, amerikalı tədqiqatçı, iş adamı, SAS kompaniyasının yaradıcısı və təsisçisi.
  9. “Məsuliyyət ona görə mövcuddur ki, insanlar umum qəbul olunmuş qaydalar içərisində istisnalar edə bilsinlər.”- Eltinq Morison, tarixçi.
  10. “Yaxşı qərar təcrübənin nəticəsi, təcrübə isə pis qərarların bəhrəsidir.”- Uolter Riston, Uolter Ristin, Citicorp rəhbəri, amerikalı maliyyə idarəedicisi.
  11. “Bu biznesin sarsılmaz qanunlarıdır: söz-sözdür, izahat-izahatdır, vəd- vəddir və yalnız icra olunma –gerçəklik deməkdir.” Harold Qenin, ITT Korporasiyasının keçmiş icraedici direktoru.
  12. “Əgər mənim min ideyam olarsa və onlardan ancaq biri öz bəhrəsini verərsə, mən razıyam”Alfred Nobel, isveçli kimyaçı, mühəndis, nəhəng biznesmen və sənayeçi.
  13. “Ona deyiləni etməyən və ona deyiləndən başqa heç nəyi etməyən insan heç vaxt yüksəyə qalxa bilməz.” – Endryu Karnegi, Amerikalı iş adamı, polad sənayesi görkəmli xadim, multimilyonçu.
  14. “Əgər bu işi bacaracağınızı fikirləşirsinizsə, demək bacaracaqsınız, amma əgər bacarmayacağınızı düşünürsünüzsə, demək doğrudan da bacarmayacaqsınız” – Merri Key Eş, Mary Kay Cosmetics kompaniyasının təsisçisi, 20-ci əsrin ən uğurlu biznes xanımlarından biri.
  15. “Sizin uğur qazana bilmədiyiniz müştərilər, sizin ən zəngin bilik mənbəyinizdir”- Bill Qeyts, Microsoft kompaniyasının həm təsisçisi.
  16. istinad

Müəllif:

Graphic Designer

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma